Yanlışlıq - İYNƏ - YUMOR
23 May 2014 15:02 YumorUkrayna prezidentliyinə ən şanslı namizədlərdən biri Pavel Poroşenkonun "İynə"yə eksklüziv müsahibəsində səhvə yol verilib. Onun müxalifəti nəzərdə tutaraq "Bir-birimizi dinləməyi bacarmalıyıq" fikri korrektorun xətası üzündən belə verilib: "Bir-birimizi dişləməyi bacarmalıyıq". Bu cümlənin Ukraynada yeni təxribatlara yol açacağını nəzərə alaraq təcili oxucuları xəbərdar edirik və onu da qeyd edək ki, böyük siyasi xətaya yol vermiş korrektor cəzalandırılıb.
Düz sözə nə deyəsən...
Qoy bir deyim də mən yazım, feministlərin gözünə girim. Deməsinlər, məşədi gerilikçidir. O gün sosial şəbəkədə Osmanlı türklərinin bir sözünü oxudum. Yazır ki, "Ha erkekdən ilgi beklediniz, ha avtobus durağında uçaq-eyni şey". Düz sözə nə deyəsən?
Yeni deyimlər
Nakam şairə Minəxanım Başbellidən sitatlar:
-Bəxtəvər başına, ay çınqıl, ay daş! Yar gələn yollara keşikçisiniz!
-İmkanlı şəxslərin nəzərinə! İmkan verin, biz də yaşayaq...
Bazarda elan
8-ci kilometr bazarında ağdamlı Aqilin elektrik avadanlığı dükanında belə bir yazıya rast gəldim:
-Qaqa, ventilyatoru almayacaqsansa, boşuna fırlatma. Qan düşər. Lox deyilik burda.
Məşədinin iradı
Bir vaxtlar eşidəndə adamın tükünü biz-biz edən sözlər, ifadələr elə yersiz işlədilir ki, adam məəttəl qalır. Məsələn, indi "şok, şok, şok", "sensasiya", "diversiya" sözləri elə adi xəbərlərdə işlənir ki, oxuyanda görürsən içində şokluq heç nə yoxdu. Bir də gördün təzə yaranan saytlar yazır: "Şok, at sahibini dişlədi. Ay qadan alım, at adamı dişləyər də. Şok o zaman olar ki, adam atı dişləsin. Və yaxud bir də görürsən, biri yazır, "Saytımıza qarşı diversiya həyata keçirildi". Başlıqda "Görünməmiş diversiya" qoyulur. İçini oxumasan elə bilərsən ki, görən bəs Rusiyanın "Alfa" qrupu Kiyevdə prezident aparatını ələ keçirib. Və ya yazırlar ki, "Sensasiya"! NASA kosmosda Yerə doğru şütüyən kometa aşkarladı". Ay kişilər, kosmos doludu Yerə doğru şütüyən belə kometlərlə. O kometlərin heç biri Yerə gəlib çatmır, atmosferdə yanıb külə dönür. Burda qorxulu, sensasiyalı nə var axı?
Həyəcan siqnalı
Tanınmamış (yəni möhürsüz) Türk Millətçi Partyasının qurucusu və ilk başqanı, möhürlü Milli Qurtuluş Partiyasının genel başqanı Vüqar Bəyturan partiyanın Ankara təmsilçisi Zaur Bayramlı ilə şifrəli telefon danışığı Rusiyada narahatlıqla qarşılanıb. Rusiya xüsusi xidmət orqanları, Qafqazdakı beşinci kolon hərəkətə keçib. Rusiyanı və yandaşlarını narahat edən Bəyturanın yardımçısına dediyi "Yadıma rus ruleti düşdü", "Gedirəm Çudo-Peçkaya", "Kreml almışam, axşam kəsəcəm", "Könlümə Putinka düşüb" fikirləri olub. Rusiyapərəstlər bu şifrəli fikirləri belə yozublar ki, Bəyturan Kremllə "rus ruleti" adlanan silah yarışması oynamaq istəyir. "Çudo-Peçkaya gedirəm" "Rusiyanın üstünə gedirəm", "Kreml almışam, axşam kəsəcəm", "Bu yaxınlarda Kremlin bölgədəki siyasətini zəiflədəcək addımlar atacam", "Könlümə Putinka düşüb" fikrini isə belə yozublar ki. Bəyturan Putini devirmək planı hazırlayıb. "İynə" məsələdən möhkəm narahat olaraq Bəyturana telefon açıb. Xəbəri gülüşlə qarşılayan başbuğ deyib: "Ay kişi, nə Kreml, nə Putin, nə rulet? Rulet bildiyiniz şirin pirojnadı. "Neftçilər"dəki Çudo-Peçka"da var. O gün ordan "Kreml" toru almışam, "Putinka" konyakı ilə içəcəm getsin. Hər şeyi siyasiləşdirməyin, canım!
