“Uzunsaçlının ahı yerdə qalmır” - İYNƏ - YUMOR

Tanınmış aktyor Müdhət Aydın saytlarda xəbərləri izləyir. "Faytonçu Nazim Stilist Anar Ağakişiyevin biznesinə mane olur" xəbərinə çatan Müdhət deyinir:

- Nazimin başına iş gələcək. Uzunsaçlının ahı yerdə qalmır e.

"Mənimki uzun hekayədir, arkadaş"

Ünlü yazar Məşədi Cəfərdən soruşdular:

- Məşədi, niyə sən də  qısa hekayə yazıb, ədəbi elektron dərgiyə vermirsən? Nəyin əskikdi statusunu hekayə kimi göndərənlərdən?

Məşədi Cəfər ah çəkib dedi:

- Mənimki uzun hekayədir, arkadaş...

Kim ölüb, kimin nəyi itib

"Ədalət" qəzetinin redakasiyası. Ceyhun Musaoğlu məsul katibə nömrəyə gedəcək elanları, başsağlıqlarını xəbər alır.

- Gətir, görək, kimin öləni var, kimin nəyi itib...

Məsul katib:

- Ceyhun müəllim, Qaz İdarəsindən yazıblar ki, ərazi idarəsi rəisinin vicdanı ölüb. İşıq idarəsi kənd bölməsinin rəhbərinin də insafı itib.

Tanınmış ictimai xadimə

Qəzet redaksiyası. Baş redaktor məsul katibə deyir.

İndi xəbər gəldi ki, təmizlikçi arvad rəhmətə gedib. Ona bir başsağlığı hazırla.

Məsul katib:

- Yazım ki, kim ölüb?

Baş redaktor qımışır:

- Yaz ki "tanınmış ictimai xadimə" vəfat edib.

Yanlışlıq

Ötən sayımızda Suriya ilə bağlı analitik yazıda səhvə yol verilib. Rusiyaya meylli korrektorun xətası üzündən "Suriya hadisələrində əsas pay sahibi İrandır" cümləsi belə verilib: "Suriya hadisələrində əsas paz sahibi İrandır".

"İnəyimə güclə yer eləmişəm"

Tədbirlərin birində jurnalistlər zəmanəmizin böyük siyasi xadimi, Azadlıq Partiyasının sədri Əhməd Oruca yaxınlaşırlar:

- Əhməd bəy, belə fikir var ki, qərargahı olmayan partiyaları dövlət qeydiyyatı ləğv olunacaq. Bu barədə nə deyə bilərsiniz? Qərargahınız var?

Əhməd heyrətlə:

- Sən allah? Təzə çıxıb o qanun?..

- Hə, belə bir xəbər var...

-Sən öl, onda batdıq. Mən keçən seçkidə bir az pul düzəldib, inəklərimi yerləşdirmişəm, tövlə tikmişəm. Bilsəydim, partiyaya ofis tikərdim.

Ovda

Azadlıq Partiyasının sədri Əhməd Oruc Biləcəri gölündə balıq tutur. Əhməd torunun gölə atır, tora  qızıl balıq düşür.
Qızıl balıq deyir:

- Ey Əhməd, məni azad et, sənin üç arzunu yerinə yetirim.
Əhməd razılaşır:

- Birinci arzum: mənən bir dənə təzə "Jiqulu-07" ver.

Balıq verir. Əhməd ikinci arzusunu deyir:

- Mənə bir dənə də "07" ver.

Balıq verir. Əhməd üçüncü arzusunu deyir:

-Bir dənə də "07" istəyirəm.

Balıq təəccüblənir:

- Neynirsən, 3 dənə "Jiquli"ni?

Əhməd sifətinə müdrik görkəm verib deyir:

- Üçünü satıb, bir "Mercedes" alacam.

 

"Bir qatıq əskikdi"

Robert Köçəryan evə gələndə görür ki, qayınları onlardadır. Yerini şirin satmaq üçün ucadan deyir:

- Oooo! Ailənin bütün qaymaqları burdarır ki...

