Facebook lətifələri - İYNƏ - YUMOR
“Göstər, 1 manat verim”
19 Aprel 2013 19:51 YumorMilli park. Ağacın yanında dayanmış dilənçi oğlanla qızı görüb deyir:
-Sən o gözəl qızın canı, mənə 50 qəpik ver.
Oğlan cəld dillənir:
- Hanı gözəl? Göstər, 1 manat verim.
Milli naviqator
Azərbaycanda istehsal olunmuş naviqatorun sürücüyə xəbərdarlığı:
- Sağdan birinci döngədən sola dön, "benzin kalonka"nın yanından sağa get, orda kimdən soruşsan, deyəcək.
Ən gözəl cümlələr
Xalq artisti Məleykə Əsədova balaca şeytan qızından soruşur:
- Əziz balam, sənin üçün dünyanın ən şirin, gözəl cümləsi hansıdır?
Balaca şeytan qımışır:
- Eşitmək istədiyim ən gözəl cümlə məktəbdə "Bu gün dərs yoxdur, uşaqlar evə qayıdın", evdə isə "Əziz balam, bu gün dərsə getmə, yat, dincəl" cümlələridir.
"Hörmətli abonent"
Müasir Müsavat Partiyasının lideri Hafiz Hacıyev qəzetləri vərəqləyir. "Azadlıq" qəzetindən "Hafiz Hacıyev ölkənin ən hörmətsiz, urvatsız adamıdır" cümləsini oxuyan Hafizin qanı qaralır. Bir az keçmiş AXCP üzvlərindən biri zəng edib eyni sözləri deyir. Tamam dilxor olan Hafiz dostuna zəng edir. Amma hansı telefona əl atırsa, "Hörmətli abonent, sizin danışıq limitiniz bitmişdir" bildirişini eşidir. Hafizin rəngi açılır, kefi kökəlir. Partiya sədri deyir:
- Qələt eləyir, mənə hörmətsiz deyən. İki böyük şirkətin əməkdaşı mənə "hörmətli" deyirsə, deməli hörmətliyəm.
"Hər evdə belədir"
Kamançaçalan Habil Əliyevin oğlunun balaca vaxtlarıdır. Bir gün oğlan atasından soruşur:
- Ata, Azərbaycan dilinə niyə "ana dili" deyirik?
Habil qımışır:
- Bala, görmürsən bu evdə ən çox danışan anandır. Hər evdə belədir də.
Cırıq corab dəb olsaydı...
Milli Bayraqdarlar Hərəkatının lideri Elman Türkoğlu corablarını töküşdürüb seçmək istəyir. Görür ki hamısı cırıqdı. Kefi pozulan Elman deyir:
- Sən öl ölkədə cırıq şalvar, cırıq köynək dəb oldu. Cırıq corab da modaya minsəydi, kef eləyərdim. Xeyli cırıq corabım var.
Məzəli tanışlıq
Oğlan:
- Bağışlayın, qəşəng qız, adınız nədir?
Qız:
- Bağdagül. Bəs sizin?
- Parnikdəkələm.
Vəsiyyət
Facebook həvəskarı olan bir müğənni belə bir vəsiyyət yazır:
- Mən öləndə başdaşıma WIFI quraşdırın. Qoy, insanlar heç olmasa internetə girmək üçün məzarıma gəlsinlər.
"Bəyəm siz küsmüsüz?"
Xalq artisti Arif Quliyev kasıb vaxtlarında ictimai nəqliyyata minir. Bir neçə dayanacaq gedəndən sonra arxa qapıdan düşmüş bir qadın Arif müəllimə pul uzadıb deyir:
- Ay kişi, zəhmət olmasa, bunu sürücüyə verin da.
Arif məzələnir:
- Bəyəm siz küsmüsüz? Niyə özünüz vermirsiz?
"Məndə ona kömək etmək istəyirəm"
Rus bölməsində oxuyan Arif Yunusun məktəbli vaxtlarıdır. Müəllimə uşaqlardan soruşur:
- Siz gələcəkdə kim olmaq istəyirsiniz?
