Hakan Fidan və Marko Rubio regional məsələləri müzakirə ediblər
12 May 22:17 DünyaTürkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı, ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
Olaylar-ın "TRT Haber"ə istinadən verdiyi məlumata görə, danışıq zamanı ikitərəfli münasibətlərlə yanaşı, Suriya, Qəzza zolağı və Ukrayna daxil olmaqla bir sıra regional məsələlər müzakirə edilib.
Nazir Hakan Fidan Suriyada sabitliyin və rifahın təmin olunması baxımından bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsinin vacibliyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31