“Fatihə versin, gedək...” - İYNƏ - YUMOR
20 Sentyabr 2013 18:39 YumorMSK-nın Mətbuat Qrupunun toplantısı. Darıxan islamazeri.com və dəyərlər.orq saytının əməkdaşı toplantının sədarətinə işarə ilə Xətai Əzizova deyir:
- Ona denən bir fatihə versin, gedək..
Baş buğdan gözəl fikirlər
Böyük Millət Partiyasının başqanı, tanınmış ictimai-siyasi xadim, metroya cangüdənlə düşmüş ilk siyasi lider, böyük diaspora qurucusu, düşmən səflərinin azman dağıdıcısı Samir Adıgözəllidən unudlmayacaq sözlər:
- Dostluq unudulmayacaq qədər dərin, günah olmayacaq qədər məsum, ürəyin qədər yaxın və təkbaşına yaşanmayacaq qədər çətindir.
- Mənə dayaq nöqtəsi verin, Ayı kəndirlə dartıb Yerə gətirim.
Yeniyetmə yaradıcılığından
Tanışlıq
Oğlan qıza yaxınlaşır:
-
Salam xanım! Tanış olmaq olar?
- Yox.
- Adınızı deyə bilərsiniz?
- Yox.
- Nömrənizi deyərsiz?
- Yox!
- Pendir xoslayırsız?
- Yox da, yox!
Oğlan qımışır:
- Hmm, maraqlıdır, "krısa" olasan, amma pendir xoşlamayasan...
Sevgi nədir
Müəllimə -Sevgi nədir, dedim, -Hələ o dərsi keçməmişik dedi.
Sürücüyə -Sevgi nədir, dedim, -Hələ o yoldan keçməmişəm dedi.
Uşağa -Sevgi nədir, dedim, -Hələ o oyunu oynamamışam dedi. Polisə -Sevgi nədir, dedim, -Hələ elə şikayət gəlməyib dedi. Dəliyə -Sevgi nədir, deyə sordum, -Səncə, mən niyə dəliyəm dedi...
Facebook lətifələri
Mesaj niyə gəlmir?
Telefon ustasına telefonumu verib "bax, gör mənə niyə mesaj-zad gəlmir" dedim. Usta "Qardaşım, problem telefonda deyil e, sənin özündədi, fərasətin olsa, mesaj da gələr, MMS də" - dedi.
"Yerini rahatlayıb, oturdu"
Məşhur yazar Cəlil Cavanşirin məktəbli vaxtlarıdır. Bir gün tarix dərsində müəllim Cəlildən soruşur:
- Cəlil, bala, de görüm, birinci Pyotr taxta çıxanda ilk işi nə oldu?
Cəlil cəld dillənir:
- Heç nə yerini rahatlayıb, oturdu.
İyrənc və bərbad... həyatım
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın gənc vaxtlarıdır. Bir gün sevgilisi ilə gəzməyə çıxan Robikin dili dinc durmur, qızı acılayır. Qız hirslənib deyir:
- Gəl, ayrılaq! Çox iyrənc və bərbad həyatın var...
Robik qımışır:
- Mənim həyatım sənsən axı, əzizim!
"Orda canavar qalar?"
Türk Millətçi Partiyasının genel başqanı Vüqar Bəyturan oğlunu sorğu-sual edir.
-Bala, bax, bir dərədə 20 canavar var. Atəş açıb səkkizini vururuq, yerdə nə qədər qaldı?
Oğlan cəld dillənir:
- Heç nə qədər.
- Yox, düz hesabla.
- Düz deyirəm də. 8 dəfə atəş açırsan, orda canavar qalar?
"İçində üzük vardı"
Oğlan:
- Tort ye...
Qiz:
- Yox, sağ ol, istəmirəm.
Oğlan:
- Ye, cox dadlıdı.
Qiz:
- Yox, mən şirini sevmirəm...
Oglan:
- Heç olmasa, bir az ye, da.
