Ən yaxşı smartfonun adı açıqlanıb

Ən yaxşı smartfonun adı açıqlanıb

" Hazırda əlçatan olan və ya yaxın aylarda satışa çıxarılacaq 20 ən yaxşı smartfon müəyyənləşib.

Olaylar.az bildirir ki, siyahını  "Business Insider" nəşri dərc edib.

Analitiklərin fikrincə, "OnePlus 6T" qurğusu ən yaxşı smartfondur. Bu cihaz simsiz enerjidoldurma texnologiyasına, yaxşı kameraya malikdir və su keçirmir. Qiyməti isə eyni funksiya ilə təchiz edilmiş cihazların əksəriyyətindən xeyli aşağıdır.

"Samsung" şirkəti tərəfindən bu yaxınlarda təqdim edilmiş "Galaxy S10e" smartfonu ikinci yeri tutub. 

ABŞ-ın "Apple" şirkətinin "iPhone XR" cihazı üçüncü yerdə qərarlaşıb. 

"Samsung" şirkətinin "Galaxy S10 Plus" və "Galaxy S10" aparatları ilk beşlikdə yer alıblar.

Reytinqə, həmçinin "Pixel 3" və "Pixel 3 XL" aparatları, "Samsung Galaxy Note 9", "iPhone XS", "iPhone XS Max", "Samsung Galaxy S9 Plus" və "iPhone X" qurğuları daxil ediliblər.

"Apple iPhone 7" və "7 Plus", "iPhone 8 Plus", "iPhone 8" və "Samsung Galaxy S9" kimi köhnə modellər ən yaxşı qurğular kimi elan ediliblər.

Həmçinin "Huawei Mate 20 Pro", "Razer Phone 2", "LG V40", "Moto G7", "LG G8" və düyməli "BlackBerry Key2" smartfonları reytinqdə yer alıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31