Neftçala şəhər Mərkəzi Kitabxanasında "Xəzər nəğmələri" ədəbi birliyinin növbəti tədbiri keçirilib

Noyabrın 1-də Neftçala şəhər Mərkəzi Kitabxanasında "Xəzər nəğmələri" ədəbi birliyinin növbəti tədbiri keçirildi. Ədəbi tədbirdə  AYB -nin üzvü,şair-publisist, Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən şair  Təranə Dəmir  qonağımız oldu.  Birliyin  üzvləri Böyükağa Məmmədov,
Əlovsət Əliyev,Müzəffər Məzahim,"Gündoğar" qəzetinin redaktoru Bədirə Niftəliyeva və başqaları Təranə Dəmirə  uzun məsafəni qət edib görüşə gəldiyi  üçün səmimi qəlbdən minnətdarlıqlarını bildirdilər.Eyni zamanda Təranə xanım da bu dəvətin təsəbbüskarlarına ürəkdən təşəkkür etdi,tədbir  boyu  rəngarəng şeirlərini səsləndirdi və  tədbir iştirakçılarına imzalı kitablarını bağışladı.Sonda xatirə şəkli çəkildi. Biz də öz növbəmizdə görüşün çox səmimi və rəngarəng  keçməsində Neftçala rayon Mərkəzi kitabxanasının  əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk . Eyni zamanda Təranə xanıma da yaradıcılığında uğurlar diləyirik.

Zabil Pərviz.Şair,AYB -nin üzvü."Xəzər nəğmələri"ədəbi birliyinin sədri.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31