"İynə"
Əvəzində saqqız verdim
18 Aprel 2012 16:14 YumorXəzər Teyyublunun pulsuz vaxtlarıdır. KXCP funksioneri mağazaya girir, siqaret alır, amma 10 qəpiyi çatmır. Cibindən 5 ədəd saqqız çıxaran Xəzər onları satıcıya uzadır. Satıcı dəli olur:
- Bu nədi əə?
Xəzər qımışır:
- Nə olacaq, saqqızdı. Necə olur, sizdə xırda olmayanda saqqız, kibrit verirsiz. Məndə də 10 qəpik yoxdu, əvəzində saqqız verdim.
"Gəl bizim evdə istifadə elə"
Xalq artisti Məleykə Əsədova qonşusu ilə söhbət eidr. Qonşusu Məleykədən tozsoran istəyir.
- Qonşu, tozsoranınızı istifadə etmək üçün verə bilərsiniz?
Məleykə bəhanə edir?
- Ərim ev əşyalarını evdən bayıra çıxarmağa icazə vermir. Amma istifadə etmək istəyirsənsə, gəl burada, bizim evdə istifadə elə.
Dalımca düşdülər, amma çata bilmədilər...
Samir Adıgözəlli gənc yaşlarında bi qızla tanış olur. Özünü varlı göstərmək istəyən Samir gündə bir bahalı paltar geyinir, üzük taxır, telefon gəzdirir. Bir gün qız soruşur:
- Əzizim, bu telefon nə qəşəngdi! Hardan almısan?
Samir forslanır:
- Qaçış yarışında udmuşam.
- Nə yarışı? Sən idmançı deyilsən axı...
Samir:
- Hə, idman deyildi. Sadəcə telefon mağazasından çıxanda satıcı və polis dalımca düşdülər, amma çata bilmədilər...
"Heç belə deməzsən ki, camaat, oğluna maşın alır..."
Cəbhəçi alim Yusif Sevdimalı oğlu Turala nəsihət verir:
- Camaatın oğlu univeristetdə yaxşı oxuyur, əlaçı olur, əlavə olaraq işləyir, eəv pul gətirir...
Tural cavab qaytarır:
- Ee, dəhşətsən e dədə! Hər dəfə eyni sözlər. Bir dəfə də de ki "camaat, oğluna maşın alır, ən son model telefon, kompüter alır". Heç belə deməzsən..
İnternetdən başın çıxır?
Bir gün Bəybala Əbil KXCP təşkilat şöbəsinin işçisini çağırıb danlayır:
- Sənin internetdən başın çıxır heç?
- Əlbəttə çıxır.
Bəybala əsəbləşir:
- Bəs nə vaxt çıxır ki, bütün günü orda olursan, işlə də maraqlanmırsan.
"Hələlik karandaşla yazın"
Asim Mollazadənin həkim işləyən vaxtlarıdır. Bir gün bir evədn zəng edirlər:
- Həkim, uşağımız qələm udub, nə edək?
Asim asta-asta dillənir:
- Gözləyin, gəlirik.
- Bəs siz gələnə kimi nə edək?
Kefikök Asim qımışır:
- Ta neyləmək olar, hələlik karandaşla yazın.
Həkimin qəbulunda
Bir gün Həsrət Rüstəmov ixtisasca həkim olanADP sədri Sərdar Cəlaloğlunun yanına gəlib deyir:
- Bəy, mən qripin ən pis növünə yoluxmuşam, nə edim?
Sərdar cəld dillənir:
- İlk növbədə məndən uzaq ol və bu gün də icazəlisən. Çıx get evə.
Facebook gülməcələri
"Gəl yemək yeyək"
Ata internet klubda olan oğlunun profilinə girir və divarına yazır:
- Oğlum, necəsən? Burda hər şey yaxşıdır. Sənin üçün çox darıxmışıq. Vaxt elə, gəl yemək yeyək.
