Statusunu dovşan yesin - İYNƏ - YUMOR

Müsavat başqanı İsa Qəmbərin Polat Alemdar Rəcəb Rayyib Ərdoğanla görüşdüyü gün yazdığı status facebookda səs-küyə səbəb olub. "İynə"nin əldə etdiyi məlumata görə, başqanın bu statusundan sonra yaranmış səs-küydən Botanika bağındakı sərçələr perikmiş və başqa ölkələrə uçub getmişlər. Statusun səs-küyündən dovşanlar bala salmış, zooparkdakı şirlər "başqan, yapma" deyə bağırmışlar. Status o qədər duzlu olub ki, qarğıdalı soyutmasını uşaqlar həmin gün bulvarda duzsuz yeyiblər (qarğıdalılar havadan duz çəkmişdi). Kubinka cayılları arasında "söhbət" başlamış, onlar Ətağa, belə status görməmişdik demişlər. Xatırladaq ki, başqanın statusu belə idi: "Necati Şaşmaz 5-10 kəlmə dedi, nə dedisə yəqin yalnız sosioloqlar və psixoloqlar başa düşər, amma, bütün türk dünyası, ən azı "iki dövlətdə bir millət", onun dediklərini müzakirə edir. Bəs deyirdiniz ki, "Kurtlar vadisi"nə baxmırsız? Polata baxmırsız, Necatiyə baxırsız?:)
Bu nasıl oluyor, lan?!"
Aldığımız məlumata görə, başqanın yalnız sonda yazdığı "bu nasıl oluyor, lan" ifadəsi bir az şit çıxıb. Deyirlər bunu oxuyandan sonra müğənni Mətanət İsgəndərli arıqlama rasionunu pozub, deyib ki, ta buna ehtiyac yoxdu. Bu cümləni oxuyandan sonra10 kilo atmışam.


"Gəzi parkı"ndan xəbər var

Peyk rabitəsi vasitəsilə aldığımız məlumata görə, İstanbulun "Gəzi parkı"nda böyük abdəstini ağaclaırn dibinə yapan eyləmçilərin çoxu dağdan enmiş kürdlərdir. Neyləsinlər, tualet görüblər? Gələn xəbərlərə görə, çəkilişdən birbaşa parka gələn aktyorlar da çatdıra bilmədiklərində təbii ehtiyaclarını elə orda ödəyirlər.

Müxbirimiz ata oldu

"İynə"nin əməkdaşı Əhmədalı Qayaların, üzüm ayağınızın altına, övrəti dünən sancısı tutması nədəniylə xəstəxanaya aparılıb. "İynə" çapa gedərkən aldığımız məlumata görə, (məlumatı peyk rabitəsi vasitəsilə almışıq) övrət gecə saatlarında azad olub. Xəstəxanada başını tez-tez doğum otağına soxan müxbirin verdiyi məlumata görə, doğum prosesi olduqca asan, konstruktiv, dialoqa meylli şəraitdə keçib. Müxbir xəbər verir: "Yeni dünyaya gəlmiş uşağın adını Qəmbər qoyublar (Qayalara uyğun olsun deyə). Körpənin boyu 54 sm, çəkisi isə 3899 qramdır". Gözətçi müxbirin başına qapaz vurduğundan prosesin sonunu izləyə bilməyib. Nə isə, böyük oğlan olsun, atalı-analı böyüsün.


Yanlışlıq

Ötən sayımızda Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevlə bağlı yazıda səhvə yol verilib. "Sözümü deməyə məcburam" sözü korrektorun xətası üzündən belə verilib: "Sözümü yeməyə məcburam".

Həkimdə

Köklükdən əziyyət çəkən Elçin Behbudov həkim Seyfəddin Əsədin yanına gəlib deyir:
-Həkim, arıqlamaq istəyirəm... Amma sən canın, keçən dəfəki kimi Məleykənin diskinə qulaq as demə da...
Seyfəddin həkim təmkinlə:
- Demək, diskə qulaq asmaq istəmirsən?
- Yox e, yox.
-Onda belə elə. İsrail Məmmədovun 80-ci illərdə oxuduğu mahnıların kaseti var. Onlardan al, qulaq as. Sabunçudakı "Rus bazarı"nda var.
Yaxşı, diskə qulaq asmaq istəmirsən hə? Onda İsrailin kasetinə qulaq as.


