“Özümün yox, Arifin yerinə” - İYNƏ - YUMOR
29 Noyabr 2013 17:09 YumorCüvəllağı jurnalistlərdən biri mətbuat konfransında Müsavat başqanı İsa Qəmbərdən soruşur:
- Bəy, sabiq müdafiə naziri Rəhim Qazıyev deyib ki, İsa Qəmbər öz yerinə böyük oğlunu hazırlayır. Bu barədə nə deyə bilərsiniz? Düzmü deyir?
Başqan qımışır:
- Yalan deyir... Əvvəla, öz yerimə yox, Arif Hacılının yerinə. Çünki məndən sonra başqanlıq onun haqqıdır. İkincisi, böyük oğlumu yox, kiçik oğlumu.
"Təcili pul lazım olanda belə olur"
KXCP-nin qərargahı. Yusif Sevdimalı ilə Bəybala Əbil söhbət edirlər. Bəybala Əbil soruşur:
- Sumqayıta gedəndə, Sarayda yolun qırağında tez-tez yazılara rast gəlirəm: "Satlr". Niyə belə yazırlar?
Yusif müəllim təmkinlə:
- Görünür, adama o dərəcədə təcili pul lazımdır ki, "satılır" yazmağa belə ərinir.
Ağız ədəbiyyatı
Günümüz-güzəranımız haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri.
Əzizinəm günahdı,
Şərab içmək günahdı.
Dağlarda duman varsa
Bil ki mən çəkən ahdı.
(Quzanlıda Sədrəddin kişinin dilində qeydə alınıb)
Mən aşiq Kəlbəcərə,
Laçına, Kəlbəcərə
Əziyyət çək, yurd saldır
Hay gələ, kəl becərə.
(Kəlbəcərli çobanın dilindən)
"Ən yaxşısı sənsən"
"Ədalət" qəzetinin redaksiyası. Operatorluqdan müxbirliyə təzəcə keçmiş gənc Ceyhun Musaoğlunun yanına gəlib soruşur:
- Yazılarım necədi, Ceyhun müəllim, 6 ay keçib, jurnalist kimi yetişə bilmişəm?
Ceyhun əsəbləşsə də, özünü saxlayıb deyir:
- Bala, yaxşıdı. Səni inandırım ki, bax, bu nəşriyyatdakı bütün operatorların içində ən yaxşı jurnalist sənsən.
Xasiyyətnamə
İran səfirliyinin keçirdiyi tədbirlərin birində İran Mədəniyyət Mərkəzinin rəhbəri Ağayi Ocaqnejad İsa Qəmbərdən soruşur:
- Ağayi İsa, o Pənah Hüseyn var ha, o necə adamdı?
İsa Qəmbər ağanın anladığı ləhcə ilə danışır:
- Pənah bəy olduqca mehmanpərəst adamdı.
- Bəs Hacı İlqar?
Başqan qımışır:
- Hacı İlqar İbrahimoğlu da Tehranpərəst adamdı.
"Dəlilər əlbir olubsa, demək sağalıblar"
Tanınmış qələm sahibi Xaqani Səfəroğlu yazır:
- Saytlar yazır ki, "Maştağadakı Psixiatriya Xəstəxanasından qaçmaq istəyənlərin sayı çox olub. Xəstələr əlbir olaraq, onlara iynə vurarkən və dərman verərkən tibb bacısına dəmir parçası ilə müqavimət göstəriblər". Bu misilsiz xəbərdir və tibb tarixinə düşməlidir. Dəlilər artıq əlbir ola bilirsə, oranın baş həkimini təbrik etmək olar.. Deməli müalicə effekt verib...
Kişi düz deyir də. Adamlar əlbir ola bilirlərsə, deməli ağıllıdırlar.
Facebook "boğçasından" yarpaqlar
Şükür elədim var yarım
Ütülünəcək şalvarım,
Bundan belə qalmayacaq
Mənim kirli paltarım.
Arzularım "çin" oldu
İşlərim müşkül oldu.
