“Özün nə etmişdin ki?”
25 İyul 2014 15:00 Yumorİlkin Qəmbər atası ilə partiyadan, başqanlıqdan danışır:
-Ata, qurultayda məni qabağa verib başqan edə bilərsən?
İsa Qəmbər qayğılı halda:
-Əşi, heç Qubad İbadoğlunu irəli verə bilmirəm. Qoy, görək nə olur...Bir də ki ay oğul, sən axı heç Müsavatda aktivlik etməmisən. Nə eləmisən ki, səni o boyda kişilərin başı üstündən başqan edim?
İlkin küskün halda:
- Özün 1993-də nə etmişdin ki, o boyda kişilərin başı üstündən başqan oldun?...
"Ancaq kişilər minir"
Qız oğlana telefon açır:
- Hardasan, sevgilim?
Oğlan:
- Metroda...
Qiz qısqanc halda:
-Qızlar var metroda ?
Oğlan rişxəndlə:
- Yox, dini metrodu, ancag kişilər minir.
"Yanlış adamla evlənmişəm"
Təyyarədə ucan iki nəfər yanaşı otururlar. Biri o birisinin evlilik üzüyünün səhv barmağa taxıldığını görür və təmkinlə dillənir:
- Bağışlayın, siz üzüyünüzü səhv barmağınıza taxmısınız...
Yol yoldaşı köks ötürür:
-Xeyr, qardaş. Üzüyü yanlış barmağa taxmamışam e, yanlış adamla evlənmişəm.
Şikayətin nədəndi?
Qonşusu müalicədən qayıdan xəstədən soruşur:
-Cərrahiyyə əməliyyatı necə keçdi?
- 1000 manat istədilər.
- Yox e... sənin nəyin var idi ki?
- 500 manatım var idi.
- Sən yenə məni düz başa düşmədin... şikayətin nədəndir?
-Bahalıqdan.
"Sən barışacaqsan, amma mən..."
Anası toya hazırlaşan qızına deyir:
- Yoldaşınla nə üstündə mübahisə etdiyinizi heç zaman mənə danışma.
- Niyə ana ?
- Sən sonra barışacaqsan, yadından çıxacaq, ancaq mənim yadımdan çıxmayacaq.
Təmiz hakim necə olmalı?
Rusiyada hüquq fakültəsi tələbələrinin ağız söhbətindən:
-Səncə ağıllı, ədalətli, dürüst və tərbiyəli hakim necə olur?
-Bunun dörd şərti var:
1)Ağıllı hakim rüşvəti vəkilin vasitəsilə alar, birbaşa müttəhimin özündən pul götürməz.
2)Ədalətli hakim cəzaları yalnız qiymət cədvəlinə uyğun təyin edər.
3) Dürüst hakim pul aldığını danmır.
4)Tərbiyəli hakim isə aldğını öz həmkarları, rəhbərlik və prokurorlarla bölüşə biləndir.
"Mən tavaya yapışmışam"
Dəlixana. Bir gün bütün dəlilər atılıb-düşür. Biri isə oturub baxır. Müdir maraqla gəlib soruşur ki , sən niyə atılıb-düşmürsən?
Dəli qımışır:
-Onlar partlamış popkorndu, mən isə tavaya yapışmışam.
"Əvvəlki qaydaları yığışdırdılar?"
Bir gün ata ilə balaca oğlu avtobusda gedirlər. Hər şeyi bilmək istəyən oğlu atasından soruşur:
-Ata, anamla siz nə etmisiz ki, mən doğulmuşam?
Ata qızarsa da, oğlunu birtəhər başa salmağa çalışır:
- Oğlum ananla mən bir kolbaya göy su, digərinə isə yaşıl rəngdə su tökmüşük. Və... sən anadan olmusan.
Oğlan razı qalır. Ancaq qabaq oturacaqda oturan yaşlı qadın maraqla deyir:
- Oğlum, o əvvəlki gözəl qayda-qanunu yığışdırdılar bəyəm?
"Məni niyə oyadırsan"?
