Qaçaq Nəbinin nəvəsidi-papağı güllədən deşmə-deşmədir! - FOTO - İYNƏ
7 Mart 2014 17:01 Yumor"İynə"nin reaksiyası
Müsavat partiyasının böyükləri İctimai Palatadakı həmkarları ilə birgə Milli Düşüncə Mərkəzi yaradırlar. Bəylər, bu ideyanı bəyənmədiyiniz Fərəq Quliyev ortaya atmışdı. Başqa ad tapılmadımı?
P.S Fərəc bəy Milli Düşüncə Mərkəzi yaradıb gündəmə gəldi, deputat oldu, görünür, İsa Qəmbər də mandat almaq istəyir.
Ev, təqaüd almaq istəyən yazarların taktikası
Bir müddətdir ki, saytlarda, bloqlarda, sosial şəbəkələrdə zıqqıldayan yazarların sayı artıb. Çoxu da zəif istedada malik, işdən qaçan, zəif iradəli adamlardır. Adları qulağına dəyib, araq məclislərində "sən əjdaha yazarsan", "sən Avropada yaşasaydın indi Umberto Eko idin" təriflərini eşidiblər, indi özlərini ali mükafata layiq hesab edirlər. İki şeirə oxşayan bir cızmaqara yazıb, 3 hekayə adlanan söz yığını dərc olunub, elə bilir ki, əjdahadır. Bu adamları sətrindən tanımaq, duymaq, niyyətini hiss etmək olur. Əgər yazırsa ki, "Bu gün başım ağrıyırdı. Həkimə getməyə pulum olmadı", "Neçə gündü yazmaqdan gözlərim ağrıyır, çox işləyirəm son vaxtlar", demək yazar dostumuz təqaüd, yaxşı maaşlı iş istəyir. Yox əgər yazırsa ki, "Gecə saatlarına qədər işlədim. Səhər tezdən ev sahibəsinin səsinə oyandım" və ya "Yenə kirayə ev, yenə paslı kran, cırıldayan setka çarpayı", demək dostum ev istəyir.
"Ağrıyırsan, həkimə get"
Ünlü yazar Məşədi Cəfər tanınmış yazıçılardan birinin statusunu oxuyur: "Ağrıyıram, "Parasetamol" atmışam, keçmir"...Məşədi Cəfər bilir ki, yazar AYB-yə üzv olmaq, təqaüd almaq istəyir. Deyir:
- Ay qardaş, ağrıyırsan, həkimə get da. Facebooka niyə yazırsan? O gün biri yazır ki, "üşüyürəm, evim yoxdu". Evin yoxdu, qaxılıb qalaydın rayonda, nə itin azmışdı Bakıda?
Politoloq çöpçü kimi danışanda
"Ədalət" qəzetinin redaksiyası. Qəzetin son nömrəsində getmiş səhvlərdən narazı qalmış Aqil Abbas Ceyhun Musaoğlunu çağırıb deyir:
- Bu nədi, a kişi? Belə səhv olar? "Məşhur Krımla bağlı açıqlama verdi". Belə şey olar?
Ceyhun tanınmış politoloqun müsahibəsinə baxıb gülür:
- Aqil müəllim, vallah, qocalıb xərifləyib. Sən allah, bu da sözdü, deyir ki, "Krım Rusiyanın boğazında qalacaq?" Özün de, bu politoloq sözüdü, yoxsa çöpçü sözü?
Dədə Tofiqdən xatrılatma
Ağsaqqal jurnalist Tofiq Türkel 8 martla bağlı təbrikləri oxuyub deyinir:
- Qadınları tərifləyənədə "Gözəllər gözəli" deyirlər. Başa düşmürəm, bəs kişiləri tərifləyəndə niyə "İgidlər igidi" demirlər.
