Göyçayda nar

Tanınmış jurnalist Vüsal Tağıbəyli doğma Goycay rayonuna səfər edir. Kənd yeri, bekarçılıq, dilxorçuluq, gəzməyə yer, söhbət etməyə tay-tuş yox. Vüsal telefonla facebooka girir və status yazır:

-Göyçay  narı ilə məşhurdur, amma Nar burada tutmur.
-Göyçayda narı 070-lə yığmırlar. Qarmaqla və səbətlə yığırlar.

Dua kimi üstündə gəzdirdi, elan çıxdı

Dostlardan biri Bakıya yardım paylamağa gəlmiş ərəbə bir dua yazdırır. 5 il "ruzi-bərəkət duası" adı ilə o kağızı üstündə gəzdirir. Bir gün beyninə verir ki, aparıb yoxlatdırsın. Təzə Pir məscidində molla duanı açıb oxuyur və  yazının ərəb qənnadı  firmasının iş elanı olduğunu görür.

Facebook lətifələri

- Xanım, çox üzr istəyirəm, amma maraqlıdır, neçə yaşınız var?
- Soruşmaq nəyə lazım? Məgər görkəmim yaşımdan xəbər vermir?
- Üzr istəyirəm xanım, amma normal insan bu qədər yaşaya bilməz axı...

Yeniyetmə yaradıclığından

-İstəyirdik it gəzdirən sevgilimiz olsun, amma qarşımıza həmişə it çıxırdı, qız yox.
- Xanımlar həyatda yalnız bir şeyə göz yumar. Ancaq və ancaq saçlarını yuyarkən, şampun yandırmasın deyə.

Yanlış təbrik

Reket qəzetlərindən birində "Qaz təsərrüfatı işçiləri günü" münasibətilə səhvən qaz (quş) saxlayanlar təbrik edilib.

Facebook xətaları

Facebook yaxşı şeydi. Hər dəfə adamın karına gələndə Marksın ölənlərinə rəhmət oxuyuruq. O gün 1 saat şəbəkədə fasilə yarandı, aləm dəydi bir-birinə. Hamı narazı idi. Facebookun məziyyətlərini deməklə bitməz. Xəbər, şəkil paylaşırsan, adamlarla ünsiyyət qurursan, dünyanın harasında olur-olsun dostlarını, doğmalarını tapırsan, mesajlaşırsan, tədbirlər baradə anons, xəbər verirsən. Əvvəllər, mobil telefonların dəb olan vaxtı hamı bir-birinə bayram mesajları atardı. Yeni il, Novruz, Ramazan, Qurban bayramlarında, Həmrəylik günü, Respublika və müstəqillik günlərində, hətta Konstitusiya günündə telefonuma 80-dən çox mesaj gələrdi, bir o qədərini də özüm yollayardım. İndi buna gərək yoxdur. Hər kəsin gördüyü yerə "Bayramınız mübarək, dostlar! təbrikini yazırsan, olur-bitir. Kontur pulu da cibində qalır.
Facebookun pis tərəfləri də çoxdur. Əvvəla, adamın vaxtını alır. İkincisi, mesaja gec cavab yazanda dostlar inciyir. Yazmayanda tamam küsür. Bundan başqa bəzən səhvən başqa adama mesaj göndərirsən.  Bu da çox zaman incikliyə, bəzən qalmaqala, dava-şavaya səbəb olur. Məsələn, dostunla yazışırsan, sonda yazırsan: "Sağ ol, əzizim, öpdüm!" Bu söz təsadüfən bir xanıma getsə, qanın getdi. Bir dəfə Aqil adlı dostum başqa dostuna yazıb ki, "Qardaş, axşam gəl, pivə içək". Bu mesaj səhvən bir xanım yazara gedib. Pah, aləm dəyib bir-birinə. "Çuşka, Tairə dəyərəm, sənin başına oyun açar" cavabını yazıb. Ərinin adı Tahirdi, xanım özü də təmiz bakinkadı, "çuşka"lardan seçilmək üçün "Tair" deyir. Vay o gündən hərf səhvi edəsən. Onda durum lap anlaşılmaz olur. Bir dəfə xanım abla yazarlardan biri ilə yazışırdıq. Xanıma xoş gəlsin deyə, "Biz sizdən öyrənirik" yazmaq istədim, zəhrimara qalmış, barmağım gedib "i"-nin üzərinə düşdü, belə yazdım: "Biz sizdən iyrənirik". Bir də gördüm, eyni zamanda şəhər telefonu, mobil telefonumun ikisi də birdən zəng çalır. Qorxumdan dəstəyi açmadım, ki, abla məni telefonda parçalayacaq. Amma sərt bir mesajla canımı qurtardım və bloka atıldım. Fürsət olmadı ablaya başa salam ki, nə olar insanam da, əlim dəyib da.

Arifin başqan olduğu partiya

Oğlu qəzetdən ağsaqqal cəbhəçi Yusif Sevdimalının müsahibəsini oxuyur və "Qurultay bu ay keçirilsə, Müsavat gələn ilə keçməyəcək" sözlərinə çatanda atasından soruşur:
-Bunu anlamadım.
Yusif bəy izah edir:
-Oğlum, bax, qurultay keçirilsə İsa Qəmbər başqan olmayacaq, Arif Hacılı seçiləcək. İsanın olmadığı, Arifin başqan olduğu partiya isə heç bir il yaşamaz.

Seçim edə bilmir

Bir dostumuz var, Ukrayna böhranı yaranandan-7 aydı facebook profilinə düz-əməlli şəkil qoya bilmir. Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar profilə gah Avropa Birliyinin şəklini qoyur, gah keçmiş SSRİ-nin. Gah Putinin şəklini qoyur, gah Nemtsovun, ya da Turçinovun. Örtük şəkli bir gün ABŞ bayrağı ilə  bəzənir, bir gün Rusiya. Gah Krım separatçılarını dəstəkləyir, gah Mustafa Krımoğlunu. Məşhur lətifədə deyildiyi kimi dostumuz haça-paça qalıb, seçim edə bilmir. Ukrayna münaqişəsi qurtarsaydı, adam seçimini edərdi.

"Bəyturanın  dəstəyi olmadan seçkini udarsan, amma legitimlik qazana bilməzsən"

Türkiyənin paytaxtı Ankara. "Dərin AKP"-nin toplantısı. Sabiq millət vəkilləri və istefada olan generallar prezident seçkilərini müzakirə edirlər. İxtiyarlar başçısı:
-Hər şey qələbəyə aparır. Allah eləməsin. Dövlət çevrilişi, ya hərbi qiyam olmasa adayımız prezident olacaq. Qərb dövlətlərinin razılığı var. Türk cümhuriyyətləri razıdır. Yalnız bir qayğımız var...
Hamı bri ağızdan:
-Nədir ki?
İhtiyarlar başçısı:
Türk millətinin baş buğu, böyük siyasət adamı Vüqar Bəyturan razı deyil.
Ağsaçlı MİT generalı:
-Bəyturan razı deyil, deyil da. Heç olmasın...
İxtiyarlar başqanı köks ötürür:
-Elə deyil, paşam. Onun dəstəyi olmadan seçkini udarsan, amma legitimlik qazana bilməzsən.

Ağız ədəbiyyatı

Əzizinəm Səftərə,
Ulusoya, Səftərə
Qazandığı savablar
Yerləşməz bir dəftərə.
(Müsavatda Səftər Nəhmətli haqqında yaranıb)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31