“Dostlardan ayıbdı” - İYNƏ - YUMOR
2 May 2014 17:24 YumorBaşqanlığı verməmək üşün qurultayı növbəti dəfə ertələyən İsa Qəmbər bunu mətbuata belə açıqlayır:
-Ayıbdı e, Ukraynada dostlarımız-demokratlar çətin vəziyyətdədir. Belə bir durumda qurultay keçirsək, el bizə gülər.
"Ukrayna sənin, Ukrayna mənim..."
Tanınmış müğənni Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim, dünya heç kimin" mahnısı Ukraynada xitə çevrilib. Siyasətçilər mahnını dəyişib belə oxuyur:
Ukrayna sənin, Ukrayna mənim, Ukrayna heç kimin.
Siyasətçilərin Ukrayna sevgisi
Viktor Yanukoviç:
-Ya mənimsən. Ya da heç kimin.
Viktor Yuşşenko:
-Sənin üçün sifətimi itirdim, amma sən məni qoruya bilmədin.
Vladimir Kliçko:
-Səndən ötrü Putinin ağız-burnunu əzərəm. Amma o üstümə tankla gəlir.
Leonid Kuçma:
- Mən öləndə məni elə yerdə basdırın ki, ordan Krım görünsün.
"Birdəfəlik deyin ki..."
Satirik yazar Mirzə Sakit saytlardan xəbərləri izləyir. Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının "Müsavatın qurultayı təxirə salınacaq" fikrini oxuyan Mirzə Sakit deyinir:
-A kişi, birdəfəlik deyin ki, İsa Qəmbər başqanlıqdan getmək istəmir də.
Saytdan "42 yaşlı kişi tikintidən yıxılaraq ölüb" xəbərini oxuyan Məşədi Cəfər linki həmkarı Kamil Həmzəoğluna atır və soruşur:
-Sən canın bu sən döyülsən ki? Narahat oldum e.
"Zaryadka" bitəndə..
Həkim:
-Sağlam olmaq üçün hər gün idman et...
Pasiyent:
-Mən hər gün tennis, futbol və qolf oynayıram.
Həkim:
-Gündə neçə saat?
Pasiyent:
-Mobil telefonumun "zaryatkası" bitənə qədər.
"Söhbətimin ortasında dərs izah eləməyə başlayır"
Xalq artisti Məleykə Əsədova qızını danlayır:
-Müəllim, səndən şikayət yazıb. Yazır ki, dərsin ortasında danışırsan...Belə olmaz!
Qız qımışır:
-Mən dərsin ortasında danışmıram, ana! Sadəcə, müəllim mənim söhbətimin ortasında dərs izah eləməyə başlayır..
Facebook lətifələri
"Soyuducuya baxsaydın"
Bir gün iki meyid morqda söhbət edir. Biri o birindən soruşur:
- Sən nədən ölmüsən?
- Donub ölmüşəm. Bəs sən?
- Mənim də ürəyim partladı...
- Niyə?
- İşdəydim, zəng elədilər ki, evdə kişi var. Qaçaraq getdim, amma arvadı döydüm, evi ələk-vələk elədim, heç kimi tapa bilmədim. Əsəbdən ürəyim partladı.
Donub ölən:
Boyunu yerə soxum! O kor gözlərinlə soyuducuya baxsaydın, indi ikimizdən biri sağ idi.
"Həftə mənə uzun göründü"
Həkim xəstəyə deyir:
-İçməsən, ömrünü uzadacaqsan...
Xəstə qımışır:
-Düz deyirsən, doktor. Bir həftə içmədim, həftə mənə il qədər uzun göründü.
Həkimdə
Bir gün bir nəfər həkimə gəlir:
-Doktor, kömək edin, yaddaşımı itirirəm.
Həkim:
- Hmm.. Tez-tez itirirsiniz?
Xəstə:
- Nəyi?
Həkim:
- Yaddaşınızı da.
Xəstə:
- Yaddaş nədi? Siz kimsiz?
"Məni gözləyir"
Bir nəfər yeyib-içən, "levi" gedən kişi həkimə gəlir:
-Həkim, mənə yol göstərin, xanımım səhər 6.00-ya qədər yatmır...
Həkim təəccüblə:
-Niyə yatmır ki?
Kişi cəld dillənir:
-Məni gözləyir də.
"Sosis kolleksiyalarımı göstərəcəm"
Respublika xəstəxanası. Xəstə həkimə deyir:
-Mən sosis sevdiyim üçün, hamı məni axmaq hesab edir.
Həkim:
-Boş şeydir, fikir vermə! Sosisi mən də sevirəm.
Xəstə sevincək:
-Aaa, nə yaxşı! Gedək, sizə sosis kolleksiyalarımı göstərəcəm.
"Facebook parolum ələ keçirilib"
Xəstəxana. Hər yeri sınmış adamdan soruşurlar:
-Nə baş verib?
Adam ufuldaya-ufuldaya:
-Heç nə, ələ keçirildi...
- Nə?
- Arvadım tərəfindən facebook parolum.
"Mən görürəm, o görmür"
Bir gün bir kişi psixoloqun yanına gəlir və deyir:
-Həkim, mənim arvadım dəli olub.
-Hardan bilirsiz?
-Evdə qanadlı ağ atlar uçur, amma arvadım onları görmür.
"Məktubu hələ almamışam"
Ruhi xəstəxana. Həkim xəstədən soruşur:
-Nə yazırsan?
-Məktub.
-Kimə yazırsan?
-Özümə.
Bu fəlsəfi cavab həkimin xoşuna gəlir. Xəstəni kabinetinə aparıb deyir:
-Aha, demək özünə məktub yazırsan. Nə yazdın məktubda?
Xəstə qınayıcı tərzdə:
-Ay qardaş, mən axı məktubu almamışam...
Əli Kərimlinin iş qrafikində dəyişiklik edilib
AXCP sədri Əli Kərimlinin iş qrafikində dəyişiklik edilib. "İynə"yə sızan məlumatlara görə, Əli bəy xarici dövlət başçılarına, baş nazirlərə və hökumət rəhbəri vəzifəsinə bərabər tutulan şəxslərə yalnız şənbə günü məsləhət verir. Xarici dövlət başçılarından xahiş olunur ki, ara günləri kişiyə telefon açıb məşğul etməsinlər. Özəlliklə, Aleksandr Turçinov, Bülənd Arınç, Georgi Marqvelaşvilinin nəzərinə çatdırırıq ki, tez-tez zəng açmasınlar. Kişi sizi qıra bilmir, ancaq siz də bezdirməyin də. Məsləhət pulsuzdur deyə, elə kişini incidəcəksiz?
Hafizlə Kliçko dərdləşdi
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Ukrayna müxalifətinin lideri Viktor Kliçkoya telefon açır:
-Qaqa, nə təhərdi vəziyyət? Hakimiyyətdə necə hiss edirsiz özünüzü?
Kliçko kefsiz halda:
-Qaqa, nə təhər olacaq e, pis. Merkel, Holland bizi fırıtdayıb ortaya saldı, inqilab elədik, indi Rusiya nəfəsimizi kəsir, səsi çıxan yoxdur.
Çətin sual
Astroloq Səbuhi Rəhimlidən soruşurlar:
-Ermənistanın gələcəyi-məsələn, 30 il sonrası haqqında nə deyə bilərsiniz?
Astroloq cəld dillənir:
-Heç nə. Mən o vaxta qədər olmayacaq şey barədə nə proqnoz verim.