"İynə"
Münsif, yoxsa müflis?
18 Aprel 2012 16:12 YumorÖtən sayımızda eks-spiker Rəsul Quliyev barədə yazıda səhvə yol verilib. Korrektorun xətası üzündən "Rəsul Quliyev Amerikada Beynəlxaq Münsiflər Heyətinin üzvü seçilib" cümləsi belə verilib: "Rəsul Quliyev Amerikada Beynəlxalq Müflislər Heyətinin üzvü seçilib".
"Təki tribunada dayansın"
Müsavat başqanı İsa Qəmbərdən soruşurlar:
- İsa bəy, lider mitinqdə kütlənin arxasınca gəlməlidir, ya öndə?
Başqan qımışır:
- Harda gəlir, gəlsin, təki tribunada dayansın.
"Ətlə, ya kartofla?"
Bir gün toyda yeyib-içib "hal əhli" olan Samir Adıgözəlli tamadaya yaxınlaşıb deyir:
- "Peraşki" havası çalın...
Tamada cəld dillıənir:
- Ay qardaş, elə mahnı nə gəzir?
Bu zaman Samir əlindəki iti bıçağı tamadaya tərəf tutur. Tamada yazıq-yazıq deyir:
- Yaxşı, ətlə ya kartofla?
Hazırcavab Xəzər
Xəzər Teyyublunun orta məktəbdə oxuduğu vaxtlardı. Bir gün dərsdə müəllim Xəzəri qaldırıb soruşur:
- A bala, sən niyə solaxay yazırsan?
Xəzər:
- Müəllim, hərənin bir çatışmayan cəhəti var da. Məsələn, sizdə də var. Deyin görüm, şirinçayı hansı əllə qarışdrırısız?
Müəllim arxayınlıqla dillənir:
- Sağ əlimlə.
Xəzər qımışır:
- Görürsüz, amma normal insanlar qaşıqla qatışdırırlar.
Molla ilə manıs
Məclislərin birində öünü "Şou-biznesin əjdahası" adlandıran müğənnilərədn biri mollanın yanına glib nə qədər savab, nə qədər günah qazandığını öyrənmək istəyir.
- Bax, molla əmi, mən hər toya gedəndə ylun qırğaındakı pirlərər 20 qəpik nəzir atıram. Qayıdanda da. Hər məhərrmlikdə nəzir verirəm...
MOlla soruşur:
- De gğrüm, dəstəmaz alırsan?
- Yox.
- Namaz qılırsan?
- Yox.
- Oruc tutursan?
- Yox.
- Bəs yeyib-içə, yatıb-dura bilirsən?
- Həə.
- Övladım bütün bunları mənim həyətəd saxladığım qoyunlar da edir. Onlardan sənin nə fəqrin?
Faiq rəsm dərsində
Xalq artisti Faiq Ağayevin gənc vaxtlarıdır. Bir gün rəsm dərsində müəllim mələk rəsmi çəkmələrini tapşırır. Hamı çəkir. Faiqin çəkdiyi qəribə mələk olur-üç qanadlı. Müəllim təəccüblə:
- Faiq, oğlum, bu nədir? Mələk üç qanadlı olur? Harda görmüsən? Mələk ikiqanadlı olar...
Faiq söz altda qalmır:
- Bəs siz harda görmüsüz ikiqanadlı mələyi?..
-
"Çörək dünən lazım idi"
Çingiz Əhmədovun Rusiyada yaşayan vaxtlarıdı. Bir gün bir Çingiz "piyan" halda aptekə girir və deyir:
- Sizdə çörək var?
Satıcı:
- Aptekdə çörək olmur.
Çina satıcının gözünü altını qaraldır. Səhəri gün yenə gəlir və soruşur:
- Sizdə çörək var?
Satıcı deyir ki, yox. Çina vurub o biri gözünü də partdadır. Satıcı bundan bezib ertəsi gün aptekə çörək qoyur. Çina yenə gəlir və satıcı kişini qabaqlayıb deyir ki, çörək var. Çina bu dəfə satıcının alnına bir yumruq vurub deyir:
- Çörək dünən lazım idi. Bu dəfə smetan lazımdı.
Facebook lətifələri
"Sürünə - sürünə gəlmişəm"
Bir gün kişi evə sərxoş halda gəlir. Arvad qapını açanda üst - başının toz - torpaq olduğunu görüb deyinir:
- Utanmırsan, ay kişi, qonşuların yanında biabir olduq...
Kişi özünün sındırmır:
- Arvad, sən heç narahat olma! Məni heç kəs görə bilməz!
Arvad:
- Necə?
Kişi:
- Çünki, sürünə - sürünə gəlmişəm!
"Ancaq axmaqlara salam verirəm"
Rusiyanın paytaxtı Moskva şəhəri. Beynəlxalq toplantı. Toplantıda iştirak edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev foyedə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski ilə qarşılaşır. Hafiz dillənir:
- Salam.
Vladimir:
- Mən avantüristlərin salamını almıram...
Hafiz söz altda qalmır:
- Maraqlıdır ki, mən isə ancaq avantüristlərər və axmaqlara salam verirəm.
"Onda ciblərini boşalt!"
Millət vəkili Fəzail Ağamalı işdən evə gedərkən qaranlıq tindən səsə eşidir:
- Alə, sən buralarda polis-zad görmədin?
Fəzail müəllim mədəni şəkildə adama sarı çevrilib deyir:
- Yo-o-ox. Polsi zad yoxdu. Nədir ki?
- Onda ciblərini boşalt!
"Mağazamı yardılar"
Mağaza sahibi qonşu mağazanın sahibindən soruşur:
- Hə, nə oldu, sənin qəzetdə "Mağazaya gözətçi lazımdır" elanın nəticə verdi?
Mağaza sahibi qanıqara halda:
- Hə, verdi... Dünən mağazamı yardılar. Gözətçi yoxdu axı.
"Beton kimiyəm"
Elman Türkoğlu Yaşar Türkazərlə dərdləşir. Yaşar:
- Həkimə getmişdin, nə oldu?
Elman kefikök halda:
- Heç nə beton kimiyəm!
- Həkim elə dedi?
- Hə. Dedi ki, qarnında su toplanıb, böyrəklərində qum var, qanında da dəmir çoxdu. Məntiqlə beton kimiyəm.
"Başını suya soxsam, danışa bilərsən?"
Vüqar Bəyturanın orta məktəbdə oxuduğu vaxtlardı. Bir gün zoologiya müəllimi Vüqarı qaldırıb soruşur:
- Vüqar, de görüm, balıqlar niyə danışmır?
Vüqar dəmir məntiqini işə salır:
- Müəllim, sənin başını suya soxsam, danışa bilərsən?
Quşlar və çaqqallar
Bir gün Robet Köçəryan yeməkxanada oturub yemək yeyirmiş. Birdən Bako Saakyan gəlib onun yanında oturur. Robik deyir:
- Quşlarla çaqqallar bir yerdə oturmazlar...
Saakyan cəld dillənir:
- O zaman mən "uçum".