“Avtobusdayam, səndən arxada” - İYNƏ - YUMOR
4 Oktyabr 2013 15:57 Yumorİzzət Bağırovun subay, kasıb vaxtlarıdır. Bir gün sevdiyi qız İzzətə telefon açır:
-Əzizim, hardasan?
İzzət lovğa-loğva:
- Qardaşım X5 alıb, onunla şəhəri gəzirik. Bəs sən hardasan?
Qız qımışır:
- Mən də avtobusdayam, səndən 4 oturacaq arxada.
Kamilə məktub gəlib
Nəqliyyat Nazirliyi, "Azərenerji", "Azərqaz" tanınmış jurnalist, bir statusu ilə adamı darmadağın edən ünlü yazar Kamil Həmzəoğluna məktub ünvanlayıb. "İynə" yə yazarın şəxsi mətbuat katibindən sızan məlumata görə, məktubda deyilir: "Hörmətli Kamil müəllim! Tez-tez Qobunun yolları palçıqdı, keçilməzdi", "Qobu yenə qaranlığa qərq oldu", "Qobunun qazını kəsdilər" tipli statuslar yazırsan. Sən Allah, yazma, noolar? Belə şey olsa astaca bizə xəbər elə. Sən status yazanda elə bir göy guruldayır, ildırım düşür, qiyamət qopur. Sən canın, belə eləmə. Bizə rəhmin gəlsin".
"Bu dilləri bilsəm.."
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev internetdə iş elanlarına baxır. Cəlbedici elanlardan birini oxuyur: "Mc Donalds"da yüksək gəlirli iş. Rus dili, ingilis dili, xarici görünüş, hündür boy, siyasi savad" tələb olunur". Bədrəddin deyinir:
- Ta bu dilləri bilsəm, hündürboy olsam, gedib BP-də işləyərəm də.
"Düşünsəm, Anna deyəcəkdim"
Tanınmış aktyor Müdhət Aydının Rusiyada yaşayan vaxtlarıdır. Bir gün azərbaycanlı sevgilisi Müdhətdən soruşur:
-Əzizim, düşünmədən cavab ver: mən qəşəngəm, yoxsa, o xoşuna gələn rus qızı var e, Anna?
Murik cəld dillənir:
- Əlbəttə, sən!... Düşünmədən dedim ha! Düşünsəm, Anna deyəcəkdim.
"Açar gödəkçəmin cibindədir"
Xalq artisti Nurəddin Mehdixanlının oğlu yaxınlaşıb deyir:
- Ata, maşını ver sürüm.
- Olmaz! Get, dərsini oxu!
Oğlan israr edir:
- Bir az fırlanıb, gələcəm da.
Nurik qətiyyətlə:
- Dedim, olmaz!
Oğlan bic-bic gülür:
- Ata, telefon dəftərində təzə ad gördüm. Vəfa kimdi?
Nurik yumşalır:
- Açar gödəkçəmin cibindədir, get, götür.
"Az qaldı gözümə daxil olsun"
Uşaqlıqdan mədəni rəftarı ilə seçilən Razi Nurullayevin tələbə vaxtlarıdır. Bir gün avtobusda gedərkən basabasa düşən Razi tələbə yoldaşı Zeynəbə deyir:
- Az, əlini çək da, gözümə soxdun!..
Zeynəb təəssüflə:
-Səndən gözləməzdim belə kobudluğu. Bir az mədəni de da.
Razi bir az mülayimləşir:
- Deyirəm ki, əlini bir az kənar elə, az qaldı gözümə daxil olsun.
Yeniyetmə yaradıcılığından
Şaxta baba, şaxta can
Hardasan bu vaxtacan
Ahıl yaşa çatmısan
Harda vurub yatmısan?
*** *** ***
Şaxta baba, şaxta can
Səndən igiddi Cek Can
Yalançı çıxma bir də
Əldən gedəcək ad-san.
"Hamısının qulağından şunur sallanır"
Tanınmış aktrisa Kübra Əliyeva yolla gedir. Qulağında qulaqcıq olan gənc oğlanlar və qızlar aktrisanı çaşdırır. Evə qayıdan Kübra xanım nəvəsindən soruşur:
- A bala, bu cavanlar tokla işləyir. Hamısının qulağından şunur sallanır.
