“Qundağına soyuq dəyib” - İYNƏ - YUMOR
28 İyun 2013 17:06 YumorAktyor Müşfiq Şahverdiyevlə həmkarı İlkin Miskərli qəzet oxuyurlar. Qəzetdən "Əfsanəvi rus silah ustası Mixail Kalaşnikov xəstəxanaya yerləşdirilib" xəbərini oxuyan İlkin soruşur:
- Görən, nə olub ona?
Müşfiq Şahverdiyev qımışır:
- Qundağına soyuq dəyib, şompulu ağıryır.
Facebook lətifələri
"Qonaq getsin, sonra"
Uşaq əsnəyə-əsnəyə qonaqdan soruşur:
- Əmi, siz nə vaxt gedəcəksiniz?
Qonaq təəccüblə:
- Nə olub ki?
Uşaq bic-bic qımışır:
- Heç nə acmışam, amma mamam yemək vermir. Deyir ki, "qonaq getsin, sonra".
"Arada şeytana uymaq lazımdı"
Məclislərin birində bir sərxoş mollaya sual vermək istəyir:
- Molla, bir dəli şeytan deyir ki...
Molla cəld:
- Şeytana qulaq asma, evladım.
Bir az keçir, sərxoş yenə sözə başlayır:
- Molla əmi, dəli şeytan deyir ki...
Molla yenə sərxoşun sözünü kəsir.
Az sonra sərxoş yenə dillənir:
-Molla, bir dəli şeytan deyir ki, mollaya bir manta ver.
Molla cəld dillənir:
- Arada şeytana da qulaq asmaq lazımdı, evladım. Nə olar dəli olanda.
"8-ci sinifdə məktəbdən çıxaracam"
Serj Sərkisyanın prezident olmayan vaxtlarıdır. Bir gün oğlunun idman müəllimi Serjə deyir:
- A kişi, sənin oğlunun ayaqları nə yekədir. 4-cü sinifdə oxuyur, 41 razmer ayaqqabı geyinir. Bəs 11-ci sinifdə nə edəcəksən?
Serj müdrik görkəmdə:
- O problem deyil. Uşağı 8-ci sinifdə məktəbdən çıxaracam.
"Ağıllı imtahandan kəsiləcək"
İmtahan. Müəllim tələbədən soruşur:
- Siz bilirsiz, imtahan nədir?
Tələbə təmkinlə:
- Bilirəm, imtahan iki ağıllı insanın söhbət etməsidir.
Müəllim qımışır:
- Bəs əgər onlardan biri axmaqdırsa?
Tələbə sakitcə:
- O zaman ağıllı imtahandan kəsiləcək.
Ərindən ayrılmış qəmgin şairədən deyimlər
Bəlkə dəyişib...
- Bir qız sənə ürəyinin açarını versə sevinmə! Kim bilir, bəlkə ürəyinin zamokunu dəyişib.
Şairlik yaman şeymiş...
- Zalım qaynana, məni incidib şairə çevirdin. Ərimdən ayrılmasaydım, indi yun çırpır, taxıl sovurur, corab yamayır, dolma bişirir, sakit həyatımı sürürdüm. Şairlik yaman şeymiş...
"Belə getsə, bir həftəyə ordayıq"
1993-cü il. Birinci Qarabağ müharibəsinin qızğın çağıdır. Bərdəyə "samovolka"ya qaçmış Surətin əsgərlərindən biri evə telefon açıb atası ilə danışır. Ata:
-Necəsən, oğlum?
- Yaxşıyam papa. Hər şey yaxşıdı. Şəhərdəyəm.
- Yeməyin-zadın yaxşıdı?
- Hə, hə, yaxşıdı.
- Gəlmirsən hələ?
Əsgər gülür:
- Narahat olma, papa, düşmən hücum edir, Surətin rəhbərliyi ilə biz də geri çəkilirik. Belə getsə, bir həftəyə ordayıq.
"Ta niyə?..."
Rusiyadan qazancdan qayıtmış ayrım kəndlərində gəzməyə çıxır. Dağa dırmanan ayrım sərin havadan ciyərlərin çəkib bağırır:
-Yaneraaam, a dağlaaar!!!
Bir belə, iki belə, axırı ağacın kölgəsində imtahan hazırlaşan abituriyent dözmür:
- Ayə, yanersan, yanersan dana, ta niyə anqırersan?
Oğrunun taktikası
Evə girmək istəyən oğru öncə polis şöbəsinə zəng edir:
- Alo, ordasız?
- Bəli. Buyurun.
Oğru cəld:
- Yox, heç nə lazım deyil. Sadəcə, maraqlandım ki, hava soyuqdu, ordasız, ya sahədə.
