“Nə boş-boş danışırsan?” - İYNƏ YUMOR

Ər-arvad dalaşırlar. Ər hirlsə evdən çıxır. Qadın da işə gedir. İşdə əlində telefon boş oturanda birdən əli dəyir, kişiyə boş mesaj atır. Kişi əsəbləşir, götürüb arvada zəng edir:
- Nə boş-boş danışırsan mesajda?


Günün testi

"Xoca" filmi haqqında

a) Plagiatdır.

b) Plagiat deyil

c) Film deyil

d) Cavab verməyə çətinlik çəkirəm.


"Mahnıların təsirindən vəcdə gəliblər..."


Mətbuat konfransında müğənni Brilliant Dadaşovadan deyir:
- Mən dəfələrlə səngərdə hərbçilər üçün konsertlər vermişəm. Hətta iki dəfə qarnımdakı uşağımı salmışam...
Jurnalistlərin replikası. Cavanşir:
- Ora aborta getmişdin?
Elgiz Əkbər kənara:
- Mahnıların təsirindən vəcdə gələn uşaqlar tez çıxıb döyüşə atılmaq istəyiblər.
 

"İstefa verən sənin papan deyil"

Öz maşını ilə Qubadan-qış turizm mərkəzindən qayıdan Füzuli Ələkbərovun oğlu radioda belə bir xəbər eşidir: "Papa istefa verdi". Qanı qaralan nazir oğlu biznes şərikinə və dostuna zəng edir:
-Yır-yığış elə, xaricə köçürük...
- Niyə ki?
-Eşitmədin, papa istefa verdi. Ta burda qalmağın adı yoxdur...
Dostu nazir oğlunun xəbəri səhv eşitdiyini anlayır və deyir:
- Ə, istefa verən sənin papan deyil e, Romanın papasıdır. Narahat olma.


Əsgərə hansı mahnı oxumalı


Müğənni Sevda Ələkbərzadənin mətbuat konfransı. Demaqoq jurnalistlərdən biri soruşur:

- Niyə muğənnilər döyüş bölgəsində əsgərlər üçün hökmən standart vətənpərvərlik mahnıları, qocalar evində olan üçün ağlamalı mahnılar oxuyurlar? Bəyəm onların musiqidən zövq almağa ixtiyarı yoxdur?

Sevda Ələkbərzadə deyir:

- Aaa, elə şey olar? Soldatlara "Xodda maşını Nabrana sür", "Nə qədər ki pul var, kef elə" maxnılarını oxumaq olar, onlar döyüşməz ki...

Faceobok gülməcələri
 

"Az olsun, halal olsun"


Elçilik 2020-ci ildə:
Qız atası:
-Oğlunuzun statuslarına heç 100 like gəlir?
Oğlan atası:
-Yox, əzizim...Oğlumun statuslarına maksimum 20-30 like gəlir, o da ki, halal yolla. Bizim haram şeylə işimiz yoxdur. Az olsun, halal olsun.


Səviyyə və tərbiyə fərqi

Məktəb dəhlizində müəllim keçəndə şagirdlərin aldığı vəziyyət və davranış.

Avropada: Şagird başını aşağı əyir və deyir: "Salam, müəllim"!
Türkiyədə: Öyrənci ehtiramla gülümsünür və "Mərhaba, hocam!" deyir.
Azərbaycanda: Şagird arsız-arsız irişir və deyir: Salam məllim! Canun başun, alə kefin necədir, e? Xətrivə, zaduva dəyən yoxdu? Dəyən osla de, ölməyif ha qaqan.



"Mən də oxşatdım"

Gecə ərlə arvad qorxulu filmə baxırlar. Qəfildən eybəcər mumiya çıxır. Arvad çığırır:

-Ay mama!
Kişi təsdiq edir:

-Hə canım, mən də oxşatdım ee. Oxşayır mamana.



Ağız ədədbiyyatı


Gözəllik geyimdə olsaydı, əgər
Söyüd ağacının nə dərdi vardı?
Ağıl şlyapada olsaydı əgər
Göbələk dünyada alim olardı
(naməlum müəllif, facebookda yaranıb)

Mən aşiqəm Salyana
Sabirabada, Salyana.
Spirtli içki içmir
Meyl salıb qəlyana.

(Əhməd Oruc barədə KXCP-də yaranıb)


Romantik arzu


Bulvar. İki sevgili söhbət edir. Qız oğlandan soruşur:
Qız oğlandan soruşur:
- Ən böyük arzun nədir?
Oğlan:
- "Real Madrid" kulubunun futbolçuları ilə stadionda olmaq. Bəs sənin arzun nədir?

Qız əsəbi halda:

- Səni "Santyaqo Bernabeu" stadionunda basdırmaq...Bir az romantik ol da...
Oğlan:
- Zarafat edirəm, ən böyük arzum, səninlə dəniz kənarında gəzməkdir.
Qız həyəcanla:
Təkcə ikimiz olaq, elə?
Oğlan:
- Yox, onda darıxdıcı olar ki. Yanımızda "Real Madrid"in futbolçuları da olsun



"Mən də 18 qənd atıram ki..."


Ərə gedə bilməyən qarımış qız facebookda status yazır:
- O qədər yalnızam ki, çaya iki qənd atıram ki, birdən ərisinlər...
Şair Oqtay Hacımusalı cəld cavab yazır:

- Hə, maraqlı məşğuliyyətidr. Mən də 18 qənd atıram ki, "Hop-stop" oynasınlar.


Yöndəmsiz sualın bədəli

Müdhət Aydının İstanbulda yaşayan vaxtlarıdır. Bir gün o işə ağzı-burnu dağılmış gəlir. Dostları soruşur ki, nə olub, kim dağıdıb ağız-burnunu?

Müdhət qanılqara halda deyir:

- Alə, heç nə. Dünən axşam babat "vurmuşdum", evə qalxırdım. Gördüm bir qadın, bir az aralıda da bir kişi dayanıb. Liftin düyməsini basanda soruşdum ki "Xanım neçəyə çıxırsız". Pah atonnan, bunu deyən kimi o kişi-sən demə əriymiş, saldı məni təpiyin, yumruğun altına.


Facebook atalr misalı


- Bir qadını ağlatdıqdan sonra özünü oda atan yeganə varlıq soğandı.


Bulvarda


15 il bundan qabaq xalq artisti Məleykə Əsədova ilə Firəngiz Mütəllibova İstanbulda bulvarda gəzirlər. Onlara iki oğlan yanaşır.
- Xanım, olar sizinlə tanış olaq? Adınız nədir?
Xanımlar nazla yollarına davam edirlər. Məleykə ucadan deyir:
- Fira, bax adını demə ha.
Firəngiz:
- Dəliyəm, Məleykə! Söz danışdıq axı.



Vüqarın məntiqi


Vüqar Bəyturanın məktəbli vaxtlarıdı. Bir gün coğrafiya dərsində müəllim Vüqardan dərs soruşur:
- Vüqar, bala, de görüm Yer kürəsində sulu ərazi böyükdür, ya quru?
Vüqar deyir:
- Quru.
Müəllim narazılıqla başını bulayır:
- Elə niyə? Yaxşı fikirləş...
Bəyturan səhv desə də, özünü sındırmır və cavabını əsaslandırır:
- Əslində okeanlar quru sahəsindən böyükdür. Amma onların da altı torpaqdı axı...


"Üstünə "Ümumi dəftər" yazılıb"


Aktyor Elmədiin Cəfərov məktəbli oğlunu danlayır:
- Niyə qardaşının dəftərini yazmısan? Özününkü hardadı?
Oğlan cəld dillənir:
- Onunku hardan oldu? Dəftərin üstünə yazılıb ki "Ümumi dəftər".



 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31