Yarı solçu, yarı millətçi partiya - İYNƏ - YUMOR
16 May 2014 16:49 YumorTanınmış jurnalist Dədə Tofiq Müsavat başqanı isa Qəmbərdən soruşur:
-Siz sağçısınız, yoxsa solçu, ya dinçi, millətçi?
Başqan deyir:
- 33 faiz millətçiyik, 33 faiz sosial-demokrat, 33 faiz liberal...Faizlər hərdən artır.
-Nə zaman artır?
- Qrant Türkiyədən gələndə millətçiliyin, İrandan gələndə dinçiliyin, Şimaldan gələndə solçuluğun faizi artır.
Solçunun sünnət toyu
Tanınmış kommunist, keçmiş millətçi Elçin Bayramlı sosial şəbəkədə oğlu Altaya sünnət toyu edəcəyini yazır. Xəbərə gələn rəylər:
General Allen:
-Toyda ancaq solçular olacaq...
Ayka Hostedka:
-Ahmet Kayanın mahnıları oxunacaq.
Məşədi Cəfər:
-Altayın sünnətində "Əhli-Beyt" məddahlar qrupu, "Katyuşa" rus estrada qrupu, Namiq Qaraçuxurlu, Nadir Qafarov olacaqlar.
"Meşəbəyi hamısını qovacaq"
"Tank" Hərbi Araşdırmalar Mərkəzinin ofisi. Ekspert söhbət edir. Yaşar Cəfərli saytdan xəbər oxuyur:
-Ukraynada meşədə ağır döyüşlər gedir...
Üzeyir Cəfərov:
-Boş şeydi əşi, narahat olma, meşəbəyi gəlib hamısını qovacaq.
Tanınmış aktyordan biri ilk "fəxri adlarından" birini gənc vaxtlarında alıb. Bir gün aktyor sevgilisi ilə bulvarda söhbət edir. Qıza xoş sözlər, komliment deyir, sonda:
-Səni sevirəm...
Qız:
-Ondan öncəsini söylə.
Aktyor məzələnir:
-Doqquz
-Öküz.
Bakıda yaşayan güneyli mühacir Sirus Azadinin facebookda paylaşdığı şəklə yazılan rəylər:
Məşədi Cəfər:
Güneyli mühacir atəşkəsin ildönümündə dəniz sahilində dava paltarında ermənilərə meydan oxudu.
Narminka Hostedka:
-Yaraşıq.
Şirinka Konfetka:
-Supermen.
"Ölsəm, nə yaparsan?"
Cümhuriyyət Xalq Partiyasının sabiq genel başqanı Dəniz Baykal xanımı ilə söhbət edir. Baykal:
-Sevgilim, mən ölsəm nə yaparsan?
Ərinin çapqınlıqlarından cana yığılmış xanımı:
-Un helvası, nə yapacam?
Zirvəni fəth edəcəyinizə, inadla inanın! Vallah zirvədəkilər ora göydən düşməyiblər!!!
Yeniyetmə yaradıcılığından seçmələr
-Göyçayda narı necə yığırlar?
-O70-lə.
- Hər iltifata etibar etmə! Qurban kəsilmədən öncə başını sığallayarlar.
-Marşrutda pəncərəni aça biməyən qıza "Belə dur, mən açım, deyib aca bilmediyimdən ta marşruta minmirəm.
Yersiz reklamlar
Ukraynada təhsil!
-Luqansk, Donetsk dövlət universitetləri, regionşünaslıq, konfliktlərin həlli fakültələri, illik 1500 manat. Bu ixtisaslar yüksək səviyyədə öyrədilir.
Reklama Məşədi Cəfərin reaksiyası:
-Öz konfliktlərinizi həll edə bilmirsiniz, başqalarına necə öyrədəcəksiniz?
Facebook deyimləri
-Bir sabah ayılıb görsən ki zəngin olmusan. Nə yaparsan?
- Nə yapacam, hazır zəngin olmuşkən, təzədən yataram.
