Daşqın Putini qorxuzdu - İYNƏ - YUMOR
4 Aprel 2014 18:11 Yumor"İynə" çapa gedərkən aldığımız məlumata görə, Rusya prezdenti Vladimir Putinin halı pisləşib. Kreml həkimlərindən birinin mediaya sızdırdığı xəbərə görə, buna səbəb Rusiyanın qənimi, baş düşməni Daşqın Gülməmmədovun Ukraynada görünməsi və Kiyev televizyalarından birində çıxış edərək "Xalqı Rusiyaya qarşı toparlamaq lazımdır" açıqlaması olub.
"Daha kitab oxumayacam"
KXCP-nin qərargahı. Xəzər Teyyublu Milli Bayraqdarlar Hərəkatının lideri Elman Türkoğlu ilə söhbət edir. Xəzər:
- Gözlərin niyə qızarıb?
-Dünən kitab oxumuşam gecə səhərdək.
- Nə kitabı?
- Alkoqollu içilərin və siqaretin insan orqanizminə zərəri barədə. Çox maraqlı kitab idi. Dəhşətə gəldim.
- Nə qərara gəldin, siqaret çəkəcəksən bir də?
Elman qımışır:
- Hə qərar verdim: ta kitab oxumayacam.
"Yaxşı deyil, ölünün dalınca danışmazlar..."
Rusiya Dövlət Duması. Deputatlardan Anton Belyakov Aleksey Kazakovla söhbət edir. Belyakov:
- Boş ver e, xarici siyasəti. Gəl, bir az da Rusiya daxilindəki demokratiyadan danışaq.
Kazakov üzünü turşudur:
-Yaxşı deyil, ölünün dalınca danışmazlar...
"Əzici üstünlüklə qalib gəldim"
Aqil Camal jurnalistlərin bayram şənliyindən gəlir. Redaksiyada soruşurlar:
-Bayram necə keçdi?
-Yaxşı keçdi. Əyləndik, dedik-güldük.
- Saytda yazıblar ki, yumurta döyüşü olub. Nəticə necə oldu?
Aqil qımışır:
- Mən Seymur Həzi ilə yumurta döyüşdürdüm. Əzici üstünlüklə qalib gəldim.
"Sədr" TV-nin axşam buraxılışı
Qadın diktor:
- Sabahınız xeyir,əziz tamaşaçılar! Səyyar kamera və mikrofonlarımız günəşli Azərbaycanın paytaxtı Bakının Günəşli qəsəbəsində quraşdırılmışdır...
Kişi diktor:
- Günəşlidən havaya buraxılan, üzərinə sülh rəmzi göyərçi şəkilləri vurulan hava balonları Qara şəhərə doğru irəliləyir. Qoy, qara günlərimiz arxadan qalsın. Həyatınızda qar adına yalnız qara şokolat, qara "Mercedes", qara "Layka" gödəkçə olsun!
"Münaqişələrin həllinin Putin variantı"
Politoloq Vəfa Quluzadə həmkarı Qabil Hüseynli ilə söhbət edir. Vəfa müəllim:
-Saytlar yazır ki, Almaniyanın federal kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinin "Dnestryanı problemi"ni də həll etməyə çağırıb. Görən nə cavab verəcək?
Qabil Hüseynli qımışır:
- Putin də həll edəcək. Gedib oranı da Rusiyaya qatacaq.
Sovet illərinin lətifələri
"Qızımı köçürürəm"
Kolxoz sədri qoyunçuluq fermasının müdirinə:
-Yun qırxımı nə yerdədir?
-Xeyir ola, sədr qağa, qabaqlar yun qırxını ilə maraqlanmazdın?
Sədr qımışır:
-Qızımı gəlin köçürürəm.
Facebook deyimləri
Evdə qalmış şairənin dilindən:
- Təzədən qiş gəldi,qar yağdı. Qardan adam oldu,( yəni "Qara adamı" düzəltdilər) səndən adam olmadı...
"Pulun tamamilə qurtarıb?"
