“Gedin, Zaurla ölün” - İYNƏ - YUMOR
25 Oktyabr 2013 19:18 YumorSiyasətdən aralı düşmüş iki partiyanın mühafizi, Milli Qurtuluş Partiyasının genel başqanı, Türk Millətçi Partiyasının fəxri lideri Vüqar Bəyturan qəzetləri vərəqləyir. Qəzetdə "İranda yaranmış millətçi fars təşkilatı "Vüqar Bəyturanla birgə ölək" terror qrupu yaradıb. Qrupun amacı Bəyturanı terrorla aradan götürməkdir" xəbərini oxuyub əsəbləşən Vüqar götürüb İran səfirliyiniə telefon açır:
- A kişi, o terror təşkilatınıza tapşırın, məndən əl çəksinlər! Mən millətçi-zad deyiləm. Türk millətçilərinin lideri Zaur Bayramlıdır. Gedin, Zaurla ölün!
"İstəyirəm ki..."
Tanınmış aktyor Müdhət Aydının gənc vaxtlarıdır. Bir gün sevgilsi Müdhəti incidir. Müdhət götürüb sevgilisnə belə bir sms yazır: "Bir bilsən ki, səni necə çox istəyirəm. İstəmirəm ki, ayağına bir daş dəysin. İstəyirəm ki, hamısı başına dəysin..."
Yeniyetmə yaradıcılığından seçmələr
Axtarılır
Cinayətkar axtarılır. Adı-Heyatım. Soyadı-Sevgilim. Ləqəbi-Aşqım. Gizləndiyi yer-Ürəyim.
Görənlərdən xahiş olunur ki, bu ünvana müraciət etsinlər. Ünvan: Esq prospekti, "Səni sevirəm" küçəsi, "Hicran" döngəsi, "Ehtiras" tini.
Atalar sözü
- Xoşluqla donuz darıdan çıxmaz. Donuzu darıdan bələdiyyə qərarı, icra sərəncamı ilə çıxararlar.
Oğlanla qız "Sahil" bağında söhbət edirlər. Oğlan:
- Əzizim, həyatım sənə elə gözəl bir şey almışam ki. Təəccüblənəcəksən.
Qız heyrətlə:
- Nə almısan, əzizim?
Oğlan:
- Bax, o ağacın yanındakı maşını görürsən?
Qız sevincək:
- Yox, görmürəm!
Oğlan:
- Eynək almışam ki, o ağacın yanında dayanmış maşını görə biləsən.
"Ordunun Dostları" Mətbuat Klubunun təşəbbüsü ilə müstəqil yazarları, şairləri səngərə aparırlar. Naharda yaxşı vurmuş şairlər əsgərlərlə görüşə yollanır. Əsgərlərin önündə qəfildən Ceyhun Musaoğluna söz verilir.
- Ceyhun müəllim, bir şeir söyləsin, əsgərlərimizin milli ruhunu qaldırsın.
Ceyhun özünü itirmir və əzbərdən deyir:
- Nə döşək var, nə də yorğan
Nə qar bilir, nə də boran
Əldə silah postda duran
Oğlanların sağlığına!
Cəbhədə səngər quran
Gəmitək ləngər vuran,
Soyuqda qaçmayıb, postda
Qalanların sağlığına!
Mən Ceyhunam yolum tən
Varmı bu yoldan ötən?
Səngərdə dimdik bitən
İnsanların sağlığına.
"Vətən torpağını qucaqlamaq istədim"
Qızla oğlan yol gedir. Sağa-sola baxan oğlan büdrəyib yıxılır. Qız soruşur:
- Caan, yıxıldın?
Oğlan özünü itirmir:
- Nə yıxılmaq? Vətən torpağını qucaqlamaq istədim.
Facebook deyimləri
On dəqiqəyə gələn mesaja on saniyə ərzində cavab verirsənsə, deməli itirməkdən qorxursan.
Baba sözü
1. Keçmişi "zavmaq" olmuş Atoppa (Atababa) müəllimin nəvəsinə söylədiyi baba nəsihəti:
- Bala, bax əgər, bir kişi arvadı üçün maşının qapısını açırsa, ya maşın təzədi, ya arvad.
