“Mənasız və məzmunsuzdur...” - YUMOR
10 Avqust 2012 16:12 YumorTədbirlərin birində jurnalistlər KXCP sədri Mirmahmud Mİrəlioğlundan soruşurlar:
* Ağa, müttəfiqiniz Əhməd Oruc ACP sədri Sülhəddin Əkbərə hücum edib. Deyir ki, "Sülhəddinin hazırkı fəalliyyəti mənasız, məzmunsuzdur". Bu barədə nə deyə bilərsiz?
Ağa təmkinlə:
- Düz deyir də...Amma sizə bir sirr açım, heç kimə deməyin. Sülhəddinin indiki fəaliyyəti elədirsə, Əhmədin bütün karyerası mənasız və məzmunsuzdur.
Ağız ədəbiyyatı
Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri
Mən açiqəm qaçırdı
Yel dəsmalı qaçırdı
Qorxaraq rəqibindən
Rinqdə at tək qaçırdı.
(Boksçu Vüqar Ələkbərov barədə boksçular arasında yaranıb)
Halalar, ay halalar, Qartal dağda balalar, Qorxaq ölər, məhv olar, İgid alar qalalar.
(Bu bayatı İxtiyar Şirin və Arif Paşa haqqındadır)
Əzizim dalda gəzər, Bülbüllər dalda gəzər, Mərdlər qabağı gözlər, Namərdlər dalda gəzər.
(Sonuncu misra Serj Sərkisyana həsr olunub)
Mən aşiq biixtiyar
Könülsüz, biixtiyar,
Surətə əsir düşdü
Sülhəddinlə, İxtiyar.
(Müsavatın Xətai təşkilatında yaranıb)
"Marsel"in "qara röyası"-Tərlan
Fransanın "Marsel" klubunun təlim-məşq bazası. Baş məşqçi aparıcı futbolçuların əhatəsində qanıqara halda oturub. Kapitan cürət edib soruşur:
* Ser, nə olub e? Bilirəm, həyəcanlısısz, püşkatma olacaq. Hər halda "Real"la, "Barselona" ilə düşməyəcəyik ki.
Baş məşqçi əsəbi halda:
- Onlarla düşsək, nə var ki... Mənim qorxum odur ki, "Neftçi" ilə düşək. Mən o Tərlan Əhmədovu tanıyıram. Sən öl bir taktika quracaq ki, darmadağın olacağıq. Allah eləyə ki, Tərlanın komandası ilə düşməyək.
Məktəb lətifələri
"Siz kimsiniz?"
İmtahandan bir gün qabaq atası Əhmədə əsəbi tonda deyir:
* Əgər imtahanı verə bilməsən, mən sənin atan deyiləm! Əhməd təmkinlə: - Oldu ata. Əhməd imtahan verib gəlir, yolda atası ilə rastlaşır. Kişi həyəcanla:
- Nə oldu, a bala? Verdin imtahanı?
Əhməd:
- Bağışlayın dayı, siz kimsiniz ?
"Ağıllı, işəyarayan"
Dayısı Mahirdən soruşur:
- Bacıoğlu, sinfinizdə ən yaxşı dostun kimdi? Ağıllı, işəyarayan...
Mahir qımışır:
- Dayı, sinifdə ən cox sevdiyim dostum Əlidir. Çünki martda bütün sinifə qrip yaydı, onun hesabına məktəbdə karantin elan olundu, 20 gün dərsə getmədik, kef elədik
"Sonra da doyub getdi"
Xalq artisti Məleykə Əsədova rəssamlığa gedən bacısıqızına şəkil çəkməyi tapşırır. Vaxt verib, gedir. Yarım saatdan sonra Məleykə qayıdıb kağızı ağ görür və soruşur:
* Bu nədir? Heç nə çəkməmisən?
Uşaq bic-bic qımışır:
* Niyə ki. Çəmənlikəd otlayan quzu çəkmişdim...
* Bəs hanı?
- Quzu çəmənliyi yedi qurtardı, sonra da doyub getdi.
"Sizin ağcaqanadınızın harası ağrıyır?"
Mandat müddəti bitmiş ADİP sədri Asim Mollazadə aptekdə işə başlayır. Bir gün Yaşar Türkazər aptekə girib Asim bəylə məzələnmək istəyir. Yaşar soruşur:
* Asim bəy, Sizdə ağcaqanaq dərmanı var? Asim söz altda qalmır:
- Bəy, sizin ağcaqanadınızın harası ağrıyır?
"O zaman, sənin kimi respublikaçı olardım"
ABŞ-ın sabiq prezidenti, respublikaçı Corc Buşun seçki kampaniyasıdır. Kiçik şəhərləri gəzib seçicilərlə görüşən Buş belə bir hadisə ilə rastlaşır. Küçələrdən birindən keçəndə eyvandan bir kişi çığırır:
- Mən demokratam! Eşidirsən?! Mən demokratam!
Bala Buşun qanı qaralsa da, özünü o yerə qoymur, kişidən soruşur:
* Niyə axı demokratsız?
Kişi bir az da yüksəkdən bağırır:
* Çünki mənim atam da, babam da, onun atası da demokrat olub...
Buş söz atır:
* Bəs birdən atan da, baban da, onun atası da uzunqulaq olsaydı, onda sən nə olardın?
Kişi tövrünü pozmur:
- O zaman, mən də sənin kimi respublikaçı olardım.
Dönüş möhtəşəm olacaq
Milli Qurtuluş Partiyadan sızan məlumata görə, sentyabrda ölkə siyasətində zəlzələ sayıla biləcək hadisələr gözlənilir. Partiya başqanı Vüqar Bəyturanın böyük siyasətə dönüşü baş verəcək. Dönüşün bütün detalları qədim türk ənənələrinə uyğun həyata keçiriləcək. Bəyturan Atillanın zirehində, boz atın belində, çiynində Qaraca Çobanın yapıncısı, əlində Dədə Qorqudun qopuzu, o biri əlində Qazan xanın əmudu, qınında Koroğlunun Misir qılıncı şəhərə daxil olacaq. Qeyd edək ki, hazırda Masallı rayonunda sıx meşəlikdə, əlçatmaz-ünyetməz dağın ətəyinə kənddə yaşayır.
Aydınlıq
Ötən sayımızda Rusiya Liberal Demokrat Partiyasınn lideri Vladimir Jirinovski barədə yazıda getmiş cümlə düzgün anlaşılmayıb "Jirinovski komadadır" fikri elə anlaşılır ki, kişi bərk xəstələnib və komaya düşüb. Əslndə belə deyil. Jirinovski partiyasının yeni "Uğur" paketini hazırlayır. Və buna görə də sakitliyə çəkilib, hazırda Moskvaətrafı meşələrdən birindəki təkadamlıq komadadır.
İzahat
Son nömrələrimizin birində sabiq müdafiə naziri Dadaş Rzayevlə xəbər də anlaşılmazlıq yaradıb. Generalın yaxın ətrafı ilə söhbətdə "Yaxın günlərdə kənd almağa gedəcəm" fikri Ermənistanda və Qarabağda miqrasiyasın artmasına səbəb olub. Rusiyalı hərbi ekspertlər də narahatdır, bizdən məsələyə aydınlıq gətiməyimizi xahiş edirlər. Bölgədə yeni kriz yaranmasın deyə aydınlıq gətimək zorundayıq: Dadaş müəllim yaxın ətrafı ilə söhbətdə "Yaxın günlərdə qənd almağa gedəcəm" (mürəbbə bişirmək üçün) deyib. Xahiş olunur, qusurumuzu nəzərər alın.