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin tələbə vaxtlarıdır. Bir gün pulsuz Volodya sevgilsi ilə görüşə gedir. Bulvarda oturublar, Volodya deyir:
- Sevgilim, mən sənə bütün dünyanı: günəşi, ayı, səmanı hədiyyə edirəm.
Qız dilxor halda:
- Yəni pulun tamamilə qurtarıb?
Astroloqun falı fıs çıxdı
Müxalifətin məşhur astroloqlarından biri Türkiyədə bələdiyyə seçkiləri keçirilən gün klaviaturanın canına daraşıb gecə yarısına qədər proqnoz və xəbərlər verdi:
- Yaxşı xəbərlər gəlir! AKP uduzur! AKP 50 faiz barajı (bədbəxt astroloqa politoloq dostları qandırmamışdılar ki, bu bələdiyyə seçkiləridir, burda baraj-maraj olmur) aşa bilməyəcək. Noxudlar da bunu göstərir. AKP məğlub olacaq. Ulduzlara da baxdım, onların düzülüşü də göstərir ki, CHP-MHP cütlüyü qalib gələcək.
Ertəsi gün məlum oldu ki, binəva astroloqun proqnozu (falı) fıs çıxıb. AKP seçkini udub. Dərd bu deyil e, odur ki, bu adam hələ də müxalifətin baş münəcimidir.
"De, sən öl"
Tanınmış aktyor Mühəd Aydının gənclik vaxtlarıdır. Bir gün Müdhət Milli Parkda sevgilisi ilə çai içir. Sevgilsi oğlanların kobudluğundan danışır:
- Əzizim, elə qaba oğlanlar var ki. Qızla danışanda "sən öl" vururlar...
- Müdhət armudu stəkanı yerə qoyub deyir:
- Ola bilməz! De, sən öll!...
Dərsdə
Məleykə Əsədovanın qızının oxuduğu məktəb. Azərbaycan dili dərsidir. Müəllim tapşırıq verir:
- Elə inşa yazın, ki, həmin inşada bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar günləri olsun.
Məleykənin qızı yazır:
- Atam ovda elə böyük quş ovlamışdı ki, biz onu bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar günləri də yedik, sonra qurtardı.
"Bura cənnət kimi görünür"
Tərbiyəsiz şagirdlərədn canı boğaza yığılmış yaşlı bir müəllim vəfat edir və cəhənnəmə düşür. Cəhənnəmin rəisi ona yaxınlaşır və deyir:
- Bağışlayın, müəllim, sizi səhv gətirmişik. Siz cənnətə getməlisiniz.
Müəllim cəld dillənir:
- Yox, qardaş, sən Allah oturmuşuq yerimizdə. O lənətə gəlmiş məktəbdən sonra cəhənnəm də adama cənnət kimi görünür.
Gürcüstan prezidentinin çətin anları
Son saatlarda ladığımız məlumata görə, Gürcüstan prezidenti Georgi Maqrelaşvili utandığından işə çıxmır. Buna səbəb Bakıda fəlaiiyət göstərən "Qaraçöp" təşkilatının başqanı Komandan Palçıqdərəlinin tvvitter hesabında yazdığ mesaj olub. Xatırldaq ki, cənab Palçıqdərəli Gürcüstan hakimiyyətinə belə bir mesaj yazmışdı: Gürcüstan siyasi hakimiyyətinin nəzərinə!
Soydaşlarımızın müxtəlif cibgirliklə əlindən alınan torpaqlarını özlərinə qaytarın. Özü də təxirəsalından! Qaraçöpdə və Qardabanidə 6 min hektara yaxın torpağı. Toponiumləri bərpa edin! Ayıbdı!
Deyilənə görə, bu mesajdan xəcalət çəkən prezident deyib:
- Doğrudan ayıbdı e, nə pis iş görürük biz! Təcili yer adlarını bərpa etmək lazımdır. Yoxsa mən bu kişinin üzünə baxa bilməyəcəm.