"Ağıldan hamı istifadə etmir"
Tanınmış sufi yazar Dədə Tofiqdən soruşurlar:
-Dədə, diş fırçası ilə, ağılın fərqi nədir?
Dədə təmkinlə sözə başlayır:
-Hər adamda ağıl da olur, diş fırçası da. Hər adam diş fırçasından istifadə etmədiyi kimi, ağıldan da istifadə etmir.
"Yerin altına bir dəfə düşəcəm"
Tədbirlərin birində Natiq Cavadlı komfort həyat tərzinə ilişmək məqsədilə Müsavat başqanı İsa Qəmbərdən soruşur:
-İsa bəy, siz niyə metroya düşmürsüz?
Müsavat başqanı qımışır:
-Mən özümə söz vermişəm, yerin altına yalnız bir dəfə düşəcəm-öləndə.
Eksklüziv müsahibə
"İynə"nin müxbiri KXCP sədri Mirmahmud Mirəlioğlu ilə yeni eksklüziv müsahibə götürüb. Ayaqüstü alınmış müsahibəni təqdim edirik:
-Ağa, salam!
-Günaydın, bəy.
-İşlər necədir?
- Kömək etmək fikrindəsən? Pis deyil.
- KXCP niyə Milli Şuradan çıxdı?
- Çıxmadı.
-Bəs siz getdiniz axı?
- Mən KXCP deyiləm, partiyanın sədriyəm. Şurada üzvlərimiz var.
- Fraksiyaçılar partiyaya dönə bilər?
- Bir dəfə dönən, hər dəfə dönər. Bizim dönüklərlə işimiz olmaz.
- Demkonqresi bərpa etmək olar?
- Bu odu söndürüb, külü ilə oynamaqdır. Bizim sönüklərlə də işimiz olmaz.
- Müxalifətin liderliyinə namizəd kimi adınız çəkilmir...
- Mən namizədlərin lideriyəm, ondandır.
- Xəzərin Müsavata meyllənməsi ilə bağlı məlumatlar var...
-Müsavat Xəzəri çəkəcək gücdə deyil. Buna cazibə lazımdır.
Ağız ədəbiyyatı
Siyasətçilər və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri
Mən aşiq meqastara
Tarkana, meqastara
Tamam həddini aşıb
Nə oldu Morninqstara?
(ABŞ səfiri Riçard Morninqstar haqqında Maştağada yaranıb)
Mən aşiq göyərçinə,
Bülbülə, göyərçinə.
Rusiyanı dağıtsın,
Sonra keçəcək Çinə.
(Sem dayı ləqəbli ABŞ haqqında Şəkidə yaranıb)
Yeniyetmə yaradıcılığından
-Baban işləyir, alə?
- Həri.
- Xarab olanda, gətir, düzəldim.
Mübarəkdi
Elman Türkoğlunun ac vaxtlarıdır. Türkoğlu dönərsatana yaxınlaşır, nisyə dönər almaq istəyir. Ancaq utanır. İrəli yeriyib cəhd edir:
-Qardaş, dönər təzədi?
-Bəli!
Elman utanır:
-Mübarəkdi.