“Axırı dava ilə qurtardı...” - İYNƏ - YUMOR
7 İyun 2013 16:48 YumorMilli Şuranın yaranması və Rüstəm müəllimin sədr seçilməsinə "İynə"nin yazarı Əhmədalı Qayaların reaksiyası:
- "O olmasın, bu olsun"da da bəyləri Rustam bəy bir araya yığmışdı, axırı dava ilə qurtardı".
Muğanlı Şura
Azərbaycan Milli Birlik Partiyasının başqanı Hacıbaba Əzimovdan soruşurlar:
- Siz niyə Milli Şuranın vahid namizədi olmaq istəmirsiniz?
Hacıbaba müəllim deyir:
- Adı xoşuma gəlmir. Niyə bu qurumun adında Mil var, Muğan yoxdu? Muğanlı Şura olsaydı, aday olardım.
"Evə gec gəlirdi"
Sankt-Peterburqda yaşayan azərbaycanlı xanım jurnalist Rusiya prezidenti Vladimir Putindən boşanmış Lyudmila Putinadan soruşur:
- Niyə ayrıldız axı?..
Lyuba ağlamsınır:
- A bajı, evə gej gəlirdi. İçib dava salırdı, pul gətirmirdi...Ta ayrı nə olajağ?
"Sən bilirsən biz kimik?"
Boşanma məhkəməsinin sonuncu günü. İclas bitir. Hakim qərarı elan edir. Qərardan əsəbləşən qaynanası Vladimir Putinə bağırır:
- Gör, sənin başına nə oyun açacağıq! Sənə başa salacam ki, kimin qızını boşamısan. Sən bilirsən biz kimik?
Ərindən ayrılmış şairənin kədərli qeydləri
- Artıq xəyallarım suya düşəcək deyə, üzülmürəm, çünki onlar suya düşə-düşə üzməyi öyrəndi.
- Xoşbəxtlikdən yaxşı əsər yazmaq olmur, xosbəxtliyi təsvir etmək olmur. O duman kimi, tüstü kimi şəffaf və uçub gedəndir.
Dədə Tofiqdən sitatlar
Ağsaqqal jurnalist Tofiq Türkeldən sitatlar. Görəlim, dədə nə söyləmiş.
- Dürüstlük boyda deyil, soyda olmalı, İncəlik beldə deyil, dildə olmalıdır!
- Dünya malı göyqurşağı kimidir. Uzaqdan gözəl görünür, amma kimsəyə yar olmaz!
-Ya söyləyəcək sözü olmalı insanın, ya da susacaq ədəbi!
Tanınmış jurnalist Mürtəzanın düşüncə dünyası
-Anlamayanlar üçün dilimi, vəfasızlar üçün ürəyimi verdim. Yoruldum. Dəyməzmiş.
- Ətrafımda cox insan olmasın, ətrafımdakılar insan olsun, yetər!
- Sevənin gözləri elə kəlimələrlə danışır ki, dil onları tələffüz edə bilməz.
Poeziya çələngi
Əhmədalı Qayaların poeziya dünyası
Mən səni sevirəm, bilirsən necə?
Necə ki, bağlıdır gecə gündüzə.
Mən səni sevirəm, bilirsən necə
Mən səni sevirəm, səndən gizlicə...
Avropa niyə dayanıb?
"Avropa" qəzeti niyə dayanıb" sualına jurnalistlərin cavabı:
Fəxri Uğurlu:
- Qəzet xarab olmuş maşın kimidir. Yolun qırağına verib saxlamışıq.
Azər Qaraçənli:
- Benzini qurtarıb.
İmdad Əlizadə:
- Təkəri partlayıb.
Kamil Həmzəoğlu:
- "Korobka"sı dağılıb.
Oqtay Qorçu:
-Benzini qurtarıb.
"Biz bekar oğlana qız vermirik"
Bakıda təhsil almış türkiyəli tələbə ata-anasını sevdiyi qızpgilə elçi gətirir. Amma qızın ata-anası elçiləri əliboş yola salırlar. İstanbulda azəri qonşularına durumu anladan ana deyir:
- Əfəndim, hayır dedilər. Sordular ki, durumun nasıl. Biz də dedik oğlumuz bekardı, kız arayır. Onlar dedi ki, biz bekar oğlana qız vermirik.
