Qazan xan və müasir “qazanxan”lar - İYNƏ - YUMOR
13 Dekabr 2013 15:11 Yumor-Neçə il bizə xan ola bilərsən?
- Tanrı nə qədər yazıbsa, onca!
-Neçə il partiyaya sədr ola bilərsən?
- Qərb nə qədər istəsə, o qədər.
"Xalqın arzusu", yoxsa "Xalqın Asəfi"?
KXCP-nin qərargahı. Bəybala Əbillə Loğman Abdulla söhbət edirlər. Loğman:
- Müsavat Məclisinin sədri Arzu Səmədbəyli Asəf Quliyevin təşkilatına keçəcək.
Bəybala:
- Niyə elə deyirsən?
Loğman:
- Görmürsən, təşkilatın adı "Xalqın arzusu"dur. Təşkilatı Arzu üçün yaradıb, özü üçün yaratsaydı, təşkilatın adı "Xalqın Asəfi" olardı.
Siyasi reklamlar
"İynə"in "İmic" Piar Mərkəzi siyasətçilər üçün reklam mətnləri hazırlayır. Hazır reklamlardan bir neçəsini təqdim edirik.
- Gəncliyin arzusu!
- Arzunuzu reallaşdırın!
- Arzu edək, mandat alsın!
- Xalqın arzusu!
(Arzu Səmədbəyli üçün yazılıb)
Facebookdan seçmələr
Xanım şairə:
- Ürəyim genişdir, düzdür. Amma bu o demək deyil ki, hər gələn bura girə və burada dombalaq aşa bilər.
Demokratiya sərhəddən keçmir
Tədbirlərin birində tanınmış jurnalist Elçin Bayramlı keçmiş hərəkatçı, coğrafiyaçı Ənvər Əliyevdən soruşur:
- Ənvər bəy, belə deyirlər ki, Ukrayna hadisələri Belarusa keçəcək. Sizcə, bu versiya nə dərəcədə düzdür?
Ənvər müəllim qımışır:
- Belə şeylər sərhədlə həll olunsaydı, demokratiya Türkiyədən İrana, ABŞ-dan "çerez" Alyaska Rusiyaya keçərdi.
Yaşarın taktikası
Bir gün Yasamalda bir kişini maşın vurub öldürür. Xəbəri ailəsinə necə demək məsələsi problemə çevrilir. Axır Yaşar Türkazərin yanına gəlirlər. Yaşar deyir:
- Mən deyərəm arvadına.
Qapını döyür, arvad çıxır. Yaşar:
- Ay bajı, ərin sənə xəyanət edir. Dedim ki, biləsən.
Arvad səsini qaldırır:
- Ay onun görüm meyidi gəlsün! Şərəfsiz, alçaq!
Yaşar başını çölə çıxarıb deyir:
- Vsyo, məsələ tamamdı, gətirin meyidi.
Facebook gələcəkdə
2020-ci il. Azərbaycan, Bakı şəhəri. Atalar oğlanlarını danlayır:
- Ay boyuvu yerə soxum sənin, o nə statusdu yazmısan? Qonşunun oğlunun statusuna 55 like gəlib, 34 şərh.
Başqa bir ata:
- Ay zırrama, düz-əməlli şəkil qoy da, profilinə. Səmədin oğlunun profilinə baxmısan? Nədi, ev-eşiyimiz yoxdu? Maşınımız yoxdu? Çək şəkildən, qoy da ora.
Ana qızına:
- Bu nə statusdu, bala? Statusu elə yaz ki, oğlanlar komment yazmaq üçün sıraya düzülsün.
Zəmanədən şikayət
Cibgir zəmanədən şikayət edir:
- Əvvəllər 1 manatla marketə girir, 2 "Pepsi", 3 "Snikers", 5 "Dirol"la çıxardım. İndi hər yerdə kamera var.
