“İynə”

“Səndən inqilab iyi gəlir”

Cəbhəçi fəal İnqiab Kərimovun dəvəti ilə Bakıya gəlmiş Ukrayna narıncı hərəkatının xanım üzvlərindən biri Bakıda polis tərəfindən ələ keçir. Polis küçədə radikal şüarlar qışqıran "gözəlçəyə" deyir:
- Ay qız, ağlına gələni danışırsan. Səndən inqilab iyi gəlir...
"Gözəlçə" gülür:
- Gecəni İnqilabla bir yerdə keçirmişəm. Ayrı kimin iyi gələcək?

"...bir də martın 9-da üzə çıxacaqsan"

Gənc oğlan sevdiyi qıza:
- Sevgilim, gəl gizlənpaç oynayaq...
Qız etiraz edir:
- Deməzsən ki aldatdım? Sabah 8 martdır. İtəcəksən, bir də martın 9-da üzə çıxacaqsan.

"Onlar da məni çağırmamışdı..."

Gülüş ustası Cəfər Namiq Kamalın gənc vaxtlarıdır. Bir gün dostları ilə yeyib-içən Cəfər ciddi görkəmdə deyir;
- Toyuma ata-anamı çağırmayacam.
- Niyə?
Cəfər məzələnir:
- Onlar da məni çağırmamışdı...

"Studiyadan gülüstan iyi gəlir..."

Xalq artisti Arif Quliyev astroloq İlham Mirzəyevin qonağıdır. Studiyaya görəndə Arif aparıcıya qılıqlanmaq üçün deyir:
- Bəh-bəh-bəh! Nə gözəl! Studiyadan gül-gülüstan iyi gəlir...
İlham deyinir:
- Bah, söz danışdı da. Səndən qabaq Gülüstan Əliyeva burda idi. Təbii ki onun iyi gələcək. Flora iyi gəlməyəcək ki.

"İndi söz atmaq olmur..."
Lənkəran. 1992-ci ildə orta məktəbi bitirmiş məzunlar 20 illik yubileylərini qeyd edirlər. Hərə bir yerdən gəlib. Bakıda jurnalaist işləyən Xaqani Səfəroğlu deyir:
- Qardaş, indiki qızlara söz atmaq olmur e.
- Niyə?-deyə, dostlardan birir soruşur.
Xaqani dərdli-dərdli:
- Atırsan da eşitmirlər, qulaqlarında "nauşnik" var axı.

Müasir oğru metodları

Oğru evə zəng edir:
- Bağışlayın, sizə inək lazımdı?
- Yox. Neynirik ki? Biri var bəsdi.
- Oldu. O zaman biz gecə onu oğurlayarıq.

"Təhsilə fikir verən yoxdu"

Təhsil eksperti Etibar Əliyev ali məktəbdə işləyən dostu ilə söhbət edir. Dostu:
- Qardaş, tələbələr passivdi, oxuyan yoxdu ee. Əvvəlki vaxtlar getdi.
Etibar qımışır:
- Kim oxuyacaq e. Qızlar geyimə fikir verir, oğlanlar qızlara, müəllimlər də pula. Ona görə də təhsilə fikir verən yoxdu.

"Nəyin çatmırdı ki..."

Rusiyanın paytaxtı Moskva şəhəri. Şəhərətrafı daxmaların birində bir alkaş yeni il gecəsi özünü asır. Səhər tezdən onu yoluxmağa gələn alkaş dostu onu ipdən asılmış görür. Ciblərini axtarır ki, bəlkə yazı-zad tapa. Özünü asanın bir cibindən bir şüşə araq, o biri cibindən bir banka turşu-xiyar tapır. Və təəssüflə deyir:
- Ay yazıq, bədbəxt dostum, axı sənin nəyin çatışmırdı ki, özünü asırdın? 

