Bilsəm, yazmazdım... - İYNƏ - YUMOR

Müsavat Partiyasının qərargahı. Milli Şuranın iclası. Xəbər gəlir ki, İslam Partiyası Ədalət Partiyasının sədri İlyas İsmayılovun namizədliyini müdafiə edəcək. AXCP Mətbuat Xidmətinin rəhbəri Natiq Güləhmədoğlu deyinir:

-Tfu! Bilsəydim, iki ildir Əli Şəriətidən sitatlar yazmazdım.

"Fəlakət də odur ki..."

Oğlu Vladimir Jirinovskidən soruşur:

- Ata, qəza nədir, təlakət nə?

Ata:

- Oğlum, bax, məsələn sənin nənəni, yəni mənim qayınanamı
qapıdan çıxanda maşın vursa, bu qəzadı.

Oğlan:

- Bəs onda, fəlakət nədir?

Vladimir Volfoviç deyir:

- Həə, fəlakət də odur ki, nənən qəzadan salamat çıxa.

Yeniyetmə yaradıcılığından

Göndər

Bir gül göndər həsrətim olsun, bir gülüş göndər dərmanım olsun, bir nəfəs göndər ümidim olsun, bir də balaca bir qəfəs göndər, bülbülüm eşikdə qalıb. Varsa 2 manatlıq kontur şifrəsi də göndər.

Yanlışlıq

Ötən sayımızda AzerPosun sabiq prezidenti Söyün Sadıxovla bağlı yazıda səhvə yol verilib. Korrektorun xətası üzündən "Tanınmış biznesmenim kabinetinin qapısına belə yazılmışdı: "Söyün Sadıxov""cümləsi belə gedib: "Tanınmış biznesmenim kabinetinin qapısına belə yazılmışd: "Soyun, Sadıxov""

Facebook deyimləri

-Ürək "sümük"dən deyil, amma ən çox qırılan da odur.

- Ey milyonçular, 100 manat verib Dubayda əxlaqsız soyundurunca, 10 manat ver, Somalidə bir kasıb geyindir!

"Yeməsəniz, bu kişi kimi olacaqsız"

Südeyf Sadıxlının arıq vaxtlarıdır. Bir gün o Tiflisə gəzməyə gedir. Axşam otelə qayıdanda könlündən eyş-işrət keçir. Tiflisin məşhur Rustaveli küçəsində bir gürcü xanımla tanış olur. Gürcü xanım onu evinə gətirir. Gürcü xanım Südeyifə:

- Soyun, gəlirəm.

Südeyif sevincək soyunur. Elə bu zaman qadın yanında iki uşaq yataq otağına girir. Qadın onları danlayır:

- Baxın, yeməsəniz, bu kişi kimi olacaqsız. Arıq, çəlimsiz! Bunu ona görə gətirmişəm ki, yemək yeməməyin sonunu görəsiniz.

"Ağzına su dolar"

Xalq artisti Məleykə Əsədovanın qızının dərs oxuduğu sinif. Müəllim soruşur:

- Qızım, səncə, balıqlar niyə danışa bilmir?

Məleykənin qızı təmkinlə:

- Ona görə ki, müəllimə, balıq ağzını açsa, ağzına su dolar. Ona görə danışmır. Quruda danışır, sadəcə heyi olmadığından səsi çıxmır. Ağzı açılıb-yumulur.

"Başın ağrıyır, günorta dur"

Sərdar Cəlaloğlunun həkim işləyən vaxtlarıdır. Bir gün Milli Bayraqdarlar Hərəkatının lideri Elman Türkoğlu Sərdar həkimin qəbuluna gəlir. Həkim deyir:

- Nədir dərdin, Elman?

Elman Türkoğlu əzgin halda:

- Doktor, dərdim odur ki, səhər tezdən yuxudan duran kimi başım ağrıyır. Artıq neçə vaxtdır belədir...

Sərdar qımışır:

- Burda nə var ki? Səhər duranda başın ağrıyır, günorta dur.