Teatrların birində tamaşa oynanılır. Tamaşaçı qadın öz ərinə:
- Baxsana, yanımızdakı o kök kişi yatıb...
Kişi dilxor halda:
- Yatsın da, bunu deməkdən ötrü məni niyə oyadırsan?
"Albomu maşında gəzdirmirəm"
1990-cı illərin Bakısı. Yol polisi yolda maşını saxlayır.
- Saxla, saxla... Qırmızıda keçdin.
- Doğrudan, rəis, bağışla, amma mən Məmmədin qohumuyam, kişiyə zəng etmək istəmirəm, qoy çıxım gedim.
- Hansı Məmmədi deyirsən, ə?
Sürücü cibindən min manat çıxarıb yol polisinə uzadır.
- Bax, bu şəkildəki kişini deyirəm, tanıdın, rəis?
- Hə, tanıdım, Allah canını sağ eləsin. Başqa şəkilləri yoxdu? Mən də onu çox istəyirəm, bir-ikisini ver, biz də ürəyimizin üstündə gəzdirək...
- Yox, da, rəis, kişinin albomunu maşında gəzdirmirəm.
O dünyadan dönənlər
Bir azərbaycanlı, bir gürcü və bir də Anadolu türkü avtomobil qəzasında həlak olur. Mərhumları dəfn ediləndən bir ay keçmiş bir də görürlər azərbaycanlı məzardan çıxıb gəlir. Təəccüblə hərə bir yandan buna sarı gedir, soruşular ki, nə xəbər, o dünyadan necə döndün?
- Əşi, bizim keçmiş məmurlardan biri bu dünya ilə o dünya arasında gedən yolda polis işləyir. Anlaşdıq, beş min manat verdim, qayıtdım.
Soruşurlar bəs, türk qardaşımız necə oldu?
- O, hələ bazarlıq edir, çalışır üç minə işi həll eləsin.
Bəs, gürcü yazıq harda qaldı?
- O, iki ayağını dirəyib ki, dövlət qiymətini denən, qəbz ver, filan...
Pul hər şeyə qadirdir
Ermənistanda məhkəmə gedir. Prokuror:
- Mən hesab edirəm ki, müttəhimin hüquqları kobud şəkildə pozulub. Bu iş dərhal bağlanmalı, müttəhimin bütün əmlakı özünə qaytarılmalı, ona bəraət verilməlidir.
Prosesi izləyən jurnalistləri təəəcüb götürüb. Jurnalistlərdən biri yanındakına:
- Başa düşmədim, bu çıxış edən prokuror idi, ya vəkil?
- Yaxşı pula prokuroru da vəkil etmək olar.
"Diploma uyğun pasport düzəltdilər"
Ermənistanın Spitak rayonu. Polis vətəndaşı saxlayır:
- Denən görək, bu cür ali məktəbin, bu cür keyfiyyətli diplomunu necə əldə elədin?
- İnanın, yoldan tapmışam.
- Bu necə olur, sən yoldan öz adına olan diplomu tapmısan?!
- Rəis, vallah, yoldan tapmışam, sadəcə sonra sizinkilər diploma uyğun pasport düzəltdilər.
İmtahanda
İmtahan vaxtı tələbə qiymət kitabçasının içinə 500 manat pul və bir qeyd qoyub professora uzadaraq zaldan çıxır.
Qeydində də yazıb: "Müəllim, hər bala 100 manat, zəhmət olmasa."
Bir azdan qiymət kitabçasını ona qaytarırlar, içində də 300 manat və belə bir qeyd:- "Buyur, bala, bu da pulun qalığı."
"Birinci dəfəki kimi üfür"
Özbəkistanda yol polisi azərbaycanlı sürücünü saxlayır. Polis sürücünün içkili olub-olmadığını yoxlamaq istəyir:
- Bura üfür görüm.
Sürcü çıxarıb polisin ona uzatdığı qaba 50 manat atır.
- Yenə üfür.
Sürücü 20 manat atır.
- Olmadı, yenə üfür.
Sürcü bu dəfə də 10 manat atır.
- Ə, astmasan? Noolub, bir də üfür, birinci dəfəki kimi.