Təkərə düşən at - İYNƏ - YUMOR
31 Yanvar 2014 14:54 YumorRəfsancani adaşını oxuyur
Deyilənə görə, İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani azərbaycanlı yazıçı Əli Əkbəri oxuyur. Yazdıqları maraqlı deyil e, sadəcə adları oxşardı, ona görə.
Yanlışlıq
Ötən sayımızda Hacı İlqarla bağlı yazıda səhvə yol verilib. "Hacı DEVAAM-ın maliyyə dəstəyi ilə kəlam.az saytı açır" cümləsi Hacı Qamətə meylli korrektorun xətası üzündən belə gedib: "Hacı DEVAAM-ın maliyyə dəstəyi ilə kələm.az saytı açır". Yanlışlığa görə, üzr diləyirik.
"Sən müxalifətsən ki?"
AXCP sədri Əli Kərimlinin evi. Bəy divanda oturub heyva mürəbbəsi ilə çay içir. Qəzetləri vərəqləyəndə gözünə Müsavat başqanı İsa Qəmbərin müraciəti çıxır. Başqanın "Mən bütün müxalifətçiləri atəşkəsə, söz atışmasına son qoymağa çağırıram" bəyanatını oxuyub qımışan bəy deyir:
- Sən müxalifətsən ki? Yaxşısı budur bizim daxili işlərimizə qarışma.
Həftənin əsas xəbərləri
"İynə" ötən həftənin ölkə, Cənubi Qafqaz regionu, islam dünyası və bütövlükdə dünya üçün önəmli xəbərlərin altını cizib. İndi onları sizə xəbər veririk.
- Ölkə əhəmiyyətli xəbər: Kamil Həmzəoğlu ad günü keçirdi.
- Cənubi Qafqaz regionu çapında əhəmiyyətli xəbər: Real Hərəkatının üzvləri Erkin Qədirli və Natiq Cəfərli Şəkidən Bakıya sağ-salamat gəlib çata bildilər.
- İslam dünyası üçün önəmli xəbər: İçərişəhər cümə məscidinin sabiq axundu Hacı İlqar İbrahimoğlunun maşını Ağsu dolaylarında dumana düşdü. Siyasi eskpertlərin fikrincə, Hacı İlqar yolda dumanda bir az da ləngisəydi, Nyu-York birjasında dollar qiymətdən düşəcək, neft ucuzlaşacaq, İranla ABŞ arasında yenidən gərginlik başlanacaqdı. Rusiya Ukraynaya qəzəblənəcək, Viktor Yanukoviçin gic damarı tutacaqdı. Allahın dünya xalqlarına yazığı gəldi ki, Hacı İlqar dumandan çıxdı. Yoxsa, dəngələr dəyişəcəkdi.
Messi, Ronaldo cəhənnəmlikdi?
Azərbaycan vəhabilərinin liderlərindən biri Hacı Qamət məhşur futbol ulduzları portuqaliyalı Ronaldo və argentinalı Messi haqqında danışarkən onların cənnətə düşə bilməyəcəklərini, cəhənnəmə gedəcəklərini bildirib. Hacı Qamətin açıqlaması facebookda belə qiymətləndirildi.
Mehman Muradlı:
- Görünür, o "Çelsi" azarkeşidi. Ronaldo və Messi barədə qara piar aparır.
Məşədi Cəfər:
- Rəşad Sadıxovu deməz heç vəhabidi axı.
Nəsimi:
- Görən Kasilyas haralıqdı?
Teymur:
- Kasilyas qapıçıdı. Cəhənnəmin qapıçıları ilə anlaşacaq.
Biri dumana düşdü, biri təkərə
Milli Bayraqdarlar Hərəkatının tək və yeganə başqanı Elman Türkoğlu saytlardan xəbərləri oxuyur. "Hacı İlqar dumana düşüb" xəbərinə çatanda Elman deyinir:
- Hacı İlqar dumana, bunu yazan jurnalist də təkərə düşüb.
