“Mənə kişmiş ver” - İYNƏ -YUMOR

Bir gün Milli Bayraqdarlar Hərəkatının lideri Elman Türkoğlunun ürəyi kişmiş istəyir. Dükana gələn Elman satıcıdan soruşur:

- Sizdə kişmiş var?

Satıcı:

- Yox, bəy. Bizdə kişmiş olmur.

Elman əl çəkmir:

- Bəs kişmişli bulka necə?

- Hə, o var.

Elman qımışır:

-O zaman bulkaların üstündən dənlə, mənə 300 qram kişmiş ver.

Ukraynanın Qəmbəri yoxdur

Oğlu Cümhuriyyət Xalq Partiyasının lideri Bədrəddin Quliyevdən soruşur:

- Ata, Ukraynada müxalifət nədən güclüdür?

Badri  qəmgin halda:

- Ona görə ki, Ukraynanın İsa Qəmbəri və Əli Kərimlisi yoxdur.

Məşhur yekəxanaların statusları

Azərbaycanın məşhur intellekt, yazıçı və jurnalistlərindən status nümunələri.

Erkin Qədirli:

-Şəkidən Bakıya qayıtdıq. Fanatlarım narahat olmasın, yaxşı çatdıq. İndi divanda uzanıb dincəlirəm.

Seymur Haycan:

- İki saat bulvarda gəzib, evə gəldim. İndi uzanıb kitab oxuyuram.

Hacı Hacıyev:

- Gənc liberalların lideri İsa Şahmarlı intihar etdi. Onu qara kurtkalı, qızıl dişli, qara bığlı oğlanların tənəsi öldürdü.

 

Avropadan gələn təlimatlar

Hər dəfə (bu adətən seçki dönəmlərində olur-İ.) siyasi vəziyyət gərginləşəndə, ya da cəbhədə döyüşlər başlananda qaçıb Avropada gizlənmiş postmodernist yazarlar, rəssamlar, bloqqerlər, bəstəkarlar və sair özünü ziyalı adlandıranlardan qəribə davranış müşahidə olunur. Ötənlərdə gənc fəallar saxlanılan zaman Əli Əkbər yazmışdı: "Evdə oturmaq kişilikdən deyil. Prokurorluğun qabağına yığışmaq lazımdır. Orda qələbəlik yaratmaq lazımdır ki, içəridə qorxsunlar". O, bunu İsveçrədə pivə içə-içə yazmışdı.

Adamda həya yaxşı şeydi...

İsmayıllı hadisələri başlanmışdı. Mediada qaynar xəbərlər yazılırdı. Emin Milli Avropanın hansısa cənnət ölkəsindən (çox güman ki, Almaniyadan) yazırdı: "Mən xalqı meydanlara, inqilaba səsləyirəm! Mən deyirəm: çıxın küçələrə!" Adam özünü Xomeyni zənn etmişdi. Nə deyim, adamda gərək tərbiyə ola da.

Hər şey axır, hər şey dəyişir

Ey gidi dünya, Bəybala Əbilin "Yurd həqiqətləri" kitabı da gündəliyə gələrmiş.

"Rza Qarabağda da döyüşüb"

Xalq artisti Məleykə Əsədova saytları izləyir. Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabın hərbi geyimdə fotolarını görən Məleykə deyir:

- Bir azdan deyəcəklər ki, Rza Qarabağda da döyüşüb.

 Müxalifət rəzil gündədi

Ağsaqqal cəbhəçi Yusif Sevdimalı qəzetləri vərəqləyir.  Real Alternativ Hərəkatının lideri Erkin Qədirlinin "Köhnə müxalifət rəzil günə düşüb" fikrini oxuyan Yusif bəy deyinir:

- Biz rəzil günə düşmüşük. Siz də bir rəzil gündən çıxın bə.

Kiyevdən reportaj

"İynə"nin müxbiri müxalifətin "Maydan"da etiraz aksiyasından reportaj verir. Peyk rabitəsi vasitəsilə aldığımız məlumatları təqdim edirik.

