Zelenski ABŞ ilə bağlı qalmaqallı qanunu imzaladı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Ukrayna arasında faydalı qazıntılara dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radası məlumat yayıb.

Qeyd edək ki, mayın 1-də Vaşinqton və Kiyev ABŞ-ın Ukraynanın mineral ehtiyatlarına çıxış əldə etməsi ilə bağlı saziş imzalayıb. Daha sonra isə Ukrayna Ali Radası ABŞ-la faydalı qazıntılara dair sazişi ratifikasiya edib. /APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31