Nə qədər darıxmısan
Qız:
- Mənim üçün darıxmısan?
- Əlbəttə.
- Çox?
- Lap çox.
- Nə qədər, məsələn?
Oğlan romantikcəsinə:
- Məsələn, Somali acı dönərə, afrikalı susuz zənci suya necə həsrətdirsə, bax eləcə.
Ağız ədəbiyyatı
Facebook haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri.
Əzizim feyzbukda,
Üz gördüm feyzbukda.
Oğlanlara söz atan
Qız gördüm feyzbukda.
Mən aşiqəm çata gəl
Onlayn ol, çata gəl.
Darıxıram, az qalıb
Yuxu mənə çata, gəl.
Mən şaiq feyzdədi
Dostlaırm feyzdədi
Bəziləri qapalı
Bəziləri üzdədi.
Əzizinəm burda yat,
Gecə-gündüz burda yat.
Avaraların tək sözü
"Qurban olum, dostluq at".
"Gediş haqqını necə verəcəksən..."
Avropapərəst postmodernist yazarlardan biri sırf fərqlənsin deyə taksiyə lüt minir. Taksi sürücüsü Ağanatiq güzgünü düzəldir. Postmodernist yazar deyinir:
- A kişi, a çuşka, azik, nəyə baxırsan?! Lüt arvad görməmisən?
Ağanatiq təəccüblə:
- Ağəz, nöş görməmişəm?! Prosto, mənə maraqlıdır ki, sən gediş haqqını hardan çıxarıb verəcəcksən...
"Qayıdıb oturdum yerimdə"
Vladimir Jirinovskinin oğlu anasına:
- Ana, mən bu gün avtobusda atamın işarəsi ilə bir xalaya yer verdim. Ancaq o oturmadı.
Anası təəccüblə:
-Bəs sən nə etdin?
Oğlan qımışır:
- Nə edəcəm, qayıdıb oturdum yerimdə-atamın qucağında.
"Onlar atangilin tayfasıdır"
Balaca qızı Lyudmila Putinadan soruşur:
-Ana, bizi Allah yaradıb?
- Əlbəttə, mənim balam. O gün kilsədə keşişi dinləmədin?
Qız maraqla:
- Axı, atam deyir biz meymundan əmələ gəlmişik...
Lyudmila qəzəblə:
- Bizi Allah yaradıb, mənim balam. Meymundan əmələ gələn atangilin tayfasıdır.
Söz oynatmalar
Ünlü yazar, ağsaqqal jurnalsit Dədə Tofiqdən yeni söz oynatmalar
- Bəyturan-Turanquran.
- Samir-Səs-səmir.
-Qaraqaplan-Get, hoppan!
- Sosdem Araz-Susdum, Araz!
- Razi Nurulla-Evdə razı, çöldə şirulla! (yəni evdə razı görünür, mitinqdə şirə dönür)
- Cabbar Musa-Barı, bir susa!
- Qumral Təranə-Səbr dilə, ərinə!
- Əhmədov Tərlan-Avtoqol edən oğlan.
- Berti Foqts-Futbol sənlik deyil, sus!
Ekslüziv intervyu
"İynə"nin xüsui müxbiri Əhmədalı Qayalar KXCP sədri Mirmahmud Mirəlioğlundan müsahibə alıb. Müsahibə atüstü alınıb, suallar da, cavablar da lakonikdi. Ağa həmişə kimi söz oynadıb. Beləliklə müsahibəni təqdim edirik.
- Ağa, Milli Şurada varmısız?
- Həm hə, həm yox.
- Necə yəni?
- Varıq-üzvük, yoxuq-aksiyalara getmirik.
- Zəlimxanı rəhbərliyə niyə qaytarmırsız? Ona ehtiyacınız yoxdu?
- Xana həmişə ehtiyac var.
- Ülvi Həkimlə əlaqəniz var?
- Həkimlik ülvi peşədir. Şükür, həkimlik işimiz yoxdu.
- Yusif Sevdimalını niyə partiya işinə cəlb etmirsiz?
- Yusif də əzizdi, bizim üçün Əli də. Sevdim hər ikisini.
- Xəzər Teyyublu da aktivləşib...
- Xəzərin səviyyəsinin qalxan vaxtıdır. Amma bizim Xəzərdən ziyan gəlməz, ağlınız dənizə getməsin.