"Çörək haqqı bilmirəm"
Rayondan Bakıya gəlmiş sürücü yolda Hacı Əbdülü görüb maşını saxlayır:
Dayı, avtovağzala necə gedim?
Hacı rayonlu ilə məzələnir:
-Alə, bala, 100 metr irəlidən sola dön, 200 metr sağdakı, doqquz mərtəbəli bina ilə üzbəüz beşmərtəbəli binanın qarşısındakı "pekarnı"da bişən çörəyə and olsun ki, bilmirəm.
Yolu tanımırdım
Tanınmış aktoyr Müdhət Aydının sürücü işləyən vaxtlarıdır. Bir gün Müdhət məhkəməyə düşür. Hakim soruşur:
-Niyə lüzumsuz yerə təcili yardım xidmətinə zəng dedib gecə vaxtı Pirallahına sürdürmüsən?
Müdhət qımışır:
-Qara Qarayev metrosunda idim, şəhəri tanımırdım. Pirallahına getmək istəyirdim. Gördüm, yolda qalmışam. Zəng elədim təcili yardıma, Pirallahıdan bir adres verdim. Sonra da düşdüm təcili yardım maşınının dalınca.
Niyə boşuna Pirallaına sürdürmüsən?
"Evə asfalt çəkdirin"
Qadın mağazada xalça seçir:
-Mənə rahat bir xalça lazımdır, uşaq otağı üçün, çirkləndiyi tez bilinməyən...
Satıcı:
-Neçə uşağınız var?
-Altı.
-Ooo...,onda siz otağı asfaltlasanız daha yaxşı olar.
"Doqquzdan qaytaracam"
Yaşar Türkazər ayaqqabı dükanına girib satıcıdan soruşur:
-Sizdə 43 ölçüdə ayaqqabı var?
Satıcı heyrətə gəlir:
-Siz bu ayaqqabını kimin üçün alırsız?
-Oğlum üçün.
- Onun neçə yaşı var?
- 8-ci sinifdə oxuyur.
- Vaay, gör, bu uşaq 11-ci sinifdə oxuyanda neçə ölçü geyinəcək...
Yaşar ağıllı görkəmdə və tam ciddi:
-Narahat olmayın , o qələt edir, 9-cu sinifdən çıxaracam.
"Mən hələ ödəyirəm"
Oğul atadan soruşur:
-Ata, evlənmək neçəyə başa gəlir?"
Ata qəmgin halda:
-Bilmirəm oğlum, mən hələ ödəyirəm.
"Səhv adamla evliyəm"
Bir dəvətdə bir qadın rəfiqəsindən soruşur:
-Nişan üzüyünü səhv barmağına niyə taxmısan?
Xanım cavabında:
- Bu o deməkdir ki, səhv adamla evliyəm.
"Fərqinə varmamışam"
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin evi. Volodya xanımı ilə dava edir. Volodya bağırır:
- Səninlə evləndiyim gün axmaq olmuşam!
Qadın təmkinlə:
-Düz deyirsən, əzizim, fərqinə varmamışam.
Ailə sirrləri
-Evliliyin ilk ilində kişi danışar, qadın dinləyər. Evliliyin ikinci ilində qadın danışar, kişi dinləyər. Evliliyin üçüncü ilində hər ikisi də danışar, qonşular dinləyər.
Dərsdə
Bakı, orta məktəblərdən biri. Müəllim Məhəmməd Allahmanlı şagirdlərə deyir:
-Sizə bir cümlə deyəcəm, onu cümlə üzvlərnə görə təhlil edəcəksiz. Cümlə belədir: "Səfər ona verilən qızıl saatı almadı". Burda "Səfər" nə olur?
- Uşaqlar xorla deyir:
-Səfeh!
"Gözləyin, təzədən gəlim..."
Müdhət:
-Ay xanım!
-Nədi, cavan oğlan?
-Xanım, siz ilk baxışda aşiq olmağa inanırsız..?
- Yox!
Müdhət:
- Onda gözləyin, təzədən gəlim...
İki fərqli durum
Banka borcu olanın halı.
Bank sahibinin halı.