Qafiyəli suallar - YUMOR
20 İyul 2012 18:42 Yumor"Ekpsress" qəzetinin redaksiyası. Aqil Aslan Azərbaycan meyxanaçılar Birliyinin sədri Ağamirzə ilə müsahibə almaq istəyir. Ağamirzənin kefinin kök vaxtına düşür, qayıdır ki, bəs sualları qafiyə ilə göndərin. Aqil Aslan həmkarı Aqil Camalla çox frikirləşirlər, axırda qərara alırlar ki, özlərini sırdırmayıb, sualları hazırlasınlar. Beləliklə 1 saata suallar hazır olur.
Aqil Camal:
- Mitinqdə çox döyülür Yaşarla Elman
Niyə ayrıldı səncə, Namiqlə Mehman?
Aqil Aslan:
- Ayrı qalsalar necə, olacaqdır sonları
Bəlkə düşüb qabağa, barışdırasız onları...
Aqil Camal:
- Sözü keçir sənətdə, danqalağın, sarsağın
Məzarda narahatdı, ruhu bu gün Çıldağın
Aqil Aslan:
- Ermənilər göz dikib parça-bozbaşımıza
Sizcə, on ildən sonra nə gələr başımıza?
Aqil Camal:
- Meyxanada ayrılıq, parçalanma nə demək?
Bədihə, ya meyxana, siz deyin: biz nə deyək?
Aqil Aslan:
- Əsir bu gün sənətdə Pərviz, Rəşad rüzgarı
Arada klip çəkdir, geriyə qalma barı.
Redaksiyaya maşın aldı
Müasir Müsavat Partiyası. Sədrin kabineti. Hafiz Hacıyevin yanında müşavirə. Təranə Ramazanova deyir:
- 22 iyul Milli Mətbuat günüdür. Bizim xəbərləri daim yayan "İrəvan" qəzetidir. Gərək redaksiyaya hədiyyə alaq.
Hamı fikirləşir. Birdən Hafiz qımışır və deyir:
- Redaksiyaya bir dənən qəşəy, son model şirəçəkən maşın alıb göndərək. İnformasiya agentliklərinə, saytlara da xəbəri belə verin: "Hafiz Hacıyev redaksiyaya maşın aldı".
Yanlışlıq
Ötən sayımızda erməni politoloq Yassar Yaramazyanla bağlı yazıda səhvə yol verilib. "Erməni politioloq məyyus danışdı" cümləsi QAT-a meylli korrektorun xətası üzündən belə verilib: ""Erməni politioloq dəyyus danışdı".
Aydınlıq
Müxlaifətin vahid namizəd axtarışlarına münasibət bildirən Azər Həsrətin "Vahid gəlsin, namizəd olsun" yazısı Vahid Qazini etkiləyib. Gələn xəbərlərə görə, Qazi qardaşımız elə bilib ki, söhbət ondan gedir. Yavaşcadan qulağına pışıldayırırq ki, qardaş söhbət səndən getmir. Boşuna özünə əziyyət vermə.
Bayram Kürdəxanalı: "Alə, Vahid çoxdan ölüb e"
Müxlaifətin vahid namizəd axtarışlarına münasibət bildirən Azər Həsrətin "Vahid gəlsin, namizəd olsun" yazısına reaksiyalar gəlməkdədir. "İynə"nin şef redaktoru şəxsən öz qulağı ilə (sözə bax e, guya başqasının qulağı ilə də eşitmək olur) məşhur meyxanaçı Bayram Kürdəxanalıdan belə eşidib: "Alə, Vahid çoxdan ölüb ee. Çaşıb e alə, bunlar".
"Gözəl sağlıqdı"
Məclislərin birində Xəzər Teyyublu, Mayis Səfərli və Azadlıq Partiyasının sədri Əhməd Oruc yanaşı oturublar. Kefi ala buludda olan Xəzər deyir:
- Uşaqlar, gəlin hamılıqla arağı tərgidək!