Heyvanların söhbəti

Meşə. Heyvanların söhbəti. Mövzu insanların ədalətsiz davranışlarıdır. Ayı:
- Nəyə görə, insanlar qaba davranan, vəhşilik edənə "ayı" deyirlər?
Öküz:
- Niyə xanımlar romantikadan uzaq kişiyə, incə hərəkət eləməyənə, qadın ruhundan anlamayana mənim adımı deyirlər?
Xoruz dilxor halda:
- A kişi, siz yaxşısız e. Bəs onda mən nə edim?

Yanlışlıq

Ötən sayımızda Ermənistan prezidenti Serj Sarkisyanla bağlı yazıda səhvə yol verilib. "Serjikin tərəfsizliyi Xankəndində təqdir olunur" fikri belə gedib: "Serjikin şərəfsizliyi Xankəndində təqdir olunmur".

Rus dili dərsində

Müdhət Aydının gənc vaxtlarıdır. Bir gün rus dili dərsində müəllim soruşur:
- Müdhət, rusca "bura gəl"i necə deyirlər?
Murik gülə-gülə:
- İdi syuda.
- Bəs, "ora get" necə deyilir?
Müdhət qımışır:
- Gedib durursan orda və deyirsən: "İdi syuda".

Hazırcavab Məleykə

8 Mart günü yol polisi xalq artisti Məleykə Əsədovanı saxlayır.
- Xanım, deyə bilərsiz "90-60-90" nə deməkdir?
Məleykə söz altda qalmır:
- Sürücü trasda 90 sürür, "QAİ" görəndə 60-a enir, keçəndən sonra yenə 90-a qalxır.

Köhnə qurddan yeni fırıldaq

Oğlu ağsaqqal cəbhəçi Yusif Sevdimalıdan soruşur:
- Ata, xəbərin var, Suriya prezidenti Bəşər Əsədin anası oğluna qarşı çıxıb. Deyib ki, mən elə oğul böyütməmişəm. Qısası, Hafiz Əsədin arvadı oğlunun istefasını istəyib...Səncə niyə belə edib?
Yusif bəy deyir:
- Ehh, ay bala, hamısı fırıldaqdı. Hafiz Əsədin arvadı az bilmir ki. Köhnə qurddu. Bilir ki, oğlunun axırıdır, "əzabkeş" qiyafəsində Avropaya "qaçacaq", Əsəd ailəsinin pullarını qurtarmağa cəhd edəcək. 

Firqə xəbərləri

CXP-Partiyadan sızan məlumata görə, Yuliya Timoşenkonun köhnə dostu Bədrəddin Quliyev yaxın günlərdə Ukrayna hakimiyyətinə qarşı sərt bəyanatla çıxış edəcək. O, Ukraynada insan hüquq və azadlıqlarının pozulduğunu bəyan edəcək. Sədrin ətrafından sızan məlumata görə, əslində Bədrəddini narazı salan Timoşenkonun həbsdə qalması-zad deyil. Sadəcə, son zamanlar Ukraynadan kolbasa gətirən CXP liderinin biznesində problemlər yaranıb.
KXCP-Partiya Müqavimət Hərəkatından narazıdır. Təşkilatdan sızan məlumata görə, artıq qərargahda eks-spikerin əleyhinə "havayı yerdən bizi İctimai Palatadan ayırdı, pul göndərən-zad da deyil" kimi söhbətlər dolaşmağa başlayıb.

Abdalsayağı düzəliş

Tədbirlərin birində Əhrar Partiyasının lideri Vaqif Hacıbəyli küskün halda Əhməd Oruca yaxınlaşır:
- O nədir, keçən şənbə qəzetində yazmısan ki, "Vaqif yaxşı siyasi lider deyil". Ayıb deyil, səninlə tonlarla çörək kəsmişik...
Bu söhbətdən utanan Əhməd bəy ertəsi gün qəzetində belə bir düzəliş verir:
- "Vaqif bəy yaxşıdır, amma nə siyasətçi, nə də lider deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31