Qiz:
- Yox e, dietadayam. Saat 18.00-dən sonra heç nə yemirəm Oğlan ürəyində:
- Of! Cəhənnəmə ye! Tortun içində üzük vardı... Dedim romantik olsun.
Kəfkiri neylədin?
Dəlisov gəlin qayınanayla yola getmir. Amma səhvini də boynuna almır. Bir gün qayınana oğlunun yanında gəlini söz duelinə çəkir:
- Bax, dünən sənə kəfkir vermişdim. Neylədin?
Gəlin dil qəfəsə qoymur:
- Atdım zibilliyə...
- A bala, niyə? Adam evin əşyasını atar?
Gəlin:
- Ay xala, deşik-deşik idi də! Saxlayıb neyləyəcəkdin?
"Dərsə gedirəm"
Metroda oğlan qızın ayağını tapdalayır:
Qiz:
- Aaa neynirsən?
Oğlan:
- Heç dərsə gedirəm, sən neynirsən?
"Vətən toprağı üçün qəribsəmişdim"
Mədəniyyət və İncəsənət Universitetinin yanından keçən Nurəddin Mehdixanlı forslanmağa başlayır. Qəfildən ayağı burxulan Nurik yerə sərilir. Qızlar pıqqıldaşıb-gülüşürlər. Nurəddin özünü sındırmır, torpağı qucaqlayıb deyir:
- Can, ana vətənim! Ana torpağım, sənin üçün qəribsəmişdim. Gəl, bağrıma basım səni!
Həkimdə
Bir gün ADP qərargahının komendantı Zakir Hüseynov partiya sədrinin müavini Nurəddin İsmayılı da yanına alıb psixiatra gəlir.
- Həkim, Nurəddin dəli olub...
- Nədən elə deyirsiz?
Zakir deyir:
- Bununla ikimiz bir otaqda otururuq. Mən hər gün otaqda ağ qanadlı atlar görürəm, amma bu görmür.
"Onu hələ almamışam"
Seçki kampaniyasında borca düşən Azadlıq Partiyasının sədri Rusiyada bizneslə məşğul olan dostu ilə telefonla danışır:
- Sənə məktub yollamışdım, aldın?
- Hansını deyirsən, yazmışdın e, pul göndər, onu?
- Hə, bax onu-deyə, Əhməd sevincək dillənir.
Dostu cəld dillənir:
- Yox, onu hələ almamışam.
"Radioda deyəcəklər"
İki oğru bank yarırlar. Siqnalizasiya işə düşür, oğrular qaçır. Ağaclığa qədər qaçırlar. Yolda oturub dincəlirlər. Oğrulardan biri maraqla:
- Heç saymadıq ki, nə qədərdi...
- O birir oğru:
- Neynirsən, sayırsan, bir azdan radioda "Kriminal" verilişində deyəcəklər də, qulaq asarıq.
Doğum evində
Səudiyyə şeyxlərindən biri Norveçdə doğum evindədir. Tibb bacısına pul verib, içəri keçir. Tibb bacısı ondan soruşur:
- Körpələrdən hansı sizindi?
Şeyx gülümsünür:
- Birinci iki cərgə.
Millətlərin fərqi
Əgər azərbaycanlı yuxuda görsə ki, restoranda nahar edir, nə edər:
- Röyanı da "zakaz" edər.
- Bəs rus?
- Dostu Volodyanı da çağırtdırar.
- Bəs gürcü?
- Çaxırdan içib, mahnı oxuyar.
- Bəs yəhudi?
- Yəhudi çalışar ki, ofisiant hesabı gətirməmiş yuxudan oyansın!
Bir var, VİP-in marağı, bir də var...
Oğlu VİP sədri Əli Əliyevdən soruşur:
- Ata, niyə müxalifətdən ayrıldız? VİP-in maraqları buna uyğun deyildi axı...
Əli Əliyev qımışır:
- Oğlum, mən hər şeyi VİP-n maraqları ayrı, cibin maraqları ayrı. Mən VİP-imin yox, cibimin maraqlarına uyğun davrandım.