“Pulu ödəməsəniz...” - YUMOR
6 İyul 2012 17:44 Yumor"Barmek"in Bakıda fəalliyyət göstərdiyi vaxtlardı. Bir gün cəbhəçi Fuad Mustafayevə qəfil zəng gəlir:
- Alo, axırıncı dəfə xəbərdarlıq edirik! Pulu ödəməsəniz, uşağınızı görə bilməyəcəksiz.
Fuad bəy dilxor halda:
-Uşaq qaçırılmayıb, evdədi axı.
-"Barmek"dəndi. Bu gün gün son gündü. İşıq pulu ödəməsəniz, işığınızı kəsəcəyik, uşağınızı görə bilməyəcəksiz.
Yağışlı havada quru vəd
Səbail müsavatçısı Hüseyn Məlik mitinqdən evə qayıdır. Oğlu soruşur:
- Ata, necə oldu? İsa əmi nə dedi?
Hüseyn Məlik qanıqara halda:
- Əşşi, heç nə. Yağışlı havada quru vəd verdilər.
"Çimərlikdə nə geyim?"
Fəzail Ağamalı ilə sabiq AMİP-çi İlqar Məmmədov Antalyada istirahət edirlər. Çimərliyə getməyə hazırlaşan Fəzail deyir:
- İlqar, görəsən çimərliyə nə geyinsəm hamının diqqətini cəlb edərəm?
İlqar soyuqqanlılıqla:
- Ayağına xizək geyin, nəinki çimərlikdəkilər, hətta oteldəkilər də gəlib sənə baxacaqlar.
"Təcrübəli" usta
Nəsimi Məmmədli tələbə vaxtlarında avtomobil sexində şagird işləyir. Bir gün ustası ona bir iş tapşırıb, özü dəzgahı işə salır. Nəsimi cəld dillənir:
- Usta, ehtiyatlı ol ha, dəzgah təhlükəlidir!
Usta təşəxxüslə:
- Ay oğul, sən kimi öyrədirsən? Mən təhlükəsizlik texnikasını üç barmağım kimi bilirəm.
Necə mənalı yazmalı?
Ceyhun Musaoğlu Aqil Abbasın yanına gəlib deyir:
-Aqil bəy, mən mənalı yazı yazmaq, çox oxunmaq istəyirəm. Necə edim? Bir ustad kimi nə məsləhət verə bilərsiz?
Aqil deyir:
-Tut arağından, ya da təmiz gürcü çaxırından 150 qram içirsən, keçirsən kompüterin arxasına. Düşünürsən, bir də görəcəksən ki, mənalı sözlər gəldi ağlına.
Ceyhun dilxor halda:
- Problem ondadır ki, 50 qram içən kimi fikrim ayrı yerlərə gedir. Ağlıma heç nə gəlmir.
"Sən öləndən sonra..."
Məclislərin birində yeyib-içib kefi ala buludda olan Elçin Mirzəbəyli Oqtay Hacımusalıya deyir:
- Bilirsən Oqtay, sən öləndən sonra yaşadığın mənzilin qapısına nə yazacaqlar?
Oqtay səbrisizliklə soruşur:
- Nə yazacaqlar?
Elçin məzələnir:
- Özü də iri hərflərlə yazacaqlar ki, "Bu ev kirayə verilir".
Dil dərsində
Rasim Qaracanın məktəbdə oxuyan vaxtlardı. Bir gün ana dili dərsində müəllim Rasimi ayağa qaldırıb deyir:
- Rasim, bala, "pişik", "ayaq" sözlərini və "bax" felini cümlədə işlət görək...
Rasim dərrakəsini işə salır:
- "Qaranlıq otaqda pişiyin ayağını tapdaladım. Miyoldayıb dedi ki, "korsan, ayağının altına bax da".
"Hələ "morq"a çox var
ADP sədri Sərdar Cəlaoğlunun həkim işləyən vaxtlarıdır. Bir gün "vızov"a gedən Sərdar doktorun əlində xəstə can verməyə başlayır. Həkim tapşırır ki, xəstəni maşına qoysunlar və sürətlə sürsünlər. Təlaşı görən xəstə yazıq-yazıq dillənir:
- Həkim, məni "moqra" aparırsınız?
-Bəli.
-Axı mən hələ ölməmişəm ki...
Sərdar ağzına ləpə atıb keflə dillənir:
-Heç nə olmaz . Hələ meyitxanaya çox var.
Facebook lətifələri
"İş vaxtı otağın pəncərəsini açmışam"
Çukçaı turməyə salırlar. Kamera yoldaşları soruşurlar:
- Səni nə üçün tutublar?
- İş vaxtı otağın pəncərəsini açmışam.
- Harada işləyirdin ki?
- Sualtı qayıqda...
"Onsuz da sabah qəzetlər yazacaq"
İki oğru bank yarır. Qacanda yolda birinci quldur o birisinə deyir:
-Gəl bir yerdə dayanaq, pulları sayaq...
O biri oğru bic-bic gülür:
- Neynirsən e, onsuz da sabah qəzetlər yazacaq da. Alıb baxarıq.
"Atamın inəyi var"
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin bağ evi. Volodyanın oğlu anasından soruşur:
- Ana, atamın inəyi var?
- Yox. Bu hardan çıxdı?
Oğlu sadəlövhcəsinə:
- Dünən atam qulluqçu qız Mariyaya dedi ki, "Sənin fiquran mənim inəyiminkindən qəşəngdi".
Müəllimin "ədalətsizliyi"
Vurğun Əyyubun orta mıktəbdə dil-ədədbiyyat dərsi deyən vaxtlarıdı. Bir gün müəllim uşaqlardan ikisinə əsəbləşir və ayağa qaldırıb deyir:
-Canınız çıxsın, yazı lövhəsində öz adınızı 50 dəfə yazın!
Uşaqlardan biri etiraz edir:
- Vurğun müəllim, bu ki ədalətsizlikdi.
-Niyə?
- Onun adı İsa, mənim adım isə Məmmədhüseyndi.
"Nə düşünürsən?"
Türkiyəli artist Tolqa Korel sevgilisi ilə parkda gəzir. Sevgilisi soruşur:
- Sevgilim, nə düşünürsən?
Tolqa sapıqcasına qımışır:
- Sən düşündüyünü...
Qız özündən çıxır:
- Aaaa, tərbiyəsiz!
"Pulu verdim, amma minmədim"
Bir dəli dostlarını yığıb deyir:
- Mən dünən taksiyə "atdım".
Dostları maraqla:
- Necə?
Dəli:
- Pulu verdim, amma minmədim.
"Bu otaqdan inqilab iyi gəlir"
Pənah Hüseyn "Bizim yol" qəzetinə müsahibə verməyə gəlir. Müxbirlərin otağına girən müxalifətin "ideya generatoru" ordakılara xoş gəlsin deyə deyir:
- Bu otaqdan inqilab iyi gəlir, uşaqlar! (Yəni çox radikal yazırsız, xalqın ürəyindən xəbər verirsiz) Bir professional siyasətçi kimi deyirəm.
Nemət Oruclu cəld dillənir:
- Səndən qabaq Əli Kərimlinin əmisi oğlu İnqilab burdaydı. Yəqin onun iyidi, qalıb.