“İynə” - “Əvvəllər vururduq aralı keçirdi, indi dirəyə dəyir”
1 İyun 2012 16:36 YumorAndorra yığması ilə oyundan sonra jurnalistlər üçün mətbuat konfransı keçirən almaniyalı Berti Foqts deyir:
- Son zamanlar ciddi irəliləyiş var komandada.
Jurnalistlər təəccüblə:
- Nə irəliləyiş, ay kişi!? Dünyanın ən zəif komandasına qol vura bilməmisiz e. İki zərbə vurdunuz, hamısı dirəyə dəydi.
Berti Foqts tövrünü pozmur:
- Mən də elə onu deyirəm də. Əvvəllər vururduq aralı keçirdi, indi dirəyə dəyir. Bu hesabla 5-6 ildən sonra qapını düz nişan ala biləcəyik.
Çində narahatdılar
Çin Xalq Respublikasının Şanxay şəhəri. Çin dərin dövlətinin təmsilçiləri söhbət edir. Ağsaçlı generallardan biri:
- Vəziyyət yaxşı deyil. Əski düşmənlərimiz türklər güclənirlər. Bir azdan Uyğur;stanı bizdən alacaqlar.
Başqa general:
- Rəcəb Tayyib Ərdoğanı durdurmalıyıq. Bütün bu işləri görən odur!
İxtiyarların başçısı:
- Ərdoğan əsas fiqur deyil. Bütün bu işlərin, türkləri bizim əleyhimizə yönəldənlərin mənəvi atası, ideya babası Bədrəddin Quliyevdir. Onu durdurmasaq, yaxın 30 ildə Çin olmayacaq.
Facebook gülməcələri
Romantik şeir
İstərsən profildən silim dostlarımı,
İstərsən sənə həsr edim statuslarımı,
İstərsən mən də bağlayım hesabımı -sənə görə...
Yetər ki o ismarıclar yenə gəlsin,
Ötüb keçən statuslar bəyənilsin,
Mən də rəy yazım statusuna-sənə görə...
"Balıq da suda boğular?"
Nurəddin Mehdixanlı aktyor dostu Müdhət Aydınla yeyib-içirlər. Məclisin tən ortasında Nurik Müdhətin biliyini yoxlamaq qərarına gəlir. Nurəddin:
- Murik, bax bir akvariumda 34 balıq var. Onlardan 8-i suda boğulur. De görüm, neçə balıq sağ qalır?
Müdhət cəld dillənir:
- Nə var bunu bilməyə? Savadsız bilmisən məni? 26 balıq sağ qalır...
Nurəddin qımışır:
- Məntiqinə quzu kəsim. Ay ağıllı, balıq da suda boğular?
Baş məşqçi sözünü geri götürməsə...
Futbol üzrə yığmamızın hücumçusu Vaqif Cavadovun "Tvente" klubunda oynadığı vaxtlardı. Bir gün Vaqif dilxor halda yoldaşları ilə söhbət edir:
- Baş məşqçi sözünü geri götürməsə komandadan gedəcəm.
Yoldaşları cəld soruşur:
- Nə dedi ki?
Vaqif dilxor halda:
- Dedi ki, "Sənə komandamda yer yoxdu. Çıx, get".
"Qol vura bimədik"
Futbol üzrə Azərbaycan milli yığma komandasının təlim məşq bazası. Rauf Əliyev soruşur:
- Uşaqlar, bizim komandada ən çox işlənən söz hansıdır?
Mahir Şükürov:
- "Qol vura bimədik".
Rauf:
- Ay sağ ol. Elə mən də onu deyəcəkdim.
"Bu dəqiqə uçacaq"
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin oğlu anası ilə söhbət edir.
- Ana, mələklər uçur?
- Bəli, mənim balam.
- Bütün mələklər uçur?
- Bəli.
- Onda bizim qulluqçu qız Nataşa niyə uçmur?
Ana təəccüblə:
- O niyə uçsun ki? O ki insandır...
Oğlan:
- Axı, atam hər dəfə onu görəndə, çimdikləyir və "necəsən, mələyim" deyir...
Ana qəzəblə:
- Demək belə. Onda tələsmə oğlum, bu dəqiqə Nataşa da uçacaq...
"Evdən dedilər ki, qənd almağa getmisən"
Mayis Səfərli əsgər yoldaşı ilə söhbət edir. Mayis:
- Dünən pis yuxu görmüşəm. Görürəm ki, evdən məni göndərirlər qənd almağa. Alıb gəlirəm yenə göndərirlər.
Dostu gülə-gülə:
- Mən də görürəm ki, qızlarla diskotekada əylənirəm. Bütün gecəni əylənmişəm.
Mayis narazı halda:
- Beləsən də. Elə yerə gedəndə heç yuxuda da deməzsən adama.
Dostu qımışır:
- Sən öl, getmişdim sizə ki, səni çağırım, birgə gedək. Evdən dedilər ki, qənd almağa getmisən.
"Bir qəpik də aşağı olmaz!"
Birinci Qarabağ müharibəsi zamanıdır. Bir gün daxili işlər naziri İsgəndər bəy Həmidov tapşırıq verir ki, kim 100 dənə erməni başı gətirsə, ona 1000 manat verəcəyəm. Yəni hər başa 10 manat. Rəhim Qazıyev axşama 100 erməni başı gətirir. İsgəndər narazı halda:
- Rəhim, əlim aşağıdır, belə tez gözləmirdim. Gəl, bunu əvəzində sənə 500 manat verim...Yəni hər başa 5 manat.
Rəhim etiraz edir:
- A kişi, mən özüm bu kəllələrin hər birini 6 manatdan almışam ee. Nə danışırsan? Bir qəpik də aşağı olmaz!
Yuxuda da öndə
Robert Köçəryanla Bako Saakyan söhbət edirlər. Bako:
- Yuxuda görürəm ki, paraşütlə tullanırıq. Paraşüt gec açılır. Sən balın içinə düşürsən, mən təzə yaş peyinin.
Robik sevincək:
- Görürsən, həyatda olduğu kimi yuxuda da mən yaxşı yerdə oluram.
Bako:
- Həə. Amma yuxunun arxasını demədim axı. Görürəm ki, durandan sonra sən məni, mən də səni yalayıram.
Riyaziyyat dərsində
Böyük Millət Partiyasının sədri Samir Adıgözəllinin orta məktəbdə oxuduğu vaxtlardı. Bir gün riyaziyyat dərsində müəllim Samirin dəftərini yoxlayıb əsəbləşir:
- Yenə atan həll edib bu məsələni?
Samir bic-bic gülür:
- Müəllim, vallah, əmim yox idi e, növbədəydi. O daha düz həll edir.
Noxud falı
CHP-Türkiyədən təklif gələcək. CHP-nin genəl başqanlığını sizə təklif edəcəklər. Noxudlar düşünmədədn qərar verməməyi tövsiyə edir. Dəniz Baykaldan, Kamal Kılıçdaroğlundan çoxlu problemlər qalıb. Bu problemləri çiyninizə almayın. Nə qədər yalvarsalar da, "gəlməsəniz firqə çökəcək" desələr də razılıq veməyin.
Tərəqqi Partiyası-Yaxın günlərdə İctimai Palatadan birləşmə təklifi gələcək. Noxudlar tövsiyə edir ki, yalnız bir şərtlə: qurumun prezidentliyi vahid namizədi olmağınıza razılıq versələr, razı olun. Əsl niyyətləri, Teyyub Qəninin elektoratından yaralanıb irəli çıxmaqdır.
Dədə Tofiqdən sitatlar
Ağsaqqal jurnalist, Tofiq Türkel söyləmiş, görəlim nə söyləmiş:
- Yurana (məşhur futbolçu, qolçu) Vurana demədim mən Dədə Tofiq, İlhana Mansız demədim mən Dədə Tofiq, Əsədə (Bəşər) qansız demədim mən Dədə Tofiq!