"Çox əziyyət çəkdim"

Pənah Hüseynin oğlu Vaqifin məhkəmə proseslərinə təzə-təzə çıxan vaxtlarıdır. Bir gün Böyükkişi Heydərli məhkəmədən qayıdan Vaqifdən soruşur:
-Ay Vaqif, eşitdiyimə görə, bizim qəzeti 1000 manat cərimələyiblər. Afərin, sənə! Çoxmu əziyyət çəkdin?
Vaqif təşəxxüslə:
-Çooox! Hakim 400 manat cərimələmək istəyirdi.

"Bitli sənin bacındı"

Bakıda oxuyan türkiyəli oğlan azəri qızı sevir. Bir gün dalaşırlar. Qız ayrılıb rəfiqəsigilə gəlir. Rəfiqəsi:
- Niyə ayrıldız axı? Nə dedi sənə?
- Bir səhər evdən çıxanda mənə dedi ki, "bitti".
- Bəs sən nə dedin?
- Nə deyəcəm. Qayıtdım ki, bitli sənin anandı, bacındı! Məndə bit vaar?

Ceyhun Musaoğludan seçmə statuslar

- Sənin üçün cox narahatam... Gözümdən düşərkən əzilmədin ki?!
- 1 aprel-yalanın legitimləşdiyi yeganə gün.


"Adam kimi danış"

Türk tələbə İstanbuldan azərbaycanlı sevgilisinə zəng edir?
Alo, mələyim...
Qız zarafatla:
Yox, mələmə. Adam kimi sözünü de.


"Bəs mən nə geyinim?"

Bir gün Sədrəddin ailəsi ilə toya getməyə hazırlaşır. Sədrəddinin böyük qızı anasına:
-Ana nə geyinim?
Anası:
-Saçların sarıdır. Sarı rəngli donunu geyin.
Sədrəddinin ortancıl qızı:
-Bəs mən nə geyinim?
-Saçların şabalıdıdır, şabalıdı rəngli donunu gey.
Sədrəddinin kiçik qızı:
-Bəs mən?
-Sənin saçın qaradır. Qara paltarını gey.
Sədrəddin axırda bezir:
- Arvad, mənim saçım yoxdu, keçələm. Belə çıxır ki toya lüt getməliyəm?


Dostumuz İlqar Atabəylidən duzlu status

Toya gəldik, "Qız tərəfisiz?" deyə soruşdular. Vallah biz tərəf tutmuruq. Güclü olan qazansın. "Yemək olacaq" dedilər, gəldik.
"Heç olmasa, mağara gəlim"

Xalq artisti Arif Quliyevin cavan vaxtlarıdır. Bir gün Arif sevgilisindən küsür. Möhkəm dalaşırlar. Sevgilsi:
- Rədd ol! Ölsəm də, qəbrim üstünə gəlmə!
Arif deyir:
- Yaxşı, gəlmərəm. Amma heç olmasa icazə ver, yas mağarına gəlim. Aşdan, dovğadan yeyərəm.


Ermənistanda 1 aprel zarafatı

- Ana! Ana!... Atam özünü asıb!
- Harda, a bala?
- Yataq otağında.
Ana yataq otağına girir, görür ki, heç kim yoxdu.
Oğlu ucadan:
- Aldatdım-atam özünü hamamda asıb!

"Camaatdan bizə nə"

Məleykə Əsədova qızından soruçur:
- İmtahandan neçə aldın?
- 3 aldım..
Məleykə əsəbləşir:
- Camaatın uşağı 5 alar, sən 3!
Qız deyir:
- Camaatın uşağı dərsə "X klass"la gəlir e...
Məleykə tonu aşağı salır:
- Camaatdan bizə nə?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31