Facebook deyimləri
18 İyul 2014 16:00 Yumor-Qadınlar kişilərdən daha ağıllıdır. Çünki tarix hələ kişi ayağına görə başını itirən qadın görməyib.
Yeniyetmə yaradıcılığından seçmələr
- Səndə "Kent-8" var?
-Yoxdu, amma "Kent-4" var.
- Onda ikisini ver, 8 olsun.
Satirik şair Fikrət Məmmədlidən yeni şeirlər
Bir aşıq oğlan vardı,
"Yox mənə tay"-deyirdi.
Sözü qurtardığından,
"Dalay-dalay"-deyirdi.
Bir falçı oğlan vardı,
Hamıya fal açırdı.
Başı ağrıyan kimi.
Tez həkimə qaçırdı.
Getmisən ayran içməyə, ya ara açmağa?
KXCP-nin qərargahı. Bəybala Əbillə Xəzər Teyyublu söhbət edirlər. Xəzər:
AXCP-nin yubileyində Sərdar Cəlaloğlunu fitə basıblar. Çıxışı yarımçıq qalıb.
Yusif Sevdimalı:
- Niyə?
-AXC-nin tarixini təhrif edib, xidmətlərini danıb.
- Adama deyərlər ay bala, getmisən ayran içməyə, ya ara açmağa? Getmisən, ya danışma, danışsan da məclis sahibinin xeyrinə danış da.
Sən saydığını say, Bayram!..
Üstündə narkotik tutulan meyxanaçı Bayram Kürdəxanlı həbs edilib. Məclislərin birində qapı qəfil döyülüb, açıblar ki, bıy, polis. Axtarış zamanı məlum olub ki, bəs məşhur "yeyib-içən oğlan yaman olmaz" qafiyəsinin müəllifi Bayramın üstündə nəşə var. Özü də istifadə olunmaq üçün deyil. Yəni çoxdu. Deməli lotu bunu satmaq istəyirmiş. Lap az olsa belə, nəşə ilə yaxalanması heç də yaxşı şey deyil. Adam pis-yaxşı sənətkardı, cəmiyyətə örnəkdi. Örnək olası adam pis nümunə göstərməz. Bayram özü isə peşman deyil. Deyir ki, nəşəni təbi gəlmək üçün istifadə edir. Özü də 22 ildir. Postmodernist yazarlarla oturub duran gənc həmkarım Mənsur Allen o gün az qaldı bayrama haqq qazandırsın. "Gərək söz adamının, şairin təbi gəlsin" filan. Dedim, ay bəy, o məntiqlə gərək futbolçu Robben daha sürətli qaçmaq üçün dopinq həbi atsın, hokkeyçilər buzun üstünə çıxanda möhkəm vursunlar, buz üstə konki sürənlər 80 dərəcəlik "samaqon" vursunlar, elə köşə yazarları, siyasi analitiklər ilhama gəlmək üçün hər gün nəşə doldursunlar. Olmaz axı. Hamı nəşələnsə, araq vursa, adamların halı necə olar? Əl qərəz, qardaş, Bayramın məntiqi, meyxanaçılar demiş, "opravdaniyası" keçərsizdir. Bayram elə bilib ki, bu məntiq polisdə keçəcək. Amma sən saydığını say, gör polis nə sayır. Bu yerdə Bayramın bir qafiyəsi yadıma düşdü. Onu da deyək, mövzunu bağlayaq.
Sən saydığını say, Bayram
Dostların zor, tay Bayram.
Dostlar soruşur, ay Bayram
Nə oldu sənə, nə oldu?
Ağız ədəbiyyatı
Siyasətçilər, sənətçilər və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri.
Mən aşiq Rotterdama
Haaqaya, Rotterdama.
Toyda nəşə çəkirmiş
Tutub basıblar dama.
(Bayram Kürdəxanlı haqqında Maştağada yaranıb)
Əzizim Əhmədliyə,
Zirəyə, Əhmədliyə.