"Sən yaşda olanda artıq prezident idi"
Atası maşın istəyən oğlunu həvəsləndirmək üçün deyir:
- A bala, ABŞ prezidenti Linkoln sən yaşda olanda, 19 kilometr yolu hər gün piyada gedirdi, e...
Oğlan bic-bic gülür:
- Ata, ona qalsa, o adam sən yaşda olanda artıq prezident idi.
Zoologiya dərsində
BMP başqanı Samir Adıgözəllinin şagird vaxtlarıdır. Bir gün zoologiya müəllimi Samirdən soruşur:
- 5 Avstraliya heyvanı say.
Samir cəld dillənir:
- 2 zürafə, 2 kenquru, 1 dələ.
"Doğrudan sevirəm"
İki azyaşlı uşaq söhbət edir:
- Mən səni seviyəm...
- Necə seviysən, böyüklər kimi?
- Yox, doğrudan.
"Mən heyvanlara baxmaq istəyirəm"
Məleykə Əsədova məktəbdən gələn qızına deyir:
- Bax, imtahandan 5 almısansa, səni parka aparacam, 4 almısansa kinoya.
Qızı bic-bic gülür:
- Bəs 3 almışamsa...
- O zaman səni heyvanxanaya aparacam.
Qız tez:
- Onda mən heyvanlara baxmaq istəyirəm. Nə zamandı görmürəm.
"Cəzalandırmışam"
Xəzər Teyyublu kefsiz oğlundan soruşur:
- Gündəliyi niyə küncə atmısan?
Araz qanıqara halda:
- Bu gün 3 alıb o. Ona görə cəzalandırmışam.
"Atamgilə gedirəm"
Müğənni Xatirə maşınla qırmızı işıqda keçir. Yol polisi çığırır:
- Ay xanım, xeyirdi? Hara?!
Xatirə sözü fırladır:
- Sənə nə, hara? Sənə hesab verməliyəm? Atamgilə! Ərimin də xəbəri var!
"Jurnal əlimə keçən kimi qiyməti düzəldəcəm"
Tanınmış aktyor Müdhət Aydın oğluna qəzəblənir:
- De görüm nə zaman "2"-ni düzəldəcəksən, hə? İlin sonunda 300 manat istəyəcəklər e!
Oğlu təmkinlə:
- Ata, söz verirəm, jurnal əlimə keçən kimi qiyməti düzəldəcəm.
- Atasi oğluna deyir:
-Sən hacan ikini duzəldəcəksən?
-Ata, mən neyləyim, axı jurnal muəllimlər otağındadır
Dədə Tofiqdən sitatlar
Ağsaqqal jurnalist Tofiq Türkel söyləmiş, görəlim nə söyləmiş:
- Qadına çubuq versən ağac edər, çörək versən aş edər, sevgi versən başına tac edər... Amma maaş kartını versən..., sizi müflis edər.
Məndən soruşurlar:
-Qırılan bir qəlb yenə sevər. Dedim sevər. Dedilər-Bəs heç qırılan fincandan su içdinmi. Dedim:- Bəs sən fincan qırıldı deyə, su içməkdən imtina etdinmi?
"O mənim arzularımı yerinə yetirirdi"
Rusiyanın paytaxtı Moskva şəhəri. Yanvar günləridir. Sərxoş ər qəfil evə girib şkafa baxır və arvadına bağırır:
- Şaxta babanın nə işi ar, paltar dolabında?! Hə? Səndən soruşuram!
Xanım nazla:
- O mənim arzularımı yerinə yetirirdi. Nə dedimsə, elədi.
"Bir şans daha verək"
Qaynanası Bdzina İvanişviliyə deyir:
- Oğlum, mənə elə gəlir ki, bizim sürücünü qovmaq lazımdır.
- Niyə axı?
Qayınana:
- O maşını təhlükəli sürür. Düz 3 dəfə ölümlə üzbəüz qalmışam...
Bdzina təmkinlə:
- Məncə, tələsməyək. Bir şans daha verək...
"JEK-dən soruşsaydın, deyərdilər"
Sevdiyi qızı atıb getmiş Nurəddin Mehdixanlı 5 ildən sonra qayıdıb gəlir. Və qızın könlünü almaq üçün arsenalındakı bütün söz ehtiyatını işə salır:
- Səni hər yerdə axtardım, sevgilim. Dağlardan, dərələrdən, dənizdən, çaylardan... kimsə xəbər vermədi səndən.
Qız əsəbi halda:
- O qədər yerdən soruşunca, bir JEK-dən soruşsaydın, yerimi deyərdilər.
"O məni tərk edib"
İmtahanda müəllim naz-qəmzəli qızdan soruşur:
- İncə saitləri say
- Ə, i, ü, ö.
- İndi də qalın saitləri say
- A, ı, u...
- Bəs O?
Qız qəmgin halda:
- O məni tərk edib. Adını dilimə almaram.
- Dur, tərk elə otağı! "2" alırsan!