“Dəmir ledi” tok keçirirmiş? - İYNƏ -YUMOR
12 Aprel 2013 18:38 YumorÜmid Partiyasının qərargahı. Sədr müavinləri Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerin ölümündən danışırlar. Taleh Əliyev:
- Çox güclü lider idi. Dəmir iradəli, qətiyyətli...
Ənvər Ağazadə:
- Daxili siyasətdə harizmatik, kütlələri ardınca apara bilən lider idi. Xarici siyasətdə isə möhkəm, güzəştsiz adam idi. Nəsimi Məmmədli, sən nə deyə bilərsən?
Nəsimi gülümsünür:
-Mən bir fizik kimi danışa bilərəm. Tetçerə "dəmir ledi" deyirdilər. Amma bilmirəm o tok keçirirdi, ya yox.
"Çe Gevara yeyib-içən oğlan olub"
Postmodernistlərin yığışdığı məkan. Qızğın söhbət gedir. Mövzu inqilab və Çe Gevaradır. Aqşin Yenisey:
- Çe olduqca mətin inqilabçı olub.
Həmid Herisçi:
- Xalqın adamı idi. Sadə adam idi. Harizmatik lider, bacarıqlı təşkilatçı idi.
Rey Kərimoğlu:
- Qaqa, deyirlər yaxşı yeyib-içən oğlan olub e, Çe. Qoymazmış dostları əlini cibinə ata, "şotu" özü verirmiş.
Hacının dissertasiya mövzusu
Bakı və Kəndlər Birliyinin sədri Hacı Kərəm elmi iş yazır. "İynə"yə sızan məlumata görə, hacının mövzusu meyxanadır. "Bayram Kürdəxanlının "Yeyib-içən oğlan yaman olmaz" meyxanasında xəlqilik, mərdlik, sözübütövlük motivləri" adlanan namizədlik dissertasiyası artıq hazırdır.
Əsirlikdə
1941-ci il. Kiyev yaxınlığında üç sovet əsgəri-rus, erməni və azərbaycanlı əsir düşür. Alman kapitanı qəzəblə soruşur:
- Sual verəcəm, kim tapdı, azaddı. Rus, de görüm, "Titanik" gəmisi neçənci ildə batdı?
Rus:
-1912-ci ildə.
-Azərbaycanlı, gəmidə neçə nəfər vardı?
- 1500.
- Erməni, ölənlərin adlarını və təvəllüdlərini de.
Erməni ayaq üstə "ölür":
- Ta denən buraxmıram da.
"İki kilo da arıqlayım, sonra"
Sənubər İsgəndərli ilə Məleykə Əsədova söhbət edir. Məleykə:
- Niyə sınıqmısan?
Sənubər qanıqara halda:
- Ərim mənə xəyanət edir.
Məleykə cəld dillənir:
- Bəs niyə ayrılmırsan?
Sənubər bic-bic gülümsünür:
- Qoy, iki kilo da arıqlayım, sonra.
Facebook lətifələri
"Altıncı ərinə"
Dörd kişiyə ərə gedən, onlar öldükdən sonra beşinci ərini də yatağa salan bir qadın dizinə vurub deyir:
- Vay, məni kimə tapşırıb gedirsən, əzizim!
Xəstə kişi yataqdan başını qaldırıb:
- Kimə olacaq? Bədbəxt altıncı ərinə!
"Dayı, siz kimsiniz?"
Balaca Kərim bir gün imtahana gedir. Atası bərk-bərk tapşırır:
- Bax, "2" alsan, mənim sən adda oğlum yoxdu.
İmtahandan sonra Kərim suyu süzülmüş halda atasına yaxınlaşır. Atası:
- Neçə aldın, bala?
Kərim qanıqara halda:
- Bağışlayın, dayı, siz kimsiniz?
"Baban gözlərini yumanda"
Nəvə babaya:
- Baba, gözlərini yum da.
- Baba təəccüblə:
- Niyə, bala?
Uşaq bic-bic gülür:
- Bir dəfə anamdan soruşdum ki, nə vaxt varlanacağıq. Dedi ki, baban gözlərini yumanda. Gözlərini yum da, varlanaq.
"Jurnala əlim çatmır"
Bir Millət, Yeddi Dövlət Konseyinin başqanı Azər Həsrət balaca oğlunu danlayır:
- Sən nə zaman qiymətlərini düzəldəcəksən, həəə?
Oğlan cəld dillənir:
- Ay ata, neyləyim e, jurnalı müəllimlər otağına qoyurlar, ora da girə bilmirəm.
"Qorxuram liftə yerləşməyəm"
Tədbirdən çıxan müğənnilər Almaz Ələsgərli ilə Xatirə söhbət edirlər. Xatirə:
- Bayaq məclisdə "pirojna"lardan heç yemədin. Dieta saxlayırsan? Qorxursan ki, paltara yerləşməyəsən?...
Almaz gülür:
- Paltar problem deyil e, prolbem liftdir. Qorxuram liftə yerləşməyəm. Doqquzuncu mərtəbəyə necə qalxaram?
"İçindəkilər anlaşılmır"
Tərəqqi Partiyasın və ATA blokunun lideri Çingiz Dəmiroğlunun gənc vaxtlarıdır. Bir gün qonşusu Çingizdən soruşur:
- A bala, o kitab nədir, əlində tutmusan?
Çingiz təşəxxüslə:
- Kvant fizikası.
- Bəs niyə baş-ayaq tutmusan?
Çingiz qımışır:
- Nə fərqi var ki. Düz tutsam belə anlaşılmır içindəkilər.
Məhlədə söhbət
"Sovetki" küçəsi. İki qədeş söhbət edir:
- Alə, "uçan tarelka" görmüsən?
- Həri, alə. Uçan "domaşnik" də görmüşəm.
"Məktəbdə vəziyyətim əladır"
Həmid Ormanlının kənddə məktəbə gedən vaxtlarıdır. Bir gün atası soruşur:
- A bala, məktəbdə vəziyyətin necədir?
Həmid cəld dillənir:
- Yaxşıdı. Düz sobanın yanında otururam.
"O möhtəşəm səhnəni hamı görüb, mən yox"
Məleykə Əsədovanın məktəbdən gələn qızı evdə ağlayır. Anası soruşur:
- Nə olub, gözəl balam? Niyə ağlayırsan?
- Riyaziyyat müəllimi bufetdə yıxılıb...
- Heç nə olmaz, mənim balam. Görərsən, sabah gələcək.
Uşaq ağlamağa güc veriri:
- Mən ona yanmıram e. O möhtəşəm səhnəni hamı görüb, mən yox.
"Həkimdən çox bilirsən?"
Sərdar Cəlaloğlunun "morq"da işləyən vaxtlarıdır. Bir gün bir kişi meyiti gətirirlər. Həkimlər gedəndən sonra meyit tərpənir. Kişi zarıyır:
- Kömək edin, hələ ölməmişəm...
Sərdar cəld pambığı kişinin ağzına basır:
- Qələtivi elə, alə! Həkimdən çox bilirsən?
"Yavaş-yavaş gəlirdi"
Aygün Kazımovanın məktəbli vaxtlarıdır. Bir gün müəllim dərsə gecikən Aygündən soruşur:
-A bala, niyə gecikmisən?
Aygün nazla:
- Müəllim arxamca oğlan düşmüşdü...
- O zaman cəld yeriyərdin...
Aygün gülür:
- Oğlan yavaş-yavaş gəlirdi axı...
"Xəstəxananın ən çox sevdiyim tərəfi"
Kinorejissor Şeyx Əbdül əməliyyatdan yenicə çıxmış Vəhdət Partiyasının sədri Tahir Kərimlinin yanına ziyarətə gəlir. Ordan-burdan söhbət edirlər. Şeyx soruşur:
- Necədi e oralar? Sənə necə baxdılar?
Tahir qımışır:
- Xəstəxanadı da. İçəri girən kimi adamın moralı pozulur. Xəstəxananın ən çox sevdiyim tərəfi rentgen otağına girərkən "medsestra"nın "Soyun, gəlirəm" deməsidir.