Qıza oxşayan stilist - İYNƏ - YUMOR
11 Aprel 2014 17:47 YumorXalq artisti yeni klipinin çəkilişlərinə gənc xanım axtarır. Faiq bu məqsədlə küçəyə çıxıb qızlara baxır:
- Bu olmaz, o da olmaz. Aha, tapdım deyəsən. Bədəni, saçları hamısı yerində.
Faiq yaxınlaşıb qızın üzünə baxır:
- Aaa, stilist Anar, sənsən? Mən də sevinmişdim...
"Dedim, xəbərin olsun"
Azərbaycan Akademik Milli Dram Teatrında məşq. Birdən xalq artisti Məleykə Əsədovaya zəng gəlir. Məleykə rejissora:
- Ağakişi müəllim, qapının ağzına dəyib gəlirəm.
Rejissor:
- Olmaz, icazə vermirəm!
Məleykə forsla:
- İcazə istəmirəm e. Dedim prosto, xəbərin olsun.
"İki kilo kişmiş dənləyin"
Bir gün Milli Bayraqdarlar Hərəkatının başqanı Elman Türkoğlu bərk acır. Çörək mağazasına girən Elman deyir:
- Sizdə kişmiş var?
Satıcı:
- Yox.
Bəs, kişmişli bulka necə?
-O var.
Elman:
- O zaman 2 kilo dənləyin mənim üçün.
"Biri yaxşı, biri pis"
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin həkim işləyən vaxtlarıdır. Bir gün Asim pasiyentinə telefon açır:
- Sənə iki xəbərim var. Bir yaxşı, biri pis. Hanısını deyim?
- Yaxşıdan başla-deyə, pasiyent sevinclə dillənir.
Asim:
- Analizlərinin cavabı bəlli oldu. Sənin 24 saat ömrün qalıb...
Xəstənin halı pisləşir:
- Pis xəbəri de görüm...
Asim:
- Pis də odur ki, bu xəbəri sənə dünəndən deməliydim. Telefonuna zəng çatmadı.
Məşədidən duyğulu status
Rayonlarının icra hakimiyyəti başçısının internet səhifəsində yazılan "filan rayon işğal olunandan rəqs eləmir" fikrini oxuyan Məşədi Cəfər facebook səhifəsində belə bir status yazır:
- Duyğulandım, ulan! Mən də toyda oynamayacam. Bax, dostlar, məni heç kim toyda rəqsə dəvət eləməsin. Mümkünsə, heç toya çağırmayın!
İcra başçısının saytında "rəqs eləmir" sözlərini oxuyan Məşədi Cəfər facebookda status yazır:
- Məni də rəqsə qaldırmayın-oynamayacam. Yaxşısı budur heç toya çağırmayın.
"Özünü atsan, qaib yazsan"
Bir nəfər tələbə qaiblərə görə özünü dənizə atmaq istəyir. Universitetin müəllimləri hamı dəniz sahilinə gəlir ki, oğlanı dilə tutub fikrindən döndərsinlər. Hərə bir söz deyir, oğlan türklər demiş ikna olmur.
Tarixçi Kərəm Məmmədliyə növbə çatır. Kərəm müəllim deyir:
- Ə, düş ordan! Dərsə gəl, sən öl qaib yazacam özünü dənizə atsan.
Üçüncü dünya savaşı necə olacaq?
Məşədinin yorumu
Dünya demokratiyasının yanında üzü qara olan Rusiya Krıma girdi. Halbuki ona Krım lazım deyildi, brat-üzağardıcı Krem lazım idi. Rusiyanın Hafiz Hacıyev demiş fırıtdayıb ortaya saldığı Bəşər Əsəd suriyalı uşaqları məhv elədi. Bağçaları dağıtdı. İndi suriyalı yetimlər kolyaska arzusundadır. Rusiya isə Alyaskanı almaq istəyir.
Rusiya deyir ki, Krım, Xarkov, Donbas bizimdi. Brat, bəs özün basa-basa Qafqaza nöş gəlib çıxmısan? Qafqaz, Həştərxan, Sibir, Kuban da bizimdi axı. Ukraynaya "torpağımı ver" deyirsən. Vermək yaxşıdı, Dnestyanını Moldovaya, Kazanı tatara, Ufanı başqırda, Kubanı kazaka, Dərbəndi Bakıya ver.
