Əfsanə geri dönür? - İYNƏ - YUMOR
11 Oktyabr 2013 16:58 YumorBir neçə gün bundan əvvəl Bakıda şəhərində baş verən hadisə siyasi analitikləri şoka salıb. "İynə"yə sızan məlumata görə, politoloqlar, analitiklər bərk narahat olublar, araşdırma mərkəzləri gərgin rejimdə çalışıblar. Məslə burasındadır ki, yeni yaşayış kompleksinin 200 nəfər sakini Mənzil İstismar İdarəsinin önündə təbii qazın verilməsi tələbi ilə aksiya keçirib. Aksiyada qoyulan tələblə əlaqədar kooperativ rəhbərliyi sakinlərlə görüşə nümayəndə göndərib və həmin nümayəndə noyabrın 20-dən etibarən yaşayış kompleksinə qaz veriləcəyinə, bu müddət ərzində elektrik enerjisinin sərfiyyat xərclərini sakinlərin əvəzinə MTK ödəyəcəyinə təminat verəndən sonra aksiya iştirakçıları MİS-in qarşısını tərk ediblər. Aksiya 2 saat davam edib. Aksiya müddətində xırda qarşıdurma olsa da, hər hansı ciddi insident müşahidə edilməyib. Təşkilat Komitəsinin verdiyi məlumata görə, təbii qaz verilənə qədər hər bazar analoji aksiyalar davam edəcək. Burada "Ac həriflər"də qəzet oxuyan və hər xəbərə ağız büzən boşboğazın sözləri ilə desək: "Ə, noolsun" demək olar. Məsələ burasındadır ki, aksiyada böyük şəxsiyyət, zəmanəmizin işıqlı aydını, nəhəng siyasi xadimi, iki partiyanın mühafizi, öndəri, dartıb aparanı Vüqar Bəyturan şəxsən iştirak etmişdir. Nüfuzlu politoloqlar, araşdırma mərkəzləri binaya qaz verilməsi məsələsinin bəhanə olduğunu, bununla böyük siyasət adamının geri döndüyünü, əzələ nümayiş etdirdiyini hesab edirlər. Xəbəri eşidən Türkiyəni baş naziri Rəcəb Tayyib Ərdoğanın reaksiyası belə olub: "Çox kötü xəbər oldu. Milliyyətçilər ayaqlanacaq". Rusiya prezidenti Vladimir Putin güc strukturlarının rəhbərləri təcili yanına çağıraraq göstəriş verib: "Bu adamın hər addımı izləyin. Qaz-maz bəhanədir. Bizi bitirməyə gəlir".
Böyük siyasət adamının aksiyada görüntülənməsi dünyanın nüfuzlu nəşrlərində manşet xəbəri olub.
"Nyu-York Tayms": "Əfsanə geri döndü"
"Milliyyət": "Türkün aslanı eylmdə görüntülənbdi"
"The Vaşinqton Post": "Cənubi Qafqazda siyasi zəlzələ effekti"
"Hürriyyət": "Kafkasya siyasətində gelişme-başbuğ sahaya döndü"
"Moskovskiy novosti": "Cənubi Qafqaz itirilə bilər. Öndər siyasətə qayıdır".
"Hər şeyi isbat etməliyəm"
Məhkəmədə hakim ərdən soruşur:
- Arvadınızdan niyə boşanırsınız?
Kişi təmkinlə:
- Riyaziyyat-fizika müəlliməsidir.
- Buna görə də boşanarlar?
Ər qanı qara halda:
- Təsəvvür edin ki, ona hər şeyi isbat etmək lazım gəlir. Məsələn, gətirdiyi çayın soyuq olduğunu sübut edə bilmirəm. Gərək bardağa termometr salam.
"Baş üstə, canım. Qoy, sən deyən olsun!"
Müğənni Təranə Qumral maqazin jurnallarından birinə müsahibə verir. Jurnalist soruşur:
- Sizin ailədə kişi-qadın münasibətləri ənənəyə dayanır?
Təranə cəld dillənir:
- Əlbəıttə, canım! Mənim kuralım budur: Evdə ən son sözü kişi deməlidir! İntəhası, o söz belə olmalıdr: "Baş üstə, canım. Qoy sən deyən olsun!"
"Salam verən kimi toya çağırırsız"
Redaksiya. İşə təzə gəlmiş gənc müxbir incik halda tanınmış yazar Elçin Bayramlıya gileylənir:
- Elçin müəllim, niyə salam-zad vermirsiz.
Bayramlı istehzayla:
- Ay balam, salam verən kimi toya çağırırsız da...
Cəlaloğlunun istefasına Qərbin reaksiyası
Prezident seçkilərində məğlub olaraq partiya sədrliyindən istefa vermiş Demokrat Partiyasının lideri Sərdar Cəlaloğlunun bu addımı Qərdə narahatlıqla qarşılanıb. "İynə"yə sızan məlumata görə, Böyük Britaniyanın baş naziri Devid Kameron ABŞ prezidenti Barak Obamaya təcili telefon açaraq bu məsələni müzakirə ediblər. Bizə çatan xəbərə görə, Barak Obama Cəlaloğlunun istefasının nəinki Azərbaycan siyasətində, hətta dünya siyasətində dəngələri dəyişəcəyini vurğulayıb. Obama deyib ki, Sərdar bəyi yenidən sədr postuna qayıtmağa razı salmaq lazımdır. Yoxsa, münasibətlər sistemi tamamilə dəyişəcək. İngilis baş nazir Cəlaloğlunun gedişinin böyük siyasi kataklizmlərə yol aça biləcəyini deyib. Kameron deyib ki, əsas məsələ Sərdar bəyin getməsi deyil, onun yerinə kimin gələcəyidir: "Cənab Sərdarın yerinə böyük ehtimalla, Həsrət Rüstəmov gələ bilər. Milli köklərə, müsəlman-şiə inancına bağlı bu adam kifayət qədər radikaldır, Qərbi, Avropa dəyərlərini sevmir. ADP boyda partiyanın başına o gələrsə, Qərbin maraqları təhlükə altına dşüə bilər".
Yeniyetmə yaradıcılığından
-Ay gecəni mənim səni sevdiyim qədər sevsəydi, Yer üzü gün işığına həsrət qalardı.
- Keçən gün həkimə getdim, ürəyimdə sən varsanmış. Hə, onu da deyim ki, rentgendə çox yaraşıqlı çıxmısan.
- Üç nöqtə, bir nida. Sevgilim, əlvida!
- İçib sərxoş olmağıma ehtiyac yoxdur, sən sevgini ürəyimə SƏR, mən XOŞ olum.
- Ağrıyır, həkim!
- Haran ağrıyır?
- "Sevgi" deyəndə ürəyim, "dost" deyəndə kürəyim. (arxadan vurulmuş zərbənin yeri)