Ünlülər Elçin haqqında - İYNƏ - YUMOR

Böyük Oktyabr Sosialist İnqilabının ildönümü günlərində "İynə" ünlülərdən sol hərəkatının lideri və ideoloqu, öndər və dartıb aparanı Elçin Bayramlı haqqında rəylər öyrənib. Rəyləri təqdim edirik.

Məşədi Cəfər:

- Gennadi Züqanovun Elçin Bayramlı kimi ideoloqu olsaydı, kommunistlər Rusiyada hakimiyyətdə olardı.

Corc Soros:

- Bu adamı ələ almasaq, bir yolla susdurmasaq, kapitalizmi tamam ifşa edəcək.

Bişmiş Toyuq (Qril Qrilov):

- Hərdən SSRİ haqqında elə təriflər danışır ki, mənim də gülməyim gəlir.

Fidel Kastro:

- Mən inqilabi hərəkata başlayanda yanımda çox yox 3 nəfər Bayramlı kimi mətin kommunist olsaydı, ind kommunizm bütün dünyaya yayılmışdı.

Elçilikdə

Tanınmış aktyor Müdhət Aydın elçilikdə. Murik oğlan evindən soruşur:

- Oğlunuz siqaret çəkəndi?
- Bəli, özü də hər siqaret sinəsinə düşmür. "Marlboro", "Kent" çəkir.
- Araq içir?
- Bəli, özü də hər gün. Ancaq təmiz bahalı rus arağı...

- Restorana-zada şellənməyə gedir?

- Əlbəttə, cavan oğlandı da.

Müdhət:

-Onda Allah xeyir versin! Xoşbəxt olsunlar. Mən razıyam.

Qızın atası təəccüblə:

- Necə razısan? Belə bir oğlana qız verilər?

 Müdhət dəmir məntiqini işə salır:

- Ay qanmaz, bu adamlar bu bahaçılıqda bu qədər pulu tapırlarsa, deməli, pis yaşamırlar da.

"Hamının zəhləsini töküb"

Xalq artisti Məleykə Əsədova qızına ibrətamiz bir hekayət danışır və  məsləhət verir:

- Qızım, həyatdan dərs çıxarmaq lazımdır.

Qız cəld dillənir:

- Ana, dərs çıxarmaq lazımdırsa, riyaziyyatı çıxaraq, onsuzda hamının zəhləsini töküb.

"Lazım olmadı"

Abituriyent sevincək atasına:

- Ata, sənə bir yaxşı, bir də pis xəbərim var.

- Yaxşını de, öncə.
- Demişdin e, universitetə girsən, mənə maşın alacaqsan...

- Hə, demişdim.

Qız cəld:

- Maşın alma. Lazım olmadı.

"Torpağa ərə getdi"

Bəxtiyar Hacıyev türk dostu Fatih Güneylə söhbət edir. Bəxtiyar:

- O sevdiyin qızın axırır nə oldu?

- Bırakdım, abi...

- Nədən?

- Bana ihanet etti. Ben de qarğadım. Dedim, "ya benimsin, ya da kara toprağın". Ama salak, dinledi beni. TOprak adlı oğlana getdi.

İyneye bunu da ver

 

"Ayı gəlmisən, ayı da gedəcəksən"

Türkiyədə kürd partiyasının liderinin gənc vaxtlarıdır. Bir gün atası ona birlik haqqında danışır və misal çəkmək üçün ona bir çubuq verib, qır deyir. Oğlan qırır. Ata iki çubuq verir, oğlan onu da qırır.

-Ay sağ ol, indi bu çubuq dəstəsini qır.

Oğlan dəstəni də qırır. Söz tapmayan ata dillənir:

- Ta sözüm yoxdu. Ayı gəlmisən, ayı da gedəcəksən...

Facebook gülməcələri

1. Facebookda lövhəsinə göndərilən arıqlama reklamlarını silməklə məşğul olan bir gənc son bir ayda tam 8 kilo ariqlamışdır.

2. Qaqaş, həyatda ən çox paxıllığım tutduğu adam "Ariel"in reklamında özünü palçığın içinə atıb evə gələndə döyülməyən insandı.

