“Bəyturan, yoxsaŞura da yoxdur” - İYNƏ - YUMOR
17 Yanvar 2014 16:05 YumorAğsaqqal cəbhəçi Yusif Sevdimalı oğlu Turalla söhbət edir. Tural deyir:
- Ata, Müsavat Milli Şuradan getdi. Şura dağılacaqmı?
Sevdimalı:
- Xeyr. Milli Şura o vaxt dağılacaq ki, ordan Bəyturan getsin
-Axı, Bəyturan orda yoxdu...
Yusif bəy söz altda qalmır:
- Yoxdu? Onda Milli Şura mövcud deyil.
"Vəhdət-rəhmətin mayası"
Dini məclislərin biri. Hacı İlqar İbrahimoğlu moizə oxuyur:
- Vəhdət - rəhmətin mayası, təfriqə isə əzabın səbəbidir...
Söhbətin partiyasından getdiyini zənn edən Tahir Kərimli deyir:
- Düz deyir, yaxşı deyir.
Elan
"İynə" AXCP funksioneri Seymur Həzini 2002-ci ildə "Üçüncü Cəbhə"yə qoşulmaqdan saxlayan şəxsi tapanı mükafatlandırcaq.
Yanlışlıq
Ötən sayımızda Ermənistanla bağlı yazıda səhvə yol verilib. "Ararat rayonunun icra hakimiyyəti ilin icra oqranı seçilib" cümləsi həm də bulvar nəşrlərinin birində işləyən korrektorun xətası üzündən belə verilib: "Ararat rayonunun icra hakimiyyəti ilin oqranı seçilib".
Bazarda
Bayraqdarlar Hərəkatının lideri Elman Türkoğlunun bazarda balıq məhsulları satan vaxtlarıdır. Bir gün Elman müştəriləri təzə balığa çağırır. Bir cüvəllağı Elmana yaxınlaşır:
- Balıq neçəyədi?
- Kiloqramı 5 manata.
- Nə balığıdı?
- Kütüm.
-Erkəkdi, dişi?
Elman qanıqara halda:
-Qardaş, sən balığı yeməyə alırsan, ya evlənməyə?
Facebook gülməcələri
1. Qızlar saqqallı oğlanlardan xoşlanır deyə 2 ay saqqalımı qırxmadım. Heç bir qız "səndən xoşlanıram" demədi. Amma onun yerinə "Əl-qaidə" terror təşkilatından iş təklifi gəldi.
2. Üç dostu olan qızın statusu:
-Salam, millət, mən gəldim!
3. Sevgi İtaliyada dramdı, İspaniyada romandı, gözəlim Azərbaycanda isə yalandı.
4. Oğlan sevgilisinə hədiyyə verir. Qız təəccüblə:
- Oy, canım, çox sağ ol. Bu nə münasibətlədir?
Oğlan:
- Aa, həyatım, ayıb oldu ki. Bu günü mən heç unudaram?! Bu gün səni ilk dürtmələməyimdən 1 il ötür.
5. Facebookda satatus yazdım ki, "Ölmək istəyirəm", "Molla Qulu" dostluq atdı, "Mürdəşir Admin" abunə oldu, "Şeytan İblisoğlu" isə qıcıqlandırdı (dürtdü).
"İtdən fərqin yoxdu ki"
Göyçə gölündə çimən Robert Köçəryan yeniyetmə oğlana yaxınlaşıb deyir:
- Bala, üzə bilirsən?
Oğlan:
- Yox, əmi.
Robik oğlanı acılayır:
- Nə gündəsən, alə. Allahın iti üzə bilir, sən yox...
Oğlan söz altda qalmır:
- Əmi, sən necə, üzə bilirsən?
Robik təşəxxüslə:
- Əlbəttə!
Oğlan qımışır:
- Nə gündəsən, alə, itdən fərqin yoxdu ki...
Aptekdə
ADP sədri Sərdar Cəlaloğlunun aptekdə işlədiyi vaxtlardı. Bir gün bir oğlan aptekə girib deyir:
-Mənə hıçqırıq dərmanı lazımdı.
Sərdar qəfildən oğlanın sifətinə bir şillə çəkir-şarppp!
Oğlan incik halda:
- Əmi, məni niyə vurursan?