2. Bala, dövlətdən gizlətdiyini arvaddan gizlətmə. Dövlət tapa bilməz, amma arvad yerin deşiyindən də olsa, tapar.
3. Bazlıq adına yalnız quşbazlıq kişiyə ziyan verməz. Qalan hamısı cibə zərərdir.
"Bu boyda xoşbəxtliyə ürək tab edər?"
Robert Köçəryan arvadı ilə dərdləşir. Arvad:
- Kişi, mən öləcəm.
Robik hiyləgərliklə üzünə qəmli ifadə verir:
- Sən öslən, mən də öləcəm.
Arvad:
- Sən niyə, Robik?
Köçəryan:
- Bu boyda xoşbəxtliyə ürək tab edər?
Facebook yaradıcılığından
- Bir gün məndən soruşsalar ki, hansı rəqəm olmaq istəyirsən, deyərəm 0 olmaq istəyirəm. Niyə? Niyəsini deyim. 0 yaxşıdı. Qoy, nə kimsəyə vurulum, nə kimsəyəy bölünüm, nə kimsənin üstünə gəlsinlər məni, nə də kimdənsə çıxılım. Daim sənin yanında yazılım.
- Gözəl bir qızın ağlamasına səbəb bir soğan yox, odun parçası da (hissiz, kobud oğlan anlamında) ola bilər.
- Çəkildiyimiz şəkillərə baxıram, hamısında gözlərin yerə baxır... Yəqin o vaxtdan bilirsənmiş ki, nə vaxtsa üzümə baxmağa üzün olmayacaq.
Gözəl yaşamaq
Milli Bayraqdarlar Hərəkatının lideri Elman Türkoğlundan soruşurlar:
- Elman, yaşamaq gözəldir?
Elman müdrik görkəmdə:
- Yaşamaq gözəldir, amma gözəl yaşamaq daha gözəldir.
Sevgilindən niyə ayrıldın?
Maqazin jurnallarından birinin müxbiri tanınmış aktyor Anar Heybətovdan müsahibə alır. Müxbir soruşur:
- Sevgilinizdən niyə ayrıldınız?
Anar fikirli halda:
- Sevgimə önəm vermirdi. Sən demə, onunla keçirdiyim günləri 14 fevral sanarkən, o, mənimlə keçirdiyi günləri 1 aprel sayırmış...
Qəmli və duzsuz statuslardan seçmələr
- Bir gün səbəbsiz yerə yuxudan oyansan bil ki rəsmini öpdüyüm gündür. Bir gün səbəbsiz yerə göz yaşın axarsa, bi ki öldüyüm gündür.
- Buludların ən çox nəyini sevirəm bilirsən?- Yox, nəyini?- Biri ağlayınca, hamısı ağlayır...
Dədə Tofiqdən sitatlar
Ağsaqqal jurnalist, sufi Tofiq Türkel (Dədə Tofiq)dən sitatlar.
- Dəryalar mürəkkəb ola, meşələr qələm...doktor Zaur Əliyevin statuslarını yazıb toplaya bilməz.
Gənc qalmağın sirri
MDB sammitində Belarus prezdenti Aleksandr Lukaşenko Ermənistan prezidenti Serj Sərkisyana yaxınlaşıb deyir:
- Maşallah, yaxşılaşmısan ha. Xeyli cavanlaşmısan... Bunun sirri nədədir?
Serj təşəxxüslə:
- Səhərlər qatıq, günorta ancaq tərəvəz-xiyar-zad yeyirəm. Axşam yemirəm...
Batka üzünü turşudub kənara deyir:
- Ona görə komandan qatıq və xiyar adamlardan ibarətdir da.
"Şaxtyor"un Tərlan arzusu
Tanınmış futbol mütəxəssisi Tərlan Əhmədovun "Neftçi" klubunun baş məşqçisi postundan ayrılması xəbərini eşidən "Şaxtyor" klubunun prezidenti köməkçilərinə göstəriş verir:
- Təcili danışıqlara başlayın, belə fürsət ələ düşməz! "Milan", "Real" xəbər tutmamış biz alaq Tərlanı. Tərlanı gətirsək. Çempionlar Liqasının qalibi olarıq.