Kənd həyat tərzinin inkişafında qadınların rolu
23 May 2016 16:39 İqtisadiyyatAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsini həyata keçirir. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, məqsəd Azərbaycanda yaşayan əhalinin ahıl, tənha və aztəminatlı ailələrinin, xüsusilə qadınların sosial vəziyyətinin yaxşılaşması və onların asudə vaxtlarının səmərəli təşkilinə dair təşəbbüslərə dəstək verməkdir. Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində müxtəlif yaş kateqoriyalarına və ictimai durumuna malik olan qadınların kənd həyat tərzinin inkişafında tarixən keçdiyi yol, ənənəvi təsərrüfat sahələri, xüsusilə ev sənətkarlığı haqqında araşdırmaların aparılması, nəticələrin ümumiləşdirilməsi, təklif və tövsiyələrin hazırlanması, praktiki işlərin təşviq edilməsi, yeniliklərin kəndlərə gətirilməsi və s. məqamlara diqqət göstəriləcək. Layihə Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində həm yerli palaz və xalça toxuma, həm də Şirvan xalça məktəbinə xas olan çeşnilərin özünəməxsusluğunun öyrədilməsi, bölgədə sahibkarlığın, turizm potensialının inkişafına yönəlib.