Həftənin mövqe sürüşkənliyi
Görəndə ki, partiyada İsa Qəmbər də qarışıq əksəriyyət başqanlıq mübarizəsində Qubad İbadoğluna səs verəcək, Müsavat Partiyasın Mərkəzi İcra Aparatının sədri Arif Hacılı AXCP-yə reverans etdi. Buna deyirlər həftənin mövqe sürüşkənliyi.
Arifanə təsəlli
Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılı AXCP-yə jest etmək qərarına gəlir. Partiya sədri Əli Kərimliyə telefon açan Arif bəy qərargahla bağlı təskinlik verir və sonda deyir:
- Əşi, fikir eləmə! Qərargah o qədər də vacib deyil. Ona qalsa, Leninin heç qərargahı yox idi.
2 alanlar cəhənnəmə, 5 alanlar cənnətə
Azərbaycan rayonlarından biri. Orta məktəb, dərs. Dindarlığı doğru anlamamış müəllim şagirdləri yaxşı oxumağa təhrik etmək üçün deyir:
- 2, 3 alanlar cəhənnəmə, 4, 5 qiymətlə oxuyanlar cənnətə gedəcəklər! İndi özünüz seçin!..
Bu yerdə arxa partadan bir məktəbli soruşur:
- Bəs məktəbi bitirənədək kim sağ qalacaq?
Allen belə söyləmiş
Ünlü yazar Mənsur Allen çe Gevaradan seçmələr:
- Həyatda 3 nəfərdən qorxmalısan: Biri arxanca gülən, biri üzünə gülən, biri də Fətullah Gülən.
- Bir yemək bişirir ki, yeməyi qoy kənara, barmağını ye.
- Kədəri doğramac edib yeyirdi.
- Masasında 3 şey var. 100 qram araq, bir parça nar, bir dünya kədər.
Facebookda seçmələr
İlqar abi yazır:
Mənə maraqlıdı. "Kolizey" şadlıq sarayında ancaq qladiatorların xeyir işi olur, yoxsa adi adamların da? "Kleopatra" şadlıq sarayında ərə gedən qız haqda isə danışmaq istəmirəm, eldən ayıbdı. Ən kreativ ad isə keçmiş Əzizbəyov metrosu yaxınlığındakı "Əbülfət" şadlıq evi idi...
Zöhrab abi yazır:
- Uşaqkən qolumuzu dişləyib saat düzəldərdik. Çünki zamanın bizə əzab verəcəyini elə o vaxtdan bilirdik.
Yeniyetmə lətifələri
1. Oğlan:
- Ürəyimi oğurlamısan e...
Qız:
- Yaxşı eləmişəm, hələ bu harasıdı, soyadını da oğurlayacam.
2. Bir qadına deyəndə ki hicab bağla, deyir ki, "Pah, 7-ci əsrdə yaşayırıq?" Daha bilmir ki, soyunmaqla ibtidai icma dövrünə qayıtmış olur...
"Guya siz iki qanadlı mələk görmüsüz?"
Tanınmış aktyor Müdhət Aydının tələbə vaxtlarıdır. Bir gün rəsm dərsində müəllim mələk rəsmi çəkməyi tapşırır. Hamı çəkməyə başlayır. Əksəriyyət iki qanadlı mələk çəkir. Müdhət isə üç qanadlı çəkir. Müəllim Müdhəti danlayır:
- Bu nədi!? Sən heç üç qanadlı mələk görmüsən? Mələk üç qanadlı olar?
Müdhət qımışır:
- Guya siz iki qanadlı mələk görmüsüz? Hamısı təxəyyül məhsulu deyil? Mən də üç qanadlı təsəvvür elədim.
Şagird qanunu
Maddə 1. şagird hər zaman haqlıdır.
Maddə 2. Şagird şparqalkadan istifadə etmir, sadəcə yardım edir, biliyini paylaşır.
Maddə 3. Şagird dərsdən qaçmır, sadəcə gəzməyə gedir.
Madde 4. Şagird dərsdə yatmır, gözlərinin acısını alır.
Madde 5. Şagird dərsdə danışmaz, sadəcə boş zamanını dəyərləndirər.
Oxşarlar