Yeni tibbi termin - İYNƏ - YUMOR
18 Aprel 2014 14:25 YumorYeni tibbi termin
KXCP-nin qərargahı. Bəylər söhbət edirlər. Qəzetdən türmədə olan keçmiş siyasətçilərdən birinin "Filankəs "Depressiv Manyakal Sindrom" dan əziyyət çəkir" cümləsini oxuyan Bəybala Əbil deyir:
-Xəzər bəy, bu nə termindi belə? Vallah, birinci dəfədir eşidirəm...
Xəzər deyir:
- Bunun özü Aqressiv Yasamal Sindromundan əziyyət çəkir.
"Aqrar təfəkkürlü adam"
Azad Yazarlar Ocağının toplantısı. Zahir Əzəmət Seymur Baycana deyir:
- O nədi, qəzetdə Cümşüd Nuriyev haqqında "aqrar təfəkkürlü adamdır" yazmısan? Bu sənin ağlına hardan gəldi?
Seymur vəziyyətdən çıxır:
- Cümşüd AXC hakimiyyəti dövründə Kənd Təsərrüfatı Nazirliyində işləyib. Deputat olanda da Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olub. Bu faktlar bəs deyil?
"Məsləhət olsaydı, ona bir maşın alardıq"
AXCP Rəyasət Heyətinin toplantısı. Saytdan sabiq spiker Rəsul Quliyevin Cəmil Həsənli haqqında "O, tam piyada adamdır" fikrini oxuyan Nurəddin Məmmədli məsələ qaldırır:
- Əslində düz deyir. Yazıq hər yerə piyada gedib-gəlir. Məsləhət olsaydı, ona bir maşın alardıq.
Turçinov məsləhətlə hərəkət edir
Ukraynanın Ali Radası. Aleksandr Turçinova zəng gəlir. On dəqiqəlik danışıqdan sonra "Nə təhər məsləhətdi" deyib dəstəyi asır. Təcili müdafiə nazirini çağırıb tapşırıq verir:
- Ölkənin şərqinə yürüş əmri verirəm!
Müdafiə naziri təlaşla:
-Nə baş verdi axı? Kim idi o zəng edən?
Turçinov qətiyyətlə:
- Bakıdan Əli Kərimli idi. Məsləhət verdi ki, separatçılara qarşı əməliyyatlara başlayaq.
Harvard məzunu arvadbaz çıxdı
Məşədi Cəfər qəzetdən aktrisa Mətanət Əhmədovanın müsahibəsini oxuyur. "Bəxtiyar Hacıyev mənə dedi ki, ərindən boşan, səni alım" yerinə çatanda Məşədi deyinir:
- Bax, bu da Harvard məzunu. Harvard məzunu başqasının arvadına göz dikər?
Hara tələsirdin?
"Bu şəhərdə"nin məşq zalı. Aktyorlar Rafael İsgəndərovla Coşğun Rəhimov nahara fasiləsinə çıxırlar. Rafael qəzet oxuyur:
-"Bakıda 85 yaşlı kişi intihar etdi". Pah, zalımoğlu zalım, nə olmuşdu, qaçaqaç idi? Onsuz da az qalmışdı, hara tələsirdin?
Səngərdə
Müharibə başlanır. Müğənniləri əsgər aparırlar. Səngərdə söhbət. Nadir Qafarzadə:
- Hücum taktikası qurmalıyıq.
Əli Mirəliyev:
- Elza Seyidcahanı irəli buraxaq. Bu sir-sifətdə onu Rembo da görsə, bağrı yarılacaq.
Diplomatik cavab
Azad Demokratlar Pariyasının sədri, millət vəkili Əli Məsimliyə sual verirlər:
- Deyirlər, sizin hakimiyyətin dövründə bir vedrə bala böyük işlər həll edilirmiş. Bu barədə nə deyə bilərsiniz?
Əli bəy diplomatik tərzdə və iqtisadçı dili ilə:
- Bu o deməkdir ki, o zaman nağd pul kütləsi çatışmırdı, ticarət əməliyyatları natura formasında edilirdi.
Məşədi Cəfərdən seçmələr
-Birinə "Əhsən" yerinə "Hahaldı", "Halal olsun, a bala" sözünü hər kəs deyə bilməz. Bu "sertifikatı" ancaq xüsusi qurumlar verə bilər.
- Quzanlıda "Bərdə bərdədi, Ağdam bərdədi" yanıltmacını soruşan qaqalar! Yevlaxdan baxanda Bərdə bərdədi. Yox, Hindarxındasansa Ağdam bərdədi.
Mematinin qocalığı
Heç görmüsüz, kərtənkələ zirvəyə çıxsın. Ola bilməz. Kərtənkələlər belə balaca təpələrdə gəzərlər.
Ali təhsillilə Koreyada 1 il "dnevalnı" dayanırlar
Müstəqil Zabitlər İttifaqının ofisi. Keçmiş zabitlər söhbət edirlər. Yaşar Cəfərli:
- Deyirlər, Şimali Koreyada əsgərlik 10 ildir. Dəhşətdi e, görən necə xidmət edir əsgərlər?
Üzeyir Cəfərli:
- Görən ali təhsillilər neçə ildi? Bizdəki kimi 1 ildi?
Yaşar:
- Ali təhsillilər 1 ildi. Ancaq naryad müddəti. Məsələn, ali təhsillilər 1 il "denavalnı" dayanırlar.
"Yerini termosa dəyiş"
Evdə qalmış kədərli şairə facebookda status yazır:
- Stəkanda soyuyan su kimiyəm: dostlara qarşı, özümə qarşı...
Dədə Tofiq şərh yazır:
- O zaman yerini stəkandan termosa dəyiş-isti qal.
Ucuzluq imiş...
Hərbi ekspert Cəsur Sümərinli qəzetdən Rəhim Qazıyevin müsahibəsini oxuyur. "Filan batalyonun komandiri bir vedrə balla yanıma gəlmişdi ki, mənə milli qəhrəman adı verin" yerinə çatanda Cəsur deyinir:
- Yaxşı imiş ki. İndi bir vedrə bala 5 gün məzuniyyət də verməzlər.
Məhkəmədə
Məhkəmə. Hakim keçmiş səhra komandirindən soruşur:
- Sabiq müdafiə naziri iddia edir ki, siz milli qəhrəman adı almaq üçün ona bir vedrə bal təklif etmisiz. Düzdü?
Səhra komandiri başını aşağı salıb susur. Hakimi gülmək tutur:
- Niyə axı bir vedrə bal?
Vəkil suçlunu müdafiə edir:
- O rüşvət deyil. Deyiblər şirinlik gətir həll edək, bu da şirin şey-bal aparıb. Məncə bu günah deyil, ittiham olunan sadəcə, "şirinlik" sözünü düz başa düşməyib.
Ukrayna prezidenti yanında Ali Məsləhət Şurası yaradıldı
Qəzet çapa gedərkən Kiyevdən aldığımız məlumata görə, Ali Radanın sədri Aleksandr Turçinovun sərəncamı ilə prezident yanında Ali Məsləhət Şurası yaradılıb. Şuranın tərkibinin yarıdan çoxu MDB ölkələrindən formalaşdırılacaq. Şuranın sədri postuna tək namizəd AXCP sədrinin müavini, biologiya elmləri namizədi Nurəddin Məmmədlidir.
Danışan şəkillər