Ərdoğan Rusiya–Ukrayna danışıqlarının bərpasını alqışladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb və Rusiya ilə Ukrayna arasında danışıqların yenidən başlanmasını yüksək qiymətləndirib.

Olaylar xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları Türkiyə-Ukrayna ikitərəfli münasibətləri ilə yanaşı, regional və qlobal məsələləri də müzakirə ediblər.

Telefon danışığı zamanı Prezident Ərdoğan Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpasını son dərəcə əhəmiyyətli addım kimi dəyərləndirib və bu prosesin hər mərhələsində Türkiyənin dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Türkiyə lideri həmçinin vurğulayıb ki, əhatəli atəşkəs sülh danışıqlarının başlanması üçün zəruri şəraiti yarada bilər və bu fürsət pəncərəsinin qaçırılmaması vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31