Bilənlər, bilməyənlər

Savadsız bir kişi oğluna nəsihət verir, öz aləmində riyaziyyatın faydasını anladır:

-Bala, insanlar üç yerə bölünürlər. Bir, hesabı bilənlər, iki hesabı bilməyənlər.

 

Yeniyetmə yaradıclığından

1. - Yaxşı qızlar cənnətə. Pis qizlar cəhənnəmə..., bığılı qızlar, bərbərə!

2. -Facebooka tez-tez girirsən?
-Yox.
-Bəs əsasən hansı vaxtlar olursan şəbəkədə?
- Bir səhər girirəm, bir də axşam... çıxıram. 

3. Metroda basabas. Aydın:

- Xala düşürsüz?
Xala:

- Yox ay bala, o biri stansiyada, düşəcəm.
Aydın:

- Onu demirem e, çiynimdən nə vaxt düşürsüz?

"Ziyanı olmaz ki"

Ermənistanın Gürcüstana yaxın şəhərlərindən biri. Həkimin qəbul otağı. Qəbulda Usta Aşotdur. Həkim soruşur:
-Şikayətiniz nədəndir? 
Aşot:
-Həkim artıq bir ilə yaxindır ki, bu təkrar olunur?

- Nə axı?

Aşot dərdli-dərdli:

- Hər gün gəlirəm evə, görürəm evdə bir bığlı gürcü var, uzanıb arvadımın yanında. Sveta məni görən kimi deyir ki, əzizim, get, mətbəxə bir fincan kofe iç.

- Sən nə edirsən?

- Onun dediyi kimi edirəm.
Həkim təəccüblə:
- Yaxşı, onda bəs mənim yanıma niyə gəlmisən? Həkimlik burda nə var ki?
Aşot qəmgin halda:
- Ay həkim, başına dönüm, gəlmişəm soruşum görüm, kofenin mənə bir ziyanı zadı olmaz ki?

"Dünya malı, dünyada qalır"

Aktyor Qorxmaz Əlilinin İncəsənət Univcersitetində müəllim işləyən vaxtlarıdır. Bir gün Qorxmaz müəllim Zəngilandan olan qaçqın tələbəyə:

  • Dünyamalı, sən bilirsən ki, hamı öləcək?
  • Bəli, bilirəm.
  • Amma sən qalacaqsan.
    - O necə olur?
  • Çünki dünya malı, dünyada qalır...

Tin söhbətlərindən

1. Oğlan:

-Ürəyim ağlamısan? 
Qız:

- Hə, hardan bildin?
Oğlan:

- Biğların suludu, ordan bildim.

2. Metroda oğlan qıza:
- Kartınız var?
- Var.
- Onda payla oynayaq..

3. Səhər obaşdan Xoruz banlayır. Hindən çıxan toyuq narazı halda:

- Ay öküz, nə olar bir dəfə də öpüb oyandırsan...

"İnternetdən endirmişəm"

Proqramist ailəsi. Arvad ərinə:

- Sən məni heç sevməmisən... 
Əri 5 uşağını göstərib deyir:

-  Tünbətünün qızı, bəs mən bu uşaqları googledən "skaçat" eləmişəm?

"Cəmi dörd ulduzun var..."

Üzeyir Cəfərlinin əsgərlikdə olan vaxtlarıdır. Qəhrəmanımız "dembel"di. Bölük komandiri kapitan rütbəsini yenicə almış bölük komandiri Üzeyirgilə göz-verib işıq vermir. Bir gün "yat" komandasından əvvəl  yatmış Üzeyiri bölük komandirinin zəhmli səsi oyadır:

- Qalx, əsgər!

Üzeyir qalxır. Qarşısında zəhlətökən zabiti görüb deyir:

- Komandir, göyə bax!

- Baxdım. Noolsun ki?

Üzeyir hazırcavablıqla:

- Bax, qurban olduğumun bu qədər ulduz var, amma mənimlə işi yoxdu. Amma sənin dörd ulduzun var, zəhləmizi tökürsən hər gün.

Ayrı-seçkilik

Azərbaycan ailəsi. Stəkan qırılır.

Balaca qız qırsa:

- Topalsan?

Ana qırsa:

-Nəzər dəydi e. Çıxacağımız varmış.

Ata qırsa:

- Bu stəkanın burda nə işi var?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31