Əhməd Oruc məzlənir:
- Gözəl sağlıqdı!
"Ürək elə yerdədi ki..."
ADP-nin qərargahı. Sərdar Cəlaloğlu kabinetdə oturub. Birdən Nurəddin İsmayıl içrəi girinb ah-uf edir. Sərdar soruşur:
- Nə oldu, yenə o aşnan rus qızı səni incidib?
Nurərddin qəmli-qəmli:
- İncidib nədi e, ürəyimi dağlayıb...
Sərdar qayğılı görkəmdə:
- Mən bir həkim kimi sənə heç nə edə bilmərəm. Ürək elə yerdədi ki, ora dərman sürtmək olmaz.
"Əsədin taleyi necə olacaq?
Oğlu Sülhəddin Əkbərdən soruşur:
- Ata, qəzetlər yazıb ki, Bəşər Əsədi Müəmmar Qəddafinin taleyi gözləyir. Səncə, belə olacaq?
Suliko qımışır:
- Yox, oğlum, Əsədin taleyi Səddam kimi olacaq-kəndirdən asacaqlar.
Səmərəli təklif
Məclislərin birirndə deputat Zahid Orucla Elçin Mirzəbəyli qarşı-qarşıya oturublar. Səhər xaşla çoxlu sarımsaq yeyib gəlmiş Deputat ictimai yerlərdə siqaret çəkməyin qadağan olunması ilə bağlı söhbət edir:
- Yeni layihə hazırlamışam. İctimai yerlərdə siqaret çəkmək qəti qadağa olunmalıdır! Belə olmaz, hara gedirsən, siqaret tüstüsünü üzünə üfləyirlər...
Elçin Mirzəbəyli deyir:
- Yaxşı olar ki, sarımsaq yeyənlərin ictimai yerlərdə camaata yaxın oturmasını da yasaqlayan qanun qəbul ediləydi.
"Kim olduğumu tapdı"
Jurnalist Sərkərdə Sərxanoğlunun orta məktəbdə oxuyan vaxtlarıdı. Bir gün Sərkərdə gözünün altı göm-göy evə gəlir. Evdə soruşurlar:
-A bala, gözünün altına nə olub?
- Hər gecə saat 3-də sinif yoldaşlarımgilə zəng edib deyiridm: "Tapın, görün, mən kiməm".
- Hə, nə olsun?
- O olsun ki, dünən biri tapdı kim olduğumu...
Düzəliş
Son nömrələrimizin birində Müsavatla bağlı yazıda səhvə yol verilib. Oxuculardan xahiş olunur ki, . "Adil Qeybulla deyir ki, Müsavatda İsa Qəmbəri dişləmək istəyənlər var" cümləsini belə oxusunlar: "Adil Qeybulla deyir ki, Müsavatda İsa Qəmbəri dışlamaq istəyənlər var".
Ağız ədəbiyyatı
Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri.
Mən aşiq Gəncəbasar
Gədəbəy, Gəncəbasar.
Güclüdən qorxar, qaçar
Ancaq güzcüzü basar.
(Vladimir Putin haqqında Başqırdıstanda yaranıb)
Əzizim dilbiləndi
Anlayan, dilbiləndi.
Dəstək ala bilmədi
ABŞ-da çox süləndi.
(Bako Saakyan haqqında Xocavənddə yaranb)
Mən aşiqəm Daşqına
Sərkərdəyə, Daşqına.
Qorxur seçkiyə girisn
Uduzacaq Daşqına.
(Mixail Saakaşvili və Daşqın Gülməmmədov barədə Borçalıda yaranıb)
Mən aşiq kərəntiyi
Orağı, kərəntiyi.
Ot çalammır, boşuna
Fırladır kərəntiyi.
(Həmid Ormanlı barədə Sadaxlıda yaranıb)