"Himn oxuma"
Bir gün ayının qarnı ağrıyır. Dovşana deyir ki, mən ayaqyoluna girəcəyəm, sən bir şən mahnı oxu, darıxmayım. Razılaşırlar. Ayı ayaqyoluna girəndə, dovşan başlayır oxumağa. 20 dəqiqədən sonr a ayı çıxıb dovşana bir şillə ilişdirib deyir:
- Sənə dedim, şən mahnı oxu! Sənsə, Ermənistanın himnini oxuyursan. Səhərdən ayaqüstəyəm, heç oturmamışam...
"Sağ ol, kürəkən, həyatımı qurtardın"
Bir qayınananın 3 kürəkəni olur. Bir gün qayınana kürəkənləri yoxlamaq qərarına gəlir. Bir gün göl kənarında çimərkən qayınana özünü gölə atır. Böyük kürəkən gölə girib arvadı xilas edir.
Ertəsi gün böyük kürəkənin qapısının önündə bir "Opel" dayanır. Şüşəsində də yazı: "Sağ ol, kürəkən, həyatımnı xilas elədin! Bu da hədiyyən. İmza:qayınanan". Bir neçə gün sonra eyni ssenari təkrar olunur. Ortancıl kürəkən özünü gölə atıb, qayınanasını xilas edir. Ertəsi gün onun da qapısının qarşısında "Opel" dayanır və üstündə də eyni yazı: ""Sağ ol, kürəkən, həyatımı xilas elədin! Bu da hədiyyən. İmza:qayınanan""
Qayınana üçüncü dəfə lap kiçik kürəkəni sınamaq qərarına gəlir. Özünü gölə atır, çığırır: "Ay aman, kömək edin, boğuluram!" Amma tənbəl kiçik kürəkən gölə atılıb, arvadı xilas etmir. Qayınana ölür. Bir neçə gündən sonra kiçik kürəkənin qapısı önündə təzə model "Lexus" dayanır. Üstündə də yazı: ""Sağ ol, kürəkən, həyatımı xilas elədin! Bu da hədiyyən. İmza:QAYINATAN".
"Bu dəfə smetan istəyirdim"
Bir gün ac və pulsuz Elman Türkoğlu aptekə girir. Satıcı kişidən soruşur:
- Sizdə çörək var?
Satıcı deyir ki, yoxdur. Elman satıcının gözünün altına birini vurur. Ertəsi gün bu hal təkrar olunur. Üçüncü gün Elman içəri girən kimi satıcı qorxusundan ucadan deyir:
- Qardaş, var, çörək var! İstəyirsən?
Elman bu dəfə satıcıya kəllə atıb deyir:
- Bu dəfə smetan istəyirdim.
Yaşar Türkazərdən qızıl kimi kəlamlar
- Kasıblar kasıbçılıqdan utanırlar, halbuki əksər varlıların utanmaq ucun daha çox səbəbləri olur.
- Varlı adam günəşin sağlığına badə qaldırsa hamı deyər: "Gör, necə ağıllı, diqqətlidir ki, günəşi də yaddan cıxarmır". Amma eyni işi kasıb etsə, deyərlər "Bunun ağlı başından çıxıb. Gic-gic danışır".
"Köməkçini çağırım oxusun"
Tərəqqi Partiyasının lideri Çingiz Dəmiroğlu göz həkiminə gedir. Həkim lövhədəki hərfləri göstərib deyir:
- Bəy, bu lövhədəki hərfləri oxuya bilərsən?
Çingiz deyir:
- Doktor, yazıları mən oxumuram. Qoy, köməkçini çağırım oxusun. Qəzetləri də mənə o oxuyur.
Həkimdə
Vladimir Jirinovskinin cavan vaxtlarıdır. Bir gün Volodya həkimə gəlib deyir:
- Həkim, kömək edin, mənim arvadım gecə saat 5-ə qədər yatmır...
Həkim:
-Niyə yatmır ki?
Volodya irişir:
- A kişi, məni gözləyir də.