Facebook lətifələri - YUMOR
13 İyul 2012 18:37 YumorAvtobusda cavan oğlan sürücüyə:
- Şofer, bu avtobusda kondinsioner var?
Sürücü:
- Kondinsioner yoxdu, amma APC sistemi var.
Oğlan təəccüblə:
- APC nədir?
- Aç Pəncərəni, Sərinlə!
"Səni tutub dayanacaq"
Xəzər Teyyublu ilə Elxan Şükürlü ova gedirlər. Ora-bura güllə atırlar, patronları qurtarır. Tərslikdən də azıb meşənin ortasında qalırlar. Birdən uzaqdan bir qızmış pələngin onlara tərəf gəldiyini görürlər. Elxan tez uzunboğaz çəkmələrini çıxarıb, idman ayaqqabılarını geyir. Paltarlarını soyunub, qısa idman şortusunda qalır. Xəzər ümidsiz halda:
- Onsuzda çatıb bizi yeyəcək. Niyə soyunursan?
Elxan qımışır:
- Qaçacam.
- Pələngdən sürətli qaçacaqsan?
- Xeyr. Səndən sürətli qaçsam, bəsdi. İki ağzı yoxdu ha, səni tutub dayanacaq.
"Bir güllə ilə iki yerindən vurdum"
Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub rəssam Nəvai ilə söhbət edir. Söhbət ovdan düşür, Nəvai şücaətlərindən danışır. Zəlimxan qağa deyir:
- Sənin elədiklərin nədir ki? Bir dəfə mən bir güllə ilə ceyranın həm ayağından, həm də qulağından vurmuşdum.
- Ola bilməz!-deyə, Nəvai təəccüblənir. Bu necə oldu?
Zəlimxan qağa məzə ilə:
- Necə olacaq, ceyran ayağı ilə qulağını qaşıyırdı. O dəqiqə atəş açdım.
Köçəryan donuz tövləsində
Moskva ətrafı. Robert Köçəryanın baş evi. Arvadı oğlunu çağırırb deyir:
- Get, atana de, çıxsın, işim var. Donuz tövləsindədi.
Oğlan təəccüblə:
- Necə tanıyacam?
- Başında papağı var.
"Saakyan meymuna oxşayır"
İrəvan. Zoopark. Serj Sərkisyan oğlu ilə zooparka gəlib. Dəcəl oğlan meymunu göstərib soruşur:
- Bax, ata, Bako Saakyan əmiyə necə də oxşayır...
Serjik cəld etiraz edir:
- Elə danışma! Qulağına çatar. Xətrinə dəyər.
Oğlan heyrətlə:
-Meymunun? O bizi anlamır axı.
"Təkcə mən yox, bütün avtobus"
Həkim ayağının tərləməsi ilə bağlı yanına məsləhət gəlmiş İslam Demokrat Partiyasının sədri Tahir Abbaslıdan soruşur:
- Ayağınızın tərləməsi və iylənməsi sizi narahat edir?
Partiya sədri köks ötürür:
- Həkim, tək mən yox e, bütün avtobus, metro.
"Dərman kömək eləmədi"
Yaddaşı pozulmuş Milli Bayraqdarlar Hərəkatının başqanı Elman Türkoğlu həkimə gedir. Həkim dərman yazır. Elman müalicəyə başlayır. Bir həftədən sonra həkim baş baydaqdara zəng edir:
- Bəy, yaddaşını yaxşılaşmaq üçün sənə yazdığım dərmanlar kömək elədi?
Elman təəccüblə:
- Nə dərman? Siz kimsiniz?
"Peyin iyi mətbəxdən gəlir"
Ermənistanın sabiq prezidenti Robert Köçəryan Moskvada restorana gəlir. Yemək sifariş edir. Ofisiant yeməyi gətirir. Robik xörəyi iyləyib deyir:
- Ofisiant, bu xörək köhnədir, pis iy gəlir.
Ofisiant məzlənir:
- Səhv edirsiniz! Bu pis iy mətbəxdən gəlir.
Ağız ədəbiyyatı
Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər barədə yaranmış şifahi xalq ədəbiyyatı nümunələri
Dağların qaşı sənsən
Dibinin daşı sənsən.
Eldə neçə igid var,
Hamının başı sənsən.
(Əvəz Temirxan barədə ALP-də yaranıb)
İgid gərək atlana,
Atın minə, atlana,
Mərd odur ki, seçkidə
Hər yaraya qatlana.
(Fuad Qəhrəmanlı haqqında AXCP-nin Xətai təşkilatında yaranıb)
Əzizim dalda gəzər,
Bülbüllər dalda gəzər,
Mərdlər qabağı gözlər,
Namərdlər dalda gəzər.
(Siyasi düşərgədə "Yurd"çular barədə yaranıb)
Kəm baxtı sönən qərib,
Qürbət ölən qərib,
Bəxtəvər günə düşdü,
Vətənə dönən qərib.
(Şeyx Əbdül Ayaz Mütəllibov haqqında)
Elgiz Əkbərdən sitatlar
Elgiz Əkbər söyləmiş görəlim nə söyləmiş:
- Uşaq vaxtı metro qatarında "Maşinistlə təcili əlaqə" düyməsini basmağa boyum çatmırdı. Artıq böyümüşəm, amma indi də duxum çatmır.
Firqə xəbərləri
Müsavat-AXCP sizdən xəbərsiz yeni blok yaradır. Fuad Qəhrəmanlını son vaxtlar Sülhəddin Əkbərlə, Əvəz temirxanla görən olub. Nədirsə, şübhəli məsələdir.
Vəhdət-İrandan maliyyəniz kəsiləcək. Başqa donor axtarın.
AXCP-Arif Hacılya qarşı apardığınız qara piarın lap ağını çıxardınız. Bir az ara verin. Yoxsa, İctimai Palata dağılacaq.
Pul haqqında
Oğlu Müdhət Aydından soruşur:
- Ata, pul haqqında nə deyə bilərsən?
Murik qımışr:
- Ancaq xoş sözlər...
İki başlı cavab
VHP-nin qərargahı. Fəzail İbrahimli, Nurəddim Mehdixanlı və Arif İsmayılbəyli söhbət edirlər. Nurəddin soruşur:
- Fəzail müəllim, mən necə aktyor, necə siyasətçiyəm?
Fəzail müəllim cəld dillənir:
- Nurəddin, sən səhnədə gözəl siyasətçi, siyasətdə isə gözəl aktyorsan.
"Palatada o qədər xəstə var ki..."
Müsavatçı-həkim Adil Qeybulla fikirli-fikirli Müsavatın qərargahına tərəf gedir. Qarşısına qonşusu çıxır və soruşur:
- Adil həkim, hara belə?
Adil bəy qayğılı halda:
- Palataya gedirəm.
- Axı sən xəstə deyilsən. Həm də bu yan-yörədə xəstəxana yoxdu...
Adil həkim qəmli-qəmli:
- İctimai Palataya gedirəm. Orda o qədər xəstə var ki. Mandat xəstəsi, vəzifə xəstəsi...
"Futbolçu ola bilmədi"
2078-ci il. Futbolçu Vaqif Cavadovun yaşadığı mənzilin giriş qapısı. Binaya bu məzmunda bir xatirə lövhəsi vurulub: "Bu binada məşhur top qovan Vaqif cavadov yaşayıb. Yazıq karyerasının son gününə qədər ha çalışdı, çapaladı, futbolçu ola bilmədi".