"Öyrən də, kimi gözləyirsən"
Ağsaqqal cəbhəçi Yusif Sevdimalı tanınmış müxalifət ziyalısı Kamil Vəli Nərimanoğlunun müsahibəsini oxuyur. "Məhəmməd Əmin Rəsulzadənin irsi öyrənilməslidir" yerinə çatanda Yusif bəy deyinir:
- Öyrən də, kimi gözləyirsən? Mən fizikəm, sən filoloq, Rəsulzadənin irsini ayrı kim öyrənəcək? Türkiyədə vaxt öldürüncə, arxivə get, sənədləri qaldır.
Hansı şəbəkə?
Yaşar Türkazər qəzetdə YAP-çı deputat Siyavuş Novruzovun müsahibəsini oxuyur. "Suriyaya göndərilənlərin arxasında şəbəkə dayanır" cümləsinə çatanda Yaşar təəccüblə deyir:
- Görən hansı şəbəkə? Odnoklassniki.ru, yoxsa facebook.com?
Tarix fakültəsinin salam verdiyi kişi
Pedaqoji Universitetin iki məzunu söhbət edir. Onlardan tamada işləyən biri pafosla deyir:
- Bir var, tarixin salam verdiyi kişi, bir də var Tarix fakültəsinin salam verdiyi kişi.
- O ikinci necə olur elə?
- Hə, tarixin salam verdiyi kişi, məsələn, Atatürk, Məmməd Əmin. Tarix fakültəsinin salam verdiyi kişi dekan Rəhim müəllim.
"İstanbulda pula pul demirdim, para deyirdim"
Cümhuriyyət Xalq Partiyasının lideri Bədrəddin Quliyev məhəllələrindəki çayxanada dostlarına Türkiyədəki həyatı ilə bağlı basıb bağlayır.
- Qaqa canı, İstanbulda pula pul demirdim...
Elə bu vaxt İstanbulda Badri ilə bir yerdə olmuş tanışı böyürdən çıxır. Bədrəddin sözü fırladır:
- ...pula pul demirdim, deyəndə ki, yəni, orda pula pul demirlər, para deyirlər.
Milli Dirçəliç müharibəyə hazırlığa başladı
"İynə" çapa, Aydın Hüseynov YAP-a gedərkən aldığımız məlumata görə, Milli Dirşəliş Hərəkatı Partiyasında hərəkətlənmə müşahidə olunur. Ünlü ictimai-siyasi xadim, Sayokan idmanı üzrə usta dərəcəsini almış Həbib Ələkbərsoyun partiyaya cəlb edilməsi araşdırma mərkəzlərinin diqqətini çəkib. Hərbi ekspertlər bunu MDHP-nin dava hazırlığı kimi dəyərləndirirlər. "İynə"nin apardığı balaca araşdırma versiyanın həqiqiliyinə şübhə yeri qoymur. Araşdırma nəticəsində məlum olub ki, MDHP fəallarının əksəriyyəti idmançıdır. Tədqiqat zamanı bəlli olub ki, Həbib Ələkbərsoy-sayokan, Fərəc Ulusoy-güləş, Mətin Quliyev-karate, Nikbin Ulusoy-boks, Tahir Seyidov-domino, Əlirza Amanbəyli- qolgüləşdirmə, Şakir bəy-sözgüləşdirmə idman növü üzrə ustadırlar. Sabiq MDHP-çi Səftər Rəhimli dama, Talıb Atasoy isə nərd idmanı üzrə ustalığa namizəd olublar.
"Əsas odur ki, yolu bir gedəsən"
KXCP sədri Mirmahmud Mirəlioğlunun evi. Ağa Novxanıdan qayıdıb, yorğundu. Oturub bacıoğlu ilə çay içir. Bacıoğlu soruşur:
- Ağa, yaxşıdı ha, bu il klassiklərlə islahatçı cəbhəçilər Novxanıya, Məmməd Əminin heykəli önünə birlikdə getdilər?
Ağa köks ötürür:
-Ay bala, əsas Məmməd Əminin yolunu getməkdir. Yolu bir gedə bilməyəndən sonra, heykəlin önünə bir getməyin nə mənası var? Biz getdiyimiz yolu bilirik, onların yolu nədir, Allah bilir.
Oxşarlar