"Sürüdən dalda qalmısan"

Serj Sərkisyanın gənc vaxtlarıdır. Kənddən şəhərə təzəcə gəlmiş Serjik bir qıza girişmək istəyir. Yaxınlaşıb deyir:

- Xanım qız, burdan keçən qoyun sürüsü görmədin ki?

Qız təmkinlə:

- Gördüm. Nədi, sürüdən dalda qalmısan? Tez get, çatarsan.        

Hazırlıq kursları abituriyent qəbulu élan edir

"İynə"nin nəzdində yeni abituriyent və sürücü hazırlığı kursları fəaliyyətə başlayır. Hələki iki hazırlıq kursu açmışıq. Onlardan biri "General" adlanır. Kursun aylığı çox sərfəlidir. 9 aylıq kursda abituriyentlərə hamiləliyin... yox e, elmin sirrləri öyrədiləcək. Avtomatın sökülüb-yığılması, qumbaranın atılması, post-qarovul xidmətləri, naryad işinin təşkili, sıra düzülüşü, "plast"da özünü aparma qaydaları, tankdan atəş, BMP sürmək öyrədiləcək. Kursu fərqlənmə ilə bitirənlər 2 ay Murovda hərbi xidmətə yola salınacaqlar.

İkinci kursun adı "Atom" kurslarıdır. Qiymətlər olduqca sərfəlidir. Kursda nüvə texnologiyalarının sirrləri, sentrifuqların istehsalı, uranın zənginləşdirilməsinin metod və texnologiyası və digər ixtisaslar üzrə hazırlıq aparılacaq. Hər ayın sonu kursun laboratoriyasında nüvə sınaqları həyata keçiriləcək.  Sınaqlardan sağ-salamat çıxan və dərslərdə fəallıq göstərən şagirdlər İran Buşehr nüvə mərkəzinə ezamiyyətə göndəriləcəklər.

Sürücülük kurslarında tank, BTR, BMP, "Ural" yük avtomobillərinin idarə olunması öyrədiləcək. Hər ayın cüt günləri təlim həyata keçiriləcək. Təlimlərə Bakının təcrübəli "aftoş"ları nəzarət edəcək, imtahan götürəcəklər. Yuxarı qiymətlər BMP-I iki təkəri üstünə qaldıranlara, tankla yerdə "zmeyka"layanlara veriləcək.

İrana yaxın partiya

AXCP sədrinin müavini Razi Nurullayev İran səfirliyində görüş keçirir. Razi cidd-cəhdlə çalışır ki, AXCP-nin, partiya funksionerlərinin şiə ideologiyasına yaxın və sadiq olduğunu göstərsin.

-Baxın, Natiq Ədilov hər gün sosial şəbəkələrdə Əli Şəriətidən, Xamneyidən, Lənkəranidən sitat gətirir. Sədrimizin adı Kərimli Əlidir. Ali Məclisin sədri Kərimov Həsəndir. Gənclər katibi Qurbanlı Əbülfəzdir. Seymur Həzi saqqal qoyub ki, sizə oxşasın...             

Foqts piara başlayacaq

AFFA-nın mənzil qərargahı. Elxan Məmmədovla Vəli Qasımov söhbət edir. Vəli:

-Balam, nədənsə, bu ay Berti Foqtsa sahib çıxmaq istəyən xarici klub açıqlama vermədi. Hər ay bir açıqlama olardı ki, Foqtsu aparırıq...

Elxan Məmmədov:

- Hələ tezdi. Dekabrda onunla müqaviləmizin vaxtı bitir. Yəqin noyabrın axırlarından başlayar. Alman, Avstiya klubları həşir salacaqlar ki, Foqts bizimdi.

Yeni sevgi etirafları

-Əzizim, məni sevirsən?

Oğlan:

- Bəli.

- Nə qədər?

- Dəniz sahilindəki villaların sayı qədər.

-Sevgilim, gözlərin o qədər mavidir ki, kənddəki yoncalığımıza bənzəyir.

- Bir tanəm, mən səni ac qurd quzunu, yanki nefti, ingilis pulu sevən kimi sevirəm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31