Oğlan şagirdlərdən biri:
- Müəllimə, mən pilot olmaq istəyirəm...
Qız şagirdlərdən biri:
- Müəllim, mən ana olmaq istəyirəm.
Müəllimə soruşur:
- Arif, bəs sən böyüyəndə kim olmaq istəyirsən?
Arif bic-bic gülür:
- Məndə ana olmaqda ona kömək etmək istəyirəm.
"Qazaxıstanda hər cür azadlıqlar var"
Qazaxıstandan səfərdən qayıtmış Sosial Rihaf Partiyasının sədri Xanhüseyn Kazımlı avropalı qonaqlarla söhbət edir:
-Qazaxıstanda hər cür azadlıqlar var.
- Məsələn?
- Məsələn, "Azadlıq" meydanı, "Azadlıq" prospekti, "Azadlıq" küçəsi, "Azadlıq" metrostansiyası...
"Dəmir ledi"ni əridəcəklər..."
Toydan qayıtmış, kefi ala-buludda olan Azadlıq Partiyasının lideri Əhməd Oruc qəzetləri vərəqləyir. "Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer-Dəmir Ledi yandırılacaq" xəbərini oxuyan Əhməd bəy deyir:
- Qəribədir, bu adam dəmir ledidirsə, necə yandıracaqlar? Yəqin əridəcəklər.
Çində antiFərəc kampaniyası
Milli Dirçəliş Hərəkatı Partiyasının genel başqanı, deputat Fərəc Ulusoyun adına açılmış facebook səhifəsini görən Çinin dərin dövlətinin ağ saçlı generalı heyəti toplayıb qəzəblə bağırır:
-Niyə mənim bundan xəbərim yoxdur?! Siz hara baxırsız? Gözləyirsiz, gəlib axırımıza çıxsın, soyumuzu qurutsun?! Təcili şəkildə bu adama mane olun, seçki kampaniyasına qatıla bilməsin.
Ulduz falı
El hərəkatı- Köhnə kommunistlərlə uzağa getmək olmaz. Uduzacaqsınız. Noxudlar deyir ki, "Ağrıdağ"çı Nurəddin Mustafayevi təşkilatdan uzaqlaşdırmaq lazımdır.
AXCP-Fuad Qəhrəmanlı Amerikada şübhəli görüşlər keçirir. Noxudlar ehtiyatlı olmağı tövsüyyə edir. Bakıya qayıdandan sonra AXCP sədrliyinə həvəslənə bilər.
Müsavat-Bölgələrdə adamların El hərəkatına keçməsində Arzu Səmədbəylinin əli olduğu ehtimal edilir. Noxudlar da bunu təxmini göstərir.
Ağız ədəbiyyatı
Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri.
Mən aşiq küftə olsun
Aş olsun, küftə olsun.
Hesab vermək istəməz
Deyir ki, müftə olsun!
(Asim Mollazadə haqqında Milli Məclisin yeməkxanasında yaranıb)
Əzizinəm Kazana
Həştərxana, Kazana
Daha şans verilmədi
İtirdiyin qazana.
(Tahir Əliyev barədə Sumqayıtda yaranıb)
Mən aşiqəm gürcüyə,
Adıgeyə, gürcüyə
Deyirlər kasıblayıb
Maaş vermir sürücüyə.
(Vəhdət Partiyasının lideri Tahir Kərimli barədə formalaşıb)
"İçib, zibilə düşdüm"
Toydan çıxan iki sərxoş ertəsi gün görüşürlər. Onlardan biri dilxor halda:
-Alə, dünən keflənmişəm, yolu düz gedıə bilmirdim. Gedib qonşuda kirayənişin qalan qızlarən otağına girmişəm. Az qala zibilə düşəcəkdim...
O biri sərxoş:
- Mən zibilə düşdüm belə.
- Necə yəni?
- Gedirdim yolla, bilmədim, qonşu qapıya zibil qoymuşdu, düşdüm zibilin içinə.