Gödəldi şalvarlarım
Bürüşdü zibil oldu.
Evlənənlər aldanır
Tavandan tor sallanır,
Arvad-uşaq yataqda
İt də evdə yallanır
(Müəllifin məşhur sosialistlərdən biri olduğu bildirilir)
Gümüş kəmər incə belə dar gəlsə, onda necə?
Tanınmış hərbi ekspert Üzeyir Cəfərov facebook sosial şəbəkəsində yazır: "Bir sıra yüksək rütbəli zabitlər döyüş bölgəsinə gedərkən hərbi geyim qaydalarına əməl etmir, nizamnaməni pozurlar. Hərbi geyimdə kəmər mütləq olmalıdır". Bu xəbəri oxuyan satirik şair Mirzə Sakit replika atır:
- Birdən gümüş (meşin, dəri) kəmər incə belə dar gəldi, onda necə?
"Xəzər öüzünü dartır"
Tədbirlərin birində tanınmış yazar Ceyhun Musaoğlu ilə rastlaşan Xəzər Teyyublu incik halda:
- O nədi, keçən dəfə facebookda yazmısan ki, "Xəzər özünü dartır". Mən yekəxanayam?
Ceyhun vəziyyətdən çıxır:
- A kişi, sən səhv anlamısan e. Sizin həyətin yanından keçirdim, gördüm, turnikdə dartınırsan. Mən də yazdım ki, Xəzər özünü dartır də.
Həkimdə
Rusiya Liberal Demokrat Partiyasının genel başqanıVladimir Jirinovski həkimə gedir. Həkim onu müayinə edir və deyir:
- Araq içmə, siqaret çəkmə, acı yemə, soyuğa çıxma, "levi" getmə, turş olmaz...
Jirinovski soruşur:
- Üzümü qırxmaq olarmı?
Həkim təəccüblə:
- Ay yoldaş, dolamısız məni? Üz qırxmağın bura nə aidiyyatı var?
Volodya qımışır:
- Dediklərinizi etməyəcəmsə, məni kişi kimi göstərən təkcə üz qırxmaqdır da.
Meyxana müsabiqəsi
Bakı və Kəndlər Birlyində meyxana müsabiqəsi keçirilir. Münsiflər: Məşədi Natiq, Elşən Xəzər, Aydın Xırdalanlı. Papaqdan qafiyələri Əbdülvahab Manafov çıxarır.
"Al gəldi" mərhələsi
Arifgil birlik oldu, Cəbhəyə təpik atdı
Milli Şura dağıldı, Qəmbər kamına çatdı.
"Tut gəldi" mərhələsi
İrana baş ağrısı PEJAK, Hizbullah, uran
Siyasəti tərk edib böyük öndər Bəyturan
"Qoyma, qaçdı" mərhələsi
İmtahan verə bilmədi, uşaq kəsirə qaldı
İsa aldatdı əlini, yenə tələyə saldı.
"Xarabalıqda nə işin var"
Dəcəl oğlan atasına:
- Ata, səni məktəbə çağırırlar.
- Niyə?
- Pəncərənin şüşəsini sındırmışam.
3 gün sonra oğlan yenı atasının yanına gəlir:
- Ata, səni direktor çağırır. Yanında da polis vardı..
Ata dilxor halda:
- Yenə nə oldu?
- Kimya laboratoriyasında partlayış törətdim...
- Mən səndən ötrü bir də ora getməyəcəm!
Oğlan arxayınlıqla:
- Yaxşı edirsən, xarabalıqda nə işin var. Məktəb yoxdu artıq.
Öndər qeyzləndi
İki partiyanın mühafizi, Türk Millətçi Partiyasının genel başqanı, Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan qəzetləri vərəqləyir. "Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvilinin köpək balığı öldü" xəbərini oxuyan Bəyturan əsəbi halda deyinir:
- Sən Mixail Saakaşvilinin eşşəyini öldürəndə bilmirdin, köpək balığın öləcək?