10.00. Aksiya başlandı. İnsanlar Avropaya inteqrasiya etmək istəməyən prezident Viktor Yanukoviçə etiraz olaraq küçələrə axışırlar. Öndə müxalifət liderlərindən məşhur boksçu Vitali Kliçko, keçmiş prezident Viktor Yuşşenkonun adamları, müğənni Ruslana və Timoşenkonun qızı da var. 

10.30. "Maydan" dolub. Adamların arasında "İsti peraşki", "Su", "Dönər", "Rayon-şəhər-rossiya" qışqıran gənclər göz dəyir. Onlar xırda alverçi və telefon xidməti təklif edən azərbaycanlılardır. Onların müxalifət liderləri ilə Kiyevə gəldiyi bildirilir.

10. 45. Mitinq başlandı. Kliçko danışır. Boksçu çox qəzəblidir. O, Yanukoviçə 24 saat vaxt verildiyini deyir. Timoşenko, Yuşşenko tərəfdarları çox radikaldır. Müğənni Ruslana qəzəblidir və rejim əleyhinə gözəl bir çıxış elədi.

11.30. Elan olundu ki, Azərbaycan müxalifətinin liderləri "Maydan"dadı. İsa Qəmbər, Əli Kərimli, Sərdar Cəlaloğlunun çıxışa yazıldığı bildirilir.

12.00 Müsavat rəhbəri İsa Qəmbər danışdı. Çıxışdan sonra 15 dəqiqə Ruslana və Kliçko ilə söhbət etdi. Kliçko tribunaya qalxır. Maraqlıdı, onun ritorikası xeyli yumşalıb. "Dialoq, konstruktiv davranmaq lazımdı" kimi ifadələr işlənir. Kliçkonun "Prezident Aparatının qabağına kimi siz gedin, ordan o yana sizi Ruslana aparacaq, mən gedirəm" sözləri etirazla qarşılandı.

12.20. Ruslananın yeni klipinin montajı ilə əlaqədar getdiyi xəbər verildi. 

13.00. Timoşenkonun adamları oturaq aksiyaya çağırış etdilər. Ehtimal olunur ki, onlar son dəfə Əli Kərimli ilə danışıblar.

Facebook cəbhəsi, status hücumu

Azərbaycan ordusu Qərb istiqamətindən ermənilərə tutarlı cavablar veriblər. Ermənistan ordusunun təşvişə düşdüyü bildirilir. Facebook sosial şəbəkəsində bu mövzu müzakirə olundu. Adamlarımız fərəhlə ordumuzun uğurlarından yazırdı. Ağız büzənlər öz işində idi. Məşədi Zamin və başqaları ironiya ilə yazdılar. Yaxşı ki, Avropada oturub bura göstəriş verənlər yazmadılar. Yəqin abıra qısınıblar. Amma öz aramızdı, İsveçrəyə fərar etmiş (orduda da olmayıb)  Əli Əkbərin "Hərbi komandanlıq taktikanı dəyişməlidir. Füzuli istiqamətindən hücuma keçmək lazımdır. Naxçıvandan arada yaylım atəşi pis olmazdı" statusunu oxumaq ləzzət edərdi. Naxçıvanski liseyindən qovulmuş, xidmətdən yayınmaq, hospitala düşmək üçün qaşını qırxmış, ali məktəbdən yarımçıq çıxmış alayarmçıq yazıçı Seymur Baycan belə yazardı: "Bu saat əsgərləri kitabsız qoymaq olmaz. Əsgərlərə Tolstoyun "Hərb və sülh", Şoloxovun "Sakit Don" romanları paylanmalıdır. Dindarları ordudan kənarlaşdırmaq lazımdı.  Ermənilərlə də sərt davranmaq olmaz. Necə olsa, insandırlar. Özü də bizdən mədənidirlər. Müharibə qurtarandan sonra Gürcüstana birləşmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31