Deyişmədə uduzur
Nə oldu Əhmədliyə?
(Mehman Əhmədli haqqında Qaraçuxurda yaranıb)
Yeni şeirlər
"İynə"nin köşə yazarı, "Həmid Ormanlı" Yazarlar Qurumunun üyəsi Mənsur Allenin yeni satirik şeirləri
Layla, balam!
Əli dinmir ucadan,
İsa pusur bacadan,
XALQI Tanrı saxlasın,
"EL" kimi qızılcadan.
Balam layla, a layla!
Eldar layla, a layla!
Layla deyin Rüstəmə,
Haqq yetişsin xəstəmə.
Əli, İsa , "El" çilər
Durubdular qəsdinə!
Balam layla, a layla!
Rüstəm layla, a layla!
Əli , Isa xatalar,
"EL" obanı satallar,
Pul üçün, varlıq üçün,
Qana da batırallar.
Balam layla, a layla!
İsa layla, a layla!
Mayda da sərin düşər,
Quyunuz dərin düşər.
"EL"malına xor baxan
Sabah güncdə bürüşər.
İsa layla, a layla!
Əli layla, a layla!
"Mən hansı bir insana.."
"Qorki" Ədəbi Dərnəyinin üzvü, "Mayakovski" mükafatı laureatı, istedadlı şair Sovet Pobeda (şair təxəllüsünü Böyük Vətən Müharibəsində Hitler faşizmi üzərində qələbənin şərəfinə götürüb) tanınmış sosialist, araşdırmaçı-jurnalist, həvəskar sürücü, zorən sığorta işçisi Elçin Bayramlıya poema həsr edir. "Mən hansı bir insana..." adlanan poemadan bəzi parçaları təqdim edirik.
Mən hansı bir insana, bənzədim ki, Elçini
Kamillikdə yüksəlib zirvəyə çatmış olsun
Heyvanlara sayğıyla yanaşsın məhəllədə
Maşınının üstündə pişiklər yatmış olsun .
Mən hansı bir insana, bənzədim ki, Elçini
Xalq içində yaşasın, sevməsin rəyasəti.
Bacarmasın hiyləni, bilməsin siyasəti
Ürəyində ruslara bəsləsin məhəbbəti.
Eksklüziv müsahibə
Tədbirlərin birində "İynə"nin xüsusi müxbiri Nihad Qayalar ünlü siyasətçi, KXCP ldieri Mirmahmud Mirəlioğlundan eksklüziv müsahibə götürüb. Müsahibədən bəzi yerləri təqdim edirik.
-Salam, ağa.
-Günaydın, qağa!
-Necəsiniz?
-Hüseyn aşiqi Ramazan günündə necə olar? Mətin, mübariz, səbrli.
-Partiyada işlər necədir?
-Partiyadakı işlərlə bağlı işlər müdirinə zəng elə.
-O zaman ölkədə baş verənlərlə bağlı nə deyə bilərsiniz?
- Dövlət Yol Polisinə zəng elə.
-Ora niyə?
- Bu ölkədə avtoqəzadan başqa nə baş verir ki?O məsələlərlə də biz məşğul olmuruq.
-Niyə, AXCP-nin yubileyi oldu.
-Əvvəla, AXCP-nin yox, AXC-nin. İkincisi də ora toplaşanlar yurdçular idi.
-AXCP ilə "Yurd"un fərqi nədir?
-Hələ bilmirsən? AXCP xalqla qidalanıb, "Yurd" qrantla.
-Müsavatın qurultayından nə gözləyirsiz?
- Çoxlu umu-küsü, ayrılmalar, dava-dalaş.
-Arif başqan ola bilər?
-Başqan onsuz da Arif adamdı.
- İstefalar ola bilərmi?
- Müsavatdan isefa vermək olar, müsavatçılıqdan yox.
-Vurğun gedə bilər?
-Vurğun Müsavat vurğunudur-yox!