Sərdar qımışır:
- O şillə deyil e, hıçqırıq dərmanıdır.
Oğlan qəmgin halda:
- Dərman mənə lazım deyildi e, qardaşıma lazım idi.
"Babamın adını qoyaq"
İstanbulda oxuyan Ələsgər adlı azərbaycanlı oğlan Selma adlı türk qızla tanış olur. Bir ay gəzirlər. Bir gün Selma deyir:
- Belə olmaz, aşqım. Bu nə ya? Münasibətlərimizə bir ad verəlim.
Ələsgər:
- Əlbəttə, lazımdı. Gəl babamın adını qoyaq- Mustafa.
Məhkəmədə
Məhkəmədə hakim:
- Siz ailə quranda ərinizdə dəyərli, qiymətli cəhətlər var idi?
Xanım:
-Əlbəttə. Amma tez xərcləyib qurtardıq.
Dərsdə
Müəllim:
-Uşaqlar, nəyə görə öz sinif yoldaşınızı döymüsünüz?
-Çünki o, ev tapşırığını düzgün yazmamışdı.
-Bu axı onu döyməyə bəhanə deyildi...
-Axı biz hamımız ondan köçürmüşdük.
Dahilərin status və rəyləri
Postmodernist şair Qəmgin Kədərlinin qəmli statusu və ona yazılmış rəylər
Kədəri arağa qarışdırıb içirdi...
Seymur Tumançaq:
- Zakuskası da ələm idi...
Seva Çaşqın:
- Siqaret yerinə də dərd çəkirdi...
Senan Məşədi:
- Qulaqcıqda qarğışlara qulaq asırdı...
Şahsuvar Xansuvar:
- Gözləri dərdlərin ipini çəkib ürəyinə bağlamışdı...
Əhməd Əlləm-Qəlləm:
- Masasında bir parc araq, bir kasa xaş, bir nəlbəki turşu, bir dünya kədər vardı...
Sədi Qaraçaqqal:
- İki dilim kolbasa, bir nəlbəki zoğal və bir parça boyat dərd vardı...
Damaq Qırmızıqan:
- Perajkini acekasız yedi. Cünki esitdiyi aci sözlərdən tox olmusdu...
Nəsib Bəxtiqara:
-Dodağı dərddən sallanır, göz qapaqları əsəbdən tullanırdı...
Günay Yarpaq:
- Bu gün iynə vurdurmadı. Cünki kimsə işdə 'iynə'sini vurmuşdu...
Həsən-Bəyturan deyişməsi
Şənbə günü "Araz" kafesində pivə içib kefi kök halda şəhərə çıxan AXCP Ali Məclisinin sədri Həsən Kərimov iki partiyanın mühafizi, Türk Millətçi Partiyasının baş buğu, Mili Qurtuluş Partiyasının sədri Vüqar Bəyturanı görür. Bəylərin arasında nəzmlə dialoq baş verir. Həsən bəy:
- Haralardasan a bəy, səsin çıxmır haçandı.
Orda-burda deyirlər, dostu qoyub qaçandı.
Bəyturan:
- Mən kimsəni meydanda, tənha qoyub qaçmaram
Amma ki söz vermişəm, qapınızı açmaram.
Həsən bəy:
- Müsavatla savaşda qalib partiya bizik,
Ancaq dəstək verməsən, üzgünük, çarəsizik
Bəyturan:
- Çox aldatmısız məni, bir də sizə gəlmərəm
Havasız yerdə qalsaz, bir nəfəslik dəlmərəm.
Həsən bəy:
- İqtidara gələrsək, sən məmur olacaqsan
Bir idarə başında büdcəni yolacaqsan.
Bəyturan:
- Ayaqların ilişib Əli qurduğu tordan
Həsən bəy, hörmətim var, sən özün gəl çıx, ordan
Partiya quruculuğunda əsas şərt
Siyasətə atılmağa hazırlaşan qardaşı oğlu Təkamül Partiyasının qurucusu Teyyub Qəni bəydən soruşur:
- Əmi, partiyanın qeydiyyatdan keçmişi ilə keçməmişi arasında nə fərq var?
Teyyub bəy qımışır:
- A bala, əsas qeydiyyatdan keçmək deyil e, bığın altından keçməkdir.