“İynə”
“Başqanlıq seçkisi boks yarışına dönəcək”
18 Aprel 2012 16:16 YumorBakı. Analitik Mərkəzin ofisi. İki gənc politoloq söhbət edirlər.
- Qəzetlər yazır ki, Müsavat qurultay üçün Bakı Əl Oyunları Sarayını istəyib. Görən niyə oranı?
Nisbətən yaşlı politoloq ağır-ağır dillənir:
- Bilirlər ki, başqanlıq seçkisi boks yarışına dönəcək. Ona görə oranı istəyiblər.
Pənaha sədrlik verincə...
Oğlu Tural ağsaqqal cəbhəçi Yusif Sevdimalıdan soruşur:
- Ata, Elçibəy hökumətində üçüncü adam Pənah Hüseyn idi. Müsavatda başqan postunu ona niyə vermirlər? Məncə, Pənah Müsavatı namizəd böhranından çıxara bilər.
Yusif bəy köks ötütür:
- Oğlum, Pənaha sədrlik verincə, elə partiyanı bağlasan yaxşıdır. Onsuz da dağıdacaq.
Hazifin ov macəraları
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ovdan qanıqara gəlir. Onu oğlu qarşılayır:
- Ata, nə vurdun?
- Ə bir qulaq as e. Bilirsən tülkü nə huyləgər heyvandı...
- Nə olub ki?
Hafiz yorğun və acıqlı halda evə gəlir:
- Meşədə gedirdim. Bir tülkü gördüm. Tuşlayıb atdım. Yıxıldı. Götürməyə gedəndə görürəm ki, bizim tuladı...
"Mənim kimi yalan deyin"
Tədbirlərin birində köhnə müttəfqi ilə aranı düzəltmək istəyən AXCP sədri Əli Kərimli Liberal Partiyanın sədri Lalə Hacıyevaya kompliment deyir:
- Lalə xanım, siz çox yaraşıqlı, gözəl xanım, harizmatik, nüfuzlu lider, yaxşı həmkarsız.
Lalə xanım dilxor halda:
- Əli bəy, təəssüf ki, eyni sözləri sizin haqqınızda deyə bilməyəcəm...
Kənardakı müxbirlərin ironiyalı baxşıları altında pərt olan Cəbhə lideri deyir:
- Neynək, siz də mənim kimi yalan deyin.
Çimərlikdə nə geyim?
Mayis Səfərlinin deputat işləyən vaxtlarıdır. Bir gün Mayis Zahid Orucla Antalyaya istirahətə gedirlər. Çİməliyə getməyə hazırlaşan Zahid deyir:
- Görən, nə geyinim ki, hamının diqqətini çəkim?
Mayis qımışır:
- Ayağına xizək gey, başına buxara papaq qoy. Həm yaraşar, həm də hamı sənə baxar.
Olmuş əhvalat
Bir gün Tehrandan qanıqara qayıtmış, dini lider tərəfindən danlanmış Təbrizin imam-cüməsi Məlakkutidən soruşurlar:
- Ağa, adamla mollanın fərqi nədir?
Məlakkuti dilxor halda:
- Fərqi odur ki, mənim balam, adamdan molla olar, amma molladan adam olmaz...
Yanlışlıq
- Ötən sayımızda Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan haqqında yazıda səhvə yol verilib. Korrektorun xətası üzündən böyük öndərin barəsində "İmic" Piar Mərkəzinin yazdığı "Mübarizənin önündə, sözünün arxasında" sloqanı səhvən belə verilib: "Sözünün önündə, mübarizənin arxasında".
- Başqa bir xəta Rusiyada baş verən hadisələrlə bağlı yazılmış yazıda gedib. "Putinin yeritdiyi siyasət ona gətirib çıxarıb ki, Rusiya cəmiyyətində narazılıq artıb" cümləsi belə verilib: "Putinin yeritdiyi siyasət ona gətirib çıxarıb ki, Rusiya cəmiyyətində natarazlıq artıb".
"Qaydaları 3 barmağım kimi bilirəm"
Aqil Abbasın avtomobil təmirxanası. Təzə işə götürülmüş şagird ustaya deyir:
- Usta, bax ehtiyatlı ol ha. Dəzgah təhlükəlidir! İti çarx barmaqlarını aparar...
Usta arxayınlıqla:
- Mən 20 ilin ustasıyam, bala. Kimi öyrədirsən? Mən təhlükəsizlik qaydalarını 3 barmağım kimi bilirəm.
"Memar olacam"
Niyaməddin Orduxanlının uşaq vaxtlardırı. Bir gün Niyam babası ilə söhbət edir. Babası:
- Böyüyəndə kim olacaqsan, Niyam?
- Memar olacam, baba! Özümə küncü olmayan otaqlar tikəcəm. Dairəvi.
- Elə niyə, mənim balam?
- Eh, baba, bezdirib məni bu künclər də...
Reaksiya
"İynə"nin daimi oxucularından biri olan Südeyif kişi Bərdənin Soğanverdilər kəndindən yazır ki, Sülhəddin Əkbərin təşkilatı ilə bağlı xəbərlərin təqdimatından narazıdır. Südeyif dayı yazır: "A bala, hansı qəzeti açırsan yazır ki, bəs "Şimali Atlantika blokunun Suraxanı təşkilatı yaradıldı" , "NATO Neftçalada yerli şöbəsini açdı". Ay oğul, dost var, düşmən var, Rusiya var, İran var, belə başlıqmı olar? Duyan da elə bilər, Suraxanıda müsavatçıları təşkilatına cəlb edib təşkilat quran Sülhəddin bəy deyil, NATO özüdür".
"Təklifdirsə, içirəm"
Həyətdə soyuqdan üşüyən ADP sədrinin müavini Zakir Hüseynov qonşusu ilə qarşılaşır. Qonşusu soruşur:
- İçirsən, Zakir bəy?
Zakir bic-bic gülür:
- Əgər bu sualdırsa yox, əgər təklifdirsə hə.
"Səddam da belə deyirdi"
Əhəd Abıyev qəzetləri vərəqləyir. İranla bağlı xəbərləri oxuyan Əhəd "İran silahlı qüvvələrinin komandanı dedi ki, Amerikanı ayağımızın altında əzərik" cümləsinə çatanda qürurla:
- Afərin! Dövlət belə olar e...
Köməkçisi cəld dillənir:
- Səddam da belə deyirdi. İran əzsə, əzsə, Obamanın maketini piketdə əzə bilər.
Talehdən sərfəli təklif
Ümid Partiyasının qərargahı. Partiyanın 10 illik yubileyini yola vermək istəyən İqbal Ağazadə dəhlizdə müavinlərə deyir:
- Sabah, partiyanın 10 yaşı tamam olur. Bu münasibətlə qəşəng bir tort alacam, üstünə də 10 şam qoyaq. Kəsək...
Bu yerdə Taleh Əliyev replika atır:
- Olmaz ki elə 10 tort al, üstünə 1 şam qoyaq?...
2 ağacı 4 gördü
Qardaşı oğlu toydan kefi ala buludda qayıtmış Əhməd Orucdan soruşur:
- Əmi, alkaş nə deməkdi?
Əhməd öncə hıçqırır, sonra gülümsünüb deyir:
- Bax, bala, o dörd dənə ağacı görürsən?
- Hə.
- Alkaş elə bilir orda 8 ağac var.
- Ata, orda 2 ağac var.