Böyük qayın ironiya ilə:

 -Düz deyirsən, qaymaqlar burdadır, bir qatıq əskik idi, sən də gəldin.

Həkimdə

Sərdar Cəlaloğlunun həkim işləyən vaxtlarıdır. Bir gün onun yanına pulsuz arayış almaq istəyən bir xəstə gəlir. Xəstə:

- Həkim mənim uşağım olmur. Atamın da olmurdu. Babamın da olmayıb.

Sərdar təəccüblə:

- Bəs sən hardasan?

Xəstə:

- Montindən. 

Qərbin Daşqın qorxusu

"İynə" çapa, Hüseyn Paşayev YAP-a gedərkən aldığımız məlumata görə, Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının sədri Daşqın Gülməmmədovun Ukrayna paytaxtı Kiyevdə görünməsi ABŞ, Böyük Britaniya və Almaniyada ciddi narahatlıq yaradıb. Qərb siyasi və diplomatik dairələri Daşqının Ukraynda Rusiya yönümlü siyasi elektoratı hərəkətə gətirə biləcəyindən narahatdırlar. "İynə"nin nəzdində fəalliyyət göstərən mestelişahcadugunumeşhur.az saytı (təxminən vikileaksa bərabər saytdır) ABŞ siyasi xadimi Con Makkeynin Almaniyanın baş naziri Angela Merkellə yazışmalarını əldə edərək dərc edib. Sayt yazır ki, Makkeyn yazıb: "Bu Daşqın olduqca harimzatik, təhlükəli fiqurdu. Ondan ehtiyatlı olmalıyıq. Yanukoviç tərəfdarlarını toparlayıb üstümüzə qaldıra bilər". Merkel cavab olaraq yazır ki: "Daşqından da dəhşətli güc Fazil Əliyevdi.  Nə yapıb-edib onu Gürcüstanda saxlamaq lazımdır. Fazil də Ukraynaya gəlsə, Putin qalib gələcək, Ukrayna əldən çıxacaq".

Özü yoxdu, təmsilçiləri var

Tədbirlərin birində ağsaqqal jurnalist Dədə Tofiq Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevdən soruşur:

-Bəy, Vüqar Bəyturan siyasətdən niyə getdi?

Bədrəddin suala sualla cavab veriri:

- Kim deyir ki, getdi? Vüqar özü yoxdu, amma yetirmələri siyasətdədir. Zaur Bayramlı Türkiyədə, Samir Adıgözəlli diaspora qurur, Razi Abbasbəyli Ümiddə əsas fiqurdu, Əlişir Əhəd, Məhəmməd Ərsoy media kapitanlarıdır. Onlar Bəyturanın təmsilçiləridir.

"Fatihəsini də Ömər baba oxuyacaq"

KXCP-nin qərargahı. Bəybala Əbillə Xəzər Teyyublu söhbət edirlər. Xəzər:

- Bəybala müəllim, o düzdür ki, Türkiyədə dinçi elitanın  əsas siyasi mesajlarını, atacağı addımlarla bağlı anonsları "Kurtlar Vadisi Pusu"da Polat Alemdar verir?

Bəybala müəllim təmkinlə:

- Bəli. Polat mesajlarını verir,  deyəsən, fatihəsini də Ömər baba oxuyacaq-az qalıb.

"Sən olmasan nə qədər adam qalardı"

Müsavat Partiyasının qərargahı. İsa Qəmbərin kabineti. Başqan oğlu Turqut Qəmbərlə söhbət edir. Turqut:

- Ata, Yeganə Hacıyeva da getdi...

Başqan:

- Neçə ildi deyirlər ki, mən istefa verim. Gör, mən olmasam, nə qədər adam gedərdi.

Turqut kənara:

- Əksinə, sən olmasan nə qədər adam getməzdi, qalardı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31