Siyasət dərsi- “İynə” - YUMOR

Siyasətə atılmaq istəyən qardaşı oğlu ağsaqqal cəbhəçi Yusif Sevdimalıdan soruşur:

- Əmi, necə davranım ki, uğur qazanım? Siyasətçilərin dilni necə anlayım?
Yusif bəy deyir:
- Bala, hər şeyi tərsinə anla. Məsələn, əgər Əli Kərimli deyirsə ki, "İctimai Palatanı gücləndirmək istəyirik", bil ki zəiflətmək istəyir. Əgər Fuad Qəhrəmanlı "Müsavatla birləşmək istəyirik" deyirsə, bil ki, Müsavatı parçalamaq istəyirlər. Əgər İsa Qəmbər "Biz hakimiyyətə gələcəyik" deyirsə, bil ki, heç zaman gəlməyəycəklər. Mirmahmud ağa "Mandatı həm istəyirəm, həm yox" deyirsə, bil ki istəyir. Hə, bala. Bunları nəzərə alsan, siyasətdə uğru qazanacaqsan.

Facebook gülməcələri

1.Mesaj:
-Sevgilim, hardasan?
- Özüm işdə, ağliı evdə, ürəyim səndə.
2. Moskva. Bir gün tində dayanmış Volodya  görür ki, bir milis meymunla gedir.
Volodya:
-İndi də itlə gəzirsən?
Mİlis:
- Ay qoyun, bu it deyil, meymundu!..
Volodya təmkinlə:
- Səninlə deyiləm, meymundan soruşdum.

"Açarlar gödəkçəmin cibindədir"

Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyevin oğlu atasının yanına gəlib deyir:
- Ata, maşını ver sürüm.
- Olmaz, a bala! Get, dərsini oxu.
- Vallah, bir "kruq" vurub gəlirəm...
-   Dedim ki olmaz!!!!
Oğlan bic-bic gülür:
- Ata, Katya kimdi?...
Nurqaliyev cəld dillənir:
- Yaxşı, get sür, açarlar gödəkçəmin cibindədir.

Həkimlər niyə maska taxır?

ADP-nin qərargahı. Sərdar Cəlaloğlu Həsrət Rüstəmovla söhbət edir. Hər şeyi bilmək istəyən Həsrət soruşur:
- Sərdar bəy, 
- Həkimlər əməliyyata girəndə niyə maska və əlcək taxırlar?
Sərdar bəy qımışır:
- Birdən xəstə ölərsə, həkimlər tanınmasınlar və barmaq
izi qalmasın deyə.

"Başıma fikir gəlmir"

KXCP-nin qəraragahı. Elman Türkoğlu Bəybala Əbilin yanına gəlib deyir:
- Bəy, mən də yazı-pozu ilə məşğul olmaq istəyirəm. İstəyirəm ki, analiz yazam, köşə yazam.
- Lap yaxşı. Yaz da.
- Necə yazım?
- Deməli, Elman, oturursan kompüterin qarşısında, bir stəkan çayı qoyursan qarşına, klaviaturanı rahatlayırsan və ağlına gələn fikirləri yazırsan...
Elman yazıq-yazıq dillənir:
- Bunların hamısını edirəm e. Məsələ burasındadır ki, andıra qalmış fikir gəlmir başıma.

Ağız ədəbiyyatıSİyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri.

Gəmi gəldi, yan gəldi,
İçində bir can gəldi.
Vətən həsrəti çəkdim,
Gözlərimə qan gəldi.

Yazı yaza bilmirəm,
Qara poza bilmirəm.
Vətən orda, mən burda,
Ayrı dözə bilmirəm.
(Rəsul Quliyev haqqında ACP-də yaranıb)
"Sənin dostlarının hamısı ordadı"

2065-ci il. Azadlıq Partiyasının lideri Əhməd Oruc o dünyaya köçür. Cənnətlə cəhənnəmin qapısı ağzında onu bir nəfər qarşılayır. Əhməd yazıq-yazıq deyir:
- Mən cənnətə getmək isytəyirəm.
Qapıda duran gülərüzlə:
- Sən o yeyib-içən oğlan Əhməd deyilsən?
- Hə. Mənəm
-   Onda cənnəti neynirsən, orda darıxarsan ki. Sənin dostların, səninlə oturub-duranların, yeyib-içənlərin hamısı cəhənnəmdədir.

"Pul kisəmin boşaldığını hiss edirəm"

Tanınmış aktyor Müdhət Aydının tələbə olan vaxtlardı. Bir gün Müdhət sevgilsi ilə bulvara çıxır. Uzun sevgi-məhəbbətdən sonra qız soruşur:
- Murik, hər dəfə mənimlə görüşəndə, nəsə hiss eləyirsən. Həə, əzizim?
Müdhət:
- Hə, əlbəttə hiss edirəm.
Qız nazla:
- Nə hiss eliyirsən?
Müdhət qanıqara halda:
- Pul kisəmin boşaldığını.

"Hamısı ingiliscə sərbəst danışır..."

Meyxanaçı Kərim Londondan qastroldan qayıtmış həmkarı Ağamirzə ilə söhbət edir. Kərim soruşur:
- Alə, necə idi oralar? Adamları necədü?
Ağamirzə deyir:
- Alə, London bomba yerdü, sən öləsən. Amma Kərim, qərdeşimsən, ordakılar hamusu savadluydu haa.
- Nə bildin, alə?
- Alə, necə nə bildim? Tupoy-zadam? Camaatın hamısı ingiliscə sərbəst danışır...


Uçan boşqab görmüsən?
İki kişi söhbət edir:
- Sən uçan boşqab görmüsən?
- Alə, həri.
- Nə zaman? Harda?
- Alə, qonşum arvadla dava edəndə, həmişə onların evində boşqab uçuşur.

Biri düzəldir, o biri sındırır

Uşaqdan soruşurlar:
- Atan harda işləyir?
Uşaq:
- Güldan düzəldir.
- Bəs anan?
Uşaq bic-bic gülür:
- Anam da atamın düzəltdiyi güldanları atamın başında sındırır.

Bekarçılıqdan öldü

Dostu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskidən soruşur:
- Volodya, o bir qəşəng, dilli-dilavər tutuquşun vardı ha, necə oldu?
Jirinovski qanırara halda:
- Yazıq öldü.
Dostu peşmanlıqla:
- Vay, vay! Nədən? Xəstəlikdən?
- Yox, bekarçılıqdan.
-Necə ki?
Volodya dərdli-dərdli:
- Baldızım bir ay bizdə qaldı. Arvad yazıq tutuquşuya ağzını açmağa macal vermirdi. O da bekarçılıqdan öldü.

"Bilet pulu göndərən kimi gələcək"

Xəzər Teyyublu Mirmahmud ağadan soruşur:
- Ağa, keçən il seçkidə sənə 400 manat vermişdim. Borcunu nə vaxt qaytaracaqsan?
Ağa deyir:
- İlqar Səidoğlu Moskvadan gələn kimi alıb verəcəm, narahat olma.
Xəzər bir az ümidlənir:
- Səidoğlu nə vaxt gəlir?
Ağa ciddi görkəmdə:
-  Mən ona bilet pulu göndərən kimi gələcək.

Musiqi dərsində

Ermənistan prezidenti Serj Sərkisyan İrəvandakı musiqi məktəbinə qonaq gedir. Serjik şagirdlərdən birindən soruşur:
- Oğlum, do-dan sonra nə gəlir?
Uşaq cəld dillənir:
- Söhbət notdan gedirsə, "re", yox, səndən gedirsə "nuz" gəlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31