"Ləngidirik ki, Arzu da çıxıb getsin"
Arif Hacılı oğlu ilə söhbət edir. Oğlu:
- Ata, Müsavatın qurultayı baş tutsa, nə olacaq ki? Niyə belə israrla ləngidirsiniz? İsa bəy siyasətdən gedəcək, ona görə dirəşirsiz?
Arif qımışır:
- A bala, yox e, İsa bəy getməyinə onsuz da gedəcək. Prosto, mən başqan ola bilməyəcəm. Ləngidirik ki, Arzu da çıxıb getsin.
Dostlardan seçmə facebook statusları
İlqar Rəsul:
- Sən də hava kimisən, hərdən çox soyuq olursan.
Xaqani Səfəroğlu:
- İstanbul nə boyda şəhər imiş? Nəənnnəəə! Çaşıb qaldım! Hələ Aya Sofya, dədə vay, o boyda tikili olar?
"Qırmızı kitab" da yazılar?
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev "Kurtlar vadisi Pusu" serialına baxır. Serialın İsgəndər Böyüyün Polat Alemdarın sağ qolu Memati Başı girov götürdüyü bölümüdür. İsgəndər Böyük şərt qoyur ki, Polat Alemdar "Qırmızı kitab"da nə yazılıb desin, o da Mematini buraxsın. Bədrəddin Quliyev deyinir:
- Ay bədbaxt, "Qırmızı kitab" da yazılar? Nəsli kəsilmiş heyvanlar, balıqlar haqqında kitabdır da...
Dində olmaq
İki tələbə yoldaşı qarşılaşır. Onlardan biri deyir:
- Harda işləyirsən? İşini dəyişməmisən ki?
- Yox, elə müəllim işləyirəm. Bəs sən? Yaxşı bu nə saqqaldı? Axı sən sistemdə idin...
- Nə sistemi?
- 5 il əvvəl soruşdum, dedin ki, DİN-dəyəm...
- A kişi, elə DİN-də yox e, yəni dindəyəm, məscidə gedirəm, namaz qılıram.
"Bu gün onu geyib gəlmişdim"
Tanınmış aktyorlar Nurəddin Mehdixanlı ilə Müdhət Aydının gənc, tələbə vaxtlarıdır. Bir gün Nurəddin Müdhətlə zarafat eləmək qərarına gəlir. Müdhətin oturduğu yerə boya tökür. Müdhət gəlir, içəri girən kimi deyir:
- Nurik, sənə bir şey deməliyəm..
Nurəddin cəld:
- Otur, sonra deyərsən.
Müdhət oturur. Nurəddin qəhqəhə ilə gülür. Boyanın üstündə oturduğunu fərq edən Müdhət özünü sındırmır. Gülməkdən gözləri yaşaran Nurəddin soruşur:
- Hə indi, de görüm, bayaq nə deyirdin?
Mühdət qımışır:
- Deyəcəkdim ki, dünən cins çalvarın idman zalında qalmışdı, mən götürüb getdim. Bu gün də onu geyib gəlmişdim...
Canlı şparqalka
Məleykə Əsədova məktəbdən qayıtmış qızı ilə söhbət edir. Qızı:
- Ana, bu gün anatomiyadan imtahan suallarına cavab verirdik, müəllimə Aqili sinifdən qovdu.
- Niyə?
- Şparqalkadan istifadə elədi?
- Necə?
- Öz qabırğalarını sayırdı ki, sayını yazsın!
"Dostumun yerinə içirəm"
Əhməd Orucun möhkəm vuran vaxtlarıdır. Bir gün Əhməd kafeyə gəlib iki badə araq sifariş edir. Qarson gətirir, Əhməd də iki badəni limonla içir. Sonra bir badə də istəyir. Qarson soruşur:
- Bəs eləmədi?
- Yox, bunu da dostumun yerinə içirəm.
Bu bir neçə gün davam edir.
Bir gün Əhməd qanıqara halda gəlir və bir badə sifariş edir. Qarson maraqla:
-Bir badə niyə?
Əhməd qımışır:
- Mən tərgitmişəm. İndi dostumun yerinə içirəm.