"Qoy, səhifəmə yazım"
Gecə saat 2-dir. Ana yuxudan hövlnak oyanıb qızını səsləyir.
- Qızım, evimizə oğru girib, tez polisə zəng vur!
O biri otaqda facebbokda oturan qız arxayın halda:
- Yaxşı, qoy əvvəlcə facebookda yazım sonra.
Çimərlikdə
Müğənni Xumar Qədimova dənizdə çimərkən boğulur. Çığırıb haray salır:
- Kömək eidn, boğuluram!
Bu vaxt 55 yaşlı bir kişi kömək üçün özünü ədnizə atır. XUmar çığırmaqda davam edir:
- Siz yox, o hündürboy, cavan oğlan gəlsin.
Vağzalda
Vağzalda billet satan cavan oğlandan soruşur:
- Adın nədir?
- Saammiir.
- Pəltəksən?
Oğlan təmkinlə:
- Yox e. Pəltək atam idi, o vaxt adımı yazan pasportmasa işçisi isə savadsız. Adımı Saammirr yazıb.
Demoqoq alıcı
Sovet vaxtlarıdır. 15 yaşlı Bədrəddin Quliyev "Qostronom"a gəlib satıcıya yaxınlaşır:
- Araq var?
Satıcı hirslə:
- Neçə yaşın var?
Əhməd sərtləşir:
- Lisenziyanız var?
Satıcı tezcə yumşalır:
- Hansından istəyirsən, əzizim?
"Sovet teminlərindən əl çəkmirsən"
Qumalhüseyn Əlibəyli Məntəqə Seçki Komissiyasında yoxlama aparır. Seçici özünün təqdim edir:
- Abışov Traktor Sovet oğlu.
Qulamhüsey əsəbləşir:
- A kişi, 20 ildi müstəqilik, sən hələ Sovet teminlərindən əl çəkmirsən.
"Sovet oğlu" nədir? Dəyişə bilmirdin?
- 20 ildi müstqəqilik. Hələ müstəqlillşməməsiz?
"Ermənini qulağından vurdum"
Qarabağ qazisi Rey Kərimoğlu jurnalist dostu Xaqani Səfəroğlu ilə söhbət edir:
- Deməli, Xaqani, bir gün döyüşdə idim. Maraqlı bir şey oldu. Bir güllə ilə erməni əsgərinin həm qulağından, həm də əlindən vurdum.
Xaqani təəccüblə:
- A necə? Elə şey olar? Qulaq harda, ayaq harda...
Rey qımışır:
- Niyə olmur, mən atəş açanda it oğlu it qulağını qaşıyırdı da.
"Gedib təzəsini aldım... "
Mayis Səfərlinin Rusiyada yaşayan vaxtlarıdı. Bir gün dostları Mayislə zarafat etmək üçün onun maşını oğurlayırlar. Bazarda işləyən yerlilərindən şübhələnən Mayis hamını yığıb deyir:
- Mənim maşınımı kim oğurlayıbsa, tez gətirsin, yoxsa yenə keçən dəfəki kimi olacaq...
Dostları qorxuya düşür və axşam maşını qaytarırlar. Ertəsi gün dostları maraq üçün Mayisdən sorşurlar:
- Heş demədin axı, keçən dəfəf neyləmişdin...
Mayis qımışır:
- Ə, heç nə. Keçən dəfə də maşınımı oğurlamışdılar, mən də gedib təzəsini aldım...
"İşıqda necə yatım?"
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirninovskini tutub dəlixanaya salırlar. Bir gün Volodya palata yoldaşındandəlixananın müdirinə şikayət edir:
- Yoldaş müdir, zəhləmi töküb, Başına vedrə keçirir, əllərini də toka taxıb deyir: "Lampayam, yandım, söndüm..." Bir sözlə, məni yatmağa qoymur.
Müdir də cavabında deyir:
-Sən ona fikir vermə, yat.
Jirinovski cin atına minir:
- Ə, dəlisən? İşıqda necə yatım?