Belə getsə, üçüncü dünya savaşı çıxacaq, mən ölüm. Elə bilməyin ha, ABŞ Rusiya ilə üz-üzə gələcək. Ya Turçinskiyə "dayanma, snikerslə", Kliçkoya "qorxma, vur yıxılsın" deyən Avropa Putinlə döyüşəcək. Yox, məşədi canı. Dünyanın nə vecinə. Altda qalanın canı çıxsın. Polat Alemdar demiş, qurdluqda (yəni cəngəllikdə) düşəni (yəni yıxılanı) yemək qanundur. Ukraynanın ağlı vardı Rusiyanın altına yıxılmayaydı. Heç kim rus əsgəri ilə üz-üzə gəlmək istəmir. Heç kim şəhərlərinin bombalanmasını, raketlə dağılmasını arzulamır. Sual verə bilərsiniz ki, kimsə savaşmayacaqsa, bəs üçüncü dünya müharibəsi necə başlayacaq? Həə, burada məsələ qəlizdir. Yeni metodla. Dostun dostunu əzməklə. Məsələn, Putin ABŞ-ın dostu Ukraynanı əzəcək, ABŞ Rusiyanın dostu Suriyanı əzəcək. Bax belə ödəşəcəklər.
Facebook deyimləri
- Bir var akademik borc, bir də var akademikə borc. Yəni Nizami Süleymanova pul borcu.
- Uzaqdan yaxşı adama oxşayırsan-mümkünsə elə uzaqda dur!
Şəkidə hava bahadı
AXCP sədrinin müavini Razi Nurullayev Bakıdan Şəkiyə gəlir. Maşının təkəri boşalır. "Maşın təmiri" sexinə yaxınlaşan Razi təkərlərinə hava vurdurmaq istəyir. Hava vurandan sonra Razi soruşur:
- Nə qədər verəcəm?
Usta:
- 10 manat.
Razi təəccüblə:
- Ay qardaş, nə danışırsan mən Bakıda uzaqbaşı, 1 manata hava vurdururam təkərlərə.
Usta qımışır:
- Haindi gözuu yiyim, sən Bakıynan Şəkinin havasını bir tutursan?
"Ev mənə tərəf gələcək"
Bir gun sərxoş halda küçədə oturub gözləyirmiş. Yoldan keçən polis qəzəblə:
- Burda niyə dayanmısan? Camaatın yolunu kəsmə!
Sərxoş deyir:
- Evimi gözləyirəm, indi gələcək.
Polisi gülmək tutsa da, özünü o yerə qoymur. Soruşur:
- Ev necə gələcək, ay yazıq? Sən getməlisən e evə...
Sərxoş deyir:
- Ay savadsız, bilmirsən yer kürəsi bir yerdə durmur, fırlanır? Gözləyirəm ki, ev fırlanıb mənə tərəf gələndə girim içinə.
"O qədər çörəyi kim yeyəcək"
Yaşar Türkazər dükana girib satıcıya deyir:
- Mənə 199 dənə çörək ver.
Satıcı heyrətlə soruşur:
- Elə bundansa 200 dənə al da.
Yaşar:
- Neynirəm, o qədər çörəyi kim yeyəcək.
"Siz hələ anasını görməmisiz"
Sinif müəllimi aktyor Çinanın oğlunun gündəliyinə yazır: "Oğlunuz çox danışır". Çina gündəliyə baxıb qımışır:
- Ay müəllim, bu nədir ki, siz hələ anasını görməmisiz.
Dədədən haqlı sual
"Filan rayonda yaşayan malakanlar fəallaşıb. Onlar da Rusiyaya birləşmək istəyir" xəbərini oxuyan ağsaqqal jurnalist Dədə Tofiq deyinir:
- Azərbaycanda çoxlu İvan, Sovet, Traktor, Vladlen, Marusya adlı adamlar var. Onlar Rusiyaya birləşmək istəsələr, nağayracuğ aa?