“Axır ki mən də zəlzələni hiss etdim” - İYNƏ - YUMOR

Hündürmərtəbəli binada yerləşən ofisdə zəlzələ baş verir. Müdiriyyət çaşqın vəziyyətdədir. Xəbər gəlir ki, yeraltı təkanlar davam edəcək. Müdir müavini çağırır:
-Personala necə deyək ki zəlzələ oldu?
Müavin camaatı yığıb deyir:
- Ay camaat, ura! Axır ki mən də zəlzələni hiss etdim-5 bal!

Facebookda rekord qıran şeir

Baxıb "facebook"da şəkillərimə,
Yorğanın altında ağlayacaqsan.
Köçürüb hamısını telefonuna,
Gizli "papka"larda saxlayacaqsan.

Status yazacam sənin barəndə,
Baxıb utanarsan, əgər anlasan.
Sonuncu cümləsin indidən deyim,
Sən yalançı bir rəzil, qorxaq insansan.

KXCP sədri sərəncam verdi

Qəzetdən "KXCP sədri Mirmahmud Mirəlioğlu sərəncam imzaladı. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu İsveç Krallığında partiya təmsilçisinin təyin edilməsi haqqında sərəncam imzaladı. Sərəncamda deyilir: "İqbal Eyvaz oğlu Eyvazlı Klassik Xalq Cəbhəsi Partiyasının İsveç Krallığındaki təmsilçisi təyin edilsin. Sərəncamdan irəli gələn digər zəruri məsələlərin həlli KXCP Təşkilat şöbəsinə tapşırılsın". Xəbərini oxuyan ağsaqqal cəbhəçi Yusif Sevdimalı götürüb ağaya zəng edir:
-Qadan ürəyimə, bir dənə də sərəncam ver, pensiyamı artır. Sərəncamdan irəli gələn digər zəruri məsələlərin həllini KXCP Təşkilat şöbəsinin sədri Xəzər Teyyubluya tapşır.

"Olsaydı, xırdalayardım"

Milli Bayraqdarlar Hərəkatının genel başqanı və tək üzvü Elman Türkoğlu kasıb vaxtlarında mağazaya girib satıcıdan soruşur:
- Qardaş, 100 manata xırda var?
Satıcı deyir:
- Bəli, var. Nədi ki?
Elman çətin vəziyyətdə qalır:
- Heç nə. Olsaydı, xırdalayardım.
 

"Yoxlamaq istəyirdim"

Elxan Şükürlünün oğlu birinci sinfə gedir. Müəllimə uşaqları başa salır:
- Uşaqlar, siz dərsə gəlmisiz. Dərsdə sakit oturmaq lazımdır. Əgər nə isə soruşmaq istəyirsinizsə, əlinizi qaldırın!
-Elxanın hazırcavab oğlu əlini qaldırır. Müəllim:
- Nəsə soruşmaq istəyirsən?
- Yox, sadəcə yoxlamaq istəyirdim ki, sistem necə işləyir...

Gəl, ey Turanın bəyi

Aldığımız qaynar xəbərə görə, türk dünyasının böyük oğlu Vüqar Bəyturan böyük siyasətə dönür. "İynə"nin yazarı, "Sabir" Yazarlar ocağının üyəsi Əhmədalı Qayalar bu münasibətlə poema yazıb. "Gəl, ey Turanın bəyi" adlı poemadan bəzi parçaları təqdim edirik.
Sən gedəli, siyasətin dadı-duzu qalmadı
Qızlar evdə qarıdı, kimsə gəlib almadı
Müxalifətçilərin yeri "Araz"dı, "Üç Palma"dı.
Gəl təmizlə düşərgədən səydərəmləri, səyi
Tükəndik artıq daha, gəl, ey Turanın bəyi!
Sənsən öndərimiz də, vahid adamıyız da
Çəkib çıxıb getmisən, yoxdu dayağımız da
Sənsən başımız, belimiz, hətta ayağımız da
Uzaqlaşdır başımızdan başqanı, Pənah bəyi
Tükəndik artıq daha, gəl, ey Turanın bəyi!
Qeyd edək ki, Əhmədalı Qayalar ümidlə müxalifətin vahid namizədinin müəyyən olunacağını gözləyən sadə müxalifətçilərdəndi.

"Qabırğalarını sayırdı"

Xalq artisti Məleykə Əsədovanın qızı məktəbdən qayıdır. Anası soruşur:
-Necə keçdi dərs?
- Ana, anatomiyadan imtahan suallarına cavab verirdik, müəllimə Laləni sinifdən çıxardı.
- Niyə?
- Şpapqalkadan istifadə elədi?
- Necə?
- Sual "İnsanda neçə qabırğa var" idi, o da öz qabırğalarını sayırdı ki, görsün neçədi.

Noxud falı

ADP-Sizi Mili Şuradan kənarda saxlayacaqlar. İndidən ehtiyatlı olun.
Ümid-Müxalifətin yeni birliyində də adınız yoxdur. "Qarabağ" blokundan möhkəm yapışın.
KXCP-İsveçə nümayəndə təyin etməyiniz noxudlar tərəfindən təqdirlə qarşılanıb. BMT-yə, ATƏT-ə, NATO-ya da KXCP nümayəndəsini təyin edin. Partiya nüfuzlu təşkilatlarda təmsil olunmalıdır.


"Mən tez yatmışdım"

Bəstəkar Tural Bakuvinin məktəbli vaxtlarıdır. Bir gün riyaziyyat müəllimi Turalın ev tapşırığından şübhələnir və qəzəblə soruşur:
-De, görüm, bu tapşırığı kim edib?
Tural bic-bic gülür:
- Allah haqqı müəlim, mənim xəbərim yoxdu, tez yatmışdım.

"Qayıdıb dedi ki..."

Müğənni Rüfət Axundovun uşaq vaxtlarıdı. Bir gün, dərsdə müəllim soruşur:
- Rüfət, "küçük" və "get", "tapdalamaq" sözlərini mürəkkəb cümlədə işlət.
Rüfət deyir:
- Evdə gəzirdim, küçüyün ayağını tapdaladım, qayıdıb dedi ki, alə, o yandan get da.

Çingiz Dəmiroğlu nəvəsinin dəsrlərini yoxlayır. Gündəliyə baxır, "2"-ni görür və əsəbi şəkildə bağırır:
- Bu nə "iki"di almısan?! Niyə yazıb?
Oğlan:
- Nəsimidən sual verdi, mən də dedim ki, İmadəddinlə Nəsimi ikisi də eyni şəhərdə yaşayıblar. O da "iki" yazdı.
Çingiz əsəbləşir:
- Ay savadsız, sən bilmirsən ki, bu adamlar hərəsi bir şəhərdə yaşayıblar?

Müəllimdən "beş" adlı, atasından sillə

Vüqar Bəyturanın oğlu qanıqara həyətə düşür. Sinif yoldaşı soruşur:
- Kefin niyə yoxdu? Sanki tarixdən beş almışdın...
Oğlan kefsiz halda:
- Tarixdən "5" aldım, kefim də yaxşı idi. Amma evdə atamdan sillə aldım.
- Niyə?
- Müəllim soruşmuşdu ki, türk dünyasının böyük liderlərini say. Mən də Attila, Çingiz xan, Teymur, Atatürk və Türkeşin adını saymışdım. "Beş" yazdı. Atama da saydım, şillə vurdu. Dedi ki, bəs məni niyə deməmisən?
 

Muzeydə yadda qalan şey

Məktəblilər muzeydən qayıdırlar. Direktor soruşur:
- Uşaqlar, yəqin ki, muzeydə yaddaşınızda qalan şeylər oldu?
- Oldu, oldu, - uşaqlar xorla cavab verdilər.
- Nə oldu?
- Bayram müəllimin pilləkənlərdən yuvarlanıb yıxılması.

"Sarğı qoydurmağa"

Yaşar Türkazər yolla gedir. Qonşusu soruşur:
-Hara gedirsən, Yaşar?
- Sarğı qoydurmağa.
-Həkimə?
Yaşar məzələnir:
- Yox e, özümə.

"Sinif yoldaşlarımla"

Futbolçu Vaqif Cavadovun uşaq vaxtlarıdır. Bir gün Vaqif həyətə düşmək istəyir. Anası qoymur:
-Hara gedirsən?
-Həyətə.
- Bu üst-başla, pırtlaşıq saçlarla?
- Yox, sinif yoldaşlarımla.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31