Düzəliş - İYNƏ - YUMOR

Son nömrəmizdə ADP lideri Sərdar Cəlaloğlu barədə xəbərdə səhvə yol verilib. İş məhkəməyə düşməmiş düzəliş veririk. Oxuculardan xahiş olunur ki, "Sərdar Cəlaloğlu qərəzi çox sevir" cümləsini belə oxusunlar: "Sərdar Cəlaloğlu çərəzi çox sevir".

 

"Adam bir qaxılıb bir profildə oturar"

Qayınana bütün günü facebookda oturan, bir neçə niklə yazışan gəlininə deyir:
- Sən anandan tərbiyə almamısan? Adam bir qaxılıb bir profildə oturar. Gah ordan yazırsan, gah burdan.


Ağır söhbət

Elçilikdə oğlanı çox tərifləyirlər:
- Ağır oğlandı. Hər sözə getməz, hər yerdə danışmaz. Ağır oturub-batman gələr...
Qızın əmisi sonda:
- Bir oğlumuz da danışsın, görək hələ. Ağır söhbətlər eləsin..
Oğlan dillənir:
- Tank, BMP, BTR...

"Kombayn var, taxıl yoxdu"

"Lider"in müxbiri Teymur Zahidoğlu Quzanlı fermerləri ilə söhbət edir:
- Belə şayiələr yayırlar ki, taxıl biçməyə kombayn yoxdu. Düzdü?
Fermer Faiq Abdullayev deyir:
- Qardaş, kombayn yoxdu, öz yerində. Məsələ burasındadır ki, kombayn olsa belə biçməyə taxıl yoxdu. Bu il suiyumz olmadı, toxumu da siçovullar yedi

Yanlşılıq

Ötən sayımızda qəzaya düşmüş türkiyəli politoloqla bağlı xəbərdə səhvə yol verilib. "Ünlü politoloqun xilasına diqqət artıb" xəbəri belə verilib: "Ünlü politoloqun xalasına diqqət artıb".

"Bilirdim, anlamayacaqsan"

Putinlə xanımı Lyudmila savaşırlar. Lyudmila deyir:
- Romantik deyilsən. Elə karyeranı düşünürsən. Qadını anlamaq üçün 1 saat tənha havada dayan.
Putin qımışır:
- Dəfələrlə demisən, mən də dayanmışam, amma alınmayıb.
Lyudmila:
- Heç olmasa beyninə hava gedib. Bilirdim anlamayacaqsan.

Yeniyetmə yaradıcılığından

- Siqaret çək- 10 il tez öl.
- Spirtli içki iç- 20 il tez öl.
- Evlən- hər gün öl!

- O qədər yalnızam ki, ev telefonundan öz cib telefonuma zəng edəcəm.

- Mənə heç vaxt "mənim üçün ölə bilərsən" demə! Cavabım məlumdur: ölüb, səni başqalarına buraxa bilmərəm...
 

Putin yorğan-döşəyə düşdü

"İynə" çapa gedərkən aldığımız məlumatdan şok olduq. Xəbər verilir ki Rusiya prezidenti Vladmir Putin yorğan-döşəyə düşüb. Həkimlərin cidd-cəhdindən sonra özünə gələn Putinin qorxudan xəstələndiyi bildirilir. Araşdırmalardan sonra məlum olub ki, Putin ALP lideri Əvəz Temirxanın "Aldığım məlumata görə, Rusiya hakimiyyəti Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıqdan çıxmasına dair sənədi vaxtında verməyəcək və beləliklə, onun prezidentliyə namizədliyinin irəli sürülməsinə əngəl törədəcək. Bu, xam xəyaldır. Bax budur deyirəm, Rusiya hakimiyyəti İbrahimbəyova analoji sənədləri vaxtında verməsə, bizim qəzəbimizə düçar olacaq" bəyanatından sonra bu vəziyyətə düşüb.
Məlumata görə, hazırda Rusiyanın güc strukturları, xüsusi xidmət orqanları, özəlliklə dərn dövlət hərəkətə keçib. Gözünü qan örtmüş sabiq hərbçiləri, idmançıları birləşdirən xüsusi təşkilatın-
Strateji Əhəmiyyətli Naməlum İnsanlara Tezliklə Ulaşma Təşkilatının Siyasi Araşdırma Mərkəzi (SƏNİ TUTSAM...) Əvəz Temirxanı axtarışa verdiyi bildirilir.
 

Əhməd Orucun yaratdığı birliyə inam böyükdür

Məşvərət Məclisi buraxılıb, onun bazasında Demorkatik Qüvvələr Birliyinin yaradılması dünyanın tərəqqipərvər kəsimində sevinclə qarşılanıb. "İynə"nin poçtuna Venesuela, Çin, Kamboca, Laos, Şimali Koreya, Misir və Liviyadan məktublar daxil olmaqdadır. Zəhmətkeş məktublarında Azadlıq Partiyasının lideri Əhməd Orucun tərəqqipərvər bəşəriyyət üçün gördüyü işlər vurğulanır, yenu qurumun Əhməd bəyin liderliyi ilə böyük uğurlara imza atacağı vurğulanır. Zəhmətkeşlər qeyd edir ki, Əhməd bəy təcili şəkildə Vüqar Bəyturan, Bədrəddin Qulusoy və Loğman Abdulladan da dəstək almalıdır. Əks halda böyük koalisiya yarada bilməyəcək.

"Bəlkə xasiyyətim də dəyişə"

Bir gun Sürət adlı əli-qolu, başı sarıqlı oğlan ASAN xidmətə yaxınlaşıb deyir ki, adımı dəyişmək istəyirəm. Xidmətin əməkdaşı soruşur:
- Nə qoyacaqsız?
- Yavaş.
- Elə niyə?
- Qardaş, mən avtoşluq edirəm. Tərgidə bilmirəm. Bəlkə adımı dəyişsəm, xasiyyətim də dəyişər.


"Nə qədər sevirsən"

Məşhur reper Elşad Xosenin yeniyetmə vaxtlarıdır. Bir gün Elşad sevdiyi qızla söhbət edir. Qız soruşur:
- Məni sevirsən?
- Əlbəttə, sevgilim.
- Nə qədər?
- Ulduzların sayı qədər.
Qız:
- Bəs sən məni nə qədər sevirsən?
Elşad qımışır:
- Eşşəyin tükünün sayı qədər.


"Gedirsən, zibili də at"

Ərindən bezmiş qadın evə girəndə mat qalır: kişi özünü eyvandan atmaq istəyir. Qadın tövrünü pozmadan:
- Əzizim, al bu zibil kisəsini, atarsan. Aşağı düşürsən də onsuz da...


"Öküz ilidir axı"

Yeni il gecəsi iki yeni evli söhbət edir. Ərinin çapqınlığından bezmiş xanım soruşur:
- Əzizim, yeni ildə mənə nə hədiyyə alacaqsan?
Ər romantik görünməyə çalışır:
- Sənə özümü hədiyyə edəcəm...
Xanım dilxor olub üzünü çevirir:
- Hə, doğrudan e, öküz ilidir axı.
 

"Muştuluğumu ver, tapmışam"

Bir gün Serj Sərkisyanın qayınınası itir. Hamı əl-ayağa düşür. 5 saatdan sonra Serj qayınanasını tapır və arvadı Ritaya zəng edir:
- Arvad, muştuluğumu ver, ananı tapmışam!
Rita sevincək deyir:
- Sağ ol e, bir dənəsən, əzizim! Yaxşı hardadı?
- Morqda.


Yanıq romantika

Qız:
- Mənə sevgin hara qədərdi?
Oğlan:
- Burdan evə qədər.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31