Əsas Bədrəddin bəyin mövqeyidi - İYNƏ - YUMOR

Türkiyənin paytaxtı Ankara şəhəri. Hökumət evi. Baş nazirin kabineti. Rəcəb Tayyib Ərdoğan dilxor halda oturub. Xarici işlər naziri içəri girir. Ərdoğan soruşur:

- Sayın cümhurbaşqanın Serj Sərkisyanı təbrik etməsinə azərilərin təpkisi nə?

Xarici işlər naziri sakit tərzdə:

- Vallahi, sayın baş bakan, çox kızmışlar...   

 Ərdoğan:

- Kimlər kızmış?

- A kişi, sağlı, sollu hər kəs. Vəziyyət pisdi e.

- Sən mənə CXP lıderi Bədrəddin Quliyevdən danış. Sayın Quliyev kızdımı?

- Hənuz yox.

-Ərdoğan rahat nəfəs alır:

- O zaman boş ver, o birilərini. Əsas Bədrəddin bəydi, bizə o qızmasın.

İnanmayın ha!

- Aqil Camal Qırğızıstana səfir təyin ediləcək.

- Əkbər Yolçuyev Çinin Uyğur vilayətinə konsul göndəriləcək.

- Türk dili İranda ikinci dövlət dili olacaq. Təbriz paytaxt olacaq, ölkə prezidenti türk seçiləcək.

 

Buna inana bilərsiniz

- İsa Qəmbər heç zaman prezident olmayacaq.

- Əli Kərimli baş nazirliyi ancaq yuxularında görəcək.

- Pənah Hüseyn avantüristliyindən əl çəkməyəcək.

- Hacıbəy Heydərli Fərid Şahbazlıdan qabağa keçib deputat olacaq.

Atla zarafat olmaz

At fermasında iki mehtərin söhbəti.

- Bilmirsən, Tağı sağ əlininin barmaqlarını necə itirib?

O biri mehtər:

-Heç nə, deməli, əlini qoyub atın ağzına ki atın dişlərinin sayını öyrənsin.

- Aha. Sonra?

- Ta nə sonrası. At da ağzını yumub ki, görsün Tağının əlində neçə barmaq var!

Facebook lətifələri

Çay istəyən qardaş bacısına:

- Mənim bacım dünya gözəlidir...
Bacı:

- Hec özünü yorma, çay süzən deyiləm.
Qardaş taktikanı dəyişir:

- Atam gündəlikdə tarixdən "2" aldığını bilir?

Qız cəld yumşalır və gülərək deyir:

- Çay limonlu olsun, ya limonsuz?

"Bəs sənə meymun deyəndə niyə inciyirsən?

Bir ateistlə dindar söhbət edir. Dindar allahsızdan soruşur:

- Sən Allaha inanmırsan, amma insanın meymundan əmələ gəldiyinə inanırsan hə?

- Bəli.

- Bəs onda sənə meymun oğlu meymun deyəndə niyə inciyirsən?

Yanlışlıq

Ötən sayımızda YAP-çı şair Səyyad Aranla bağlı yazıda səhvə yol veirlib. "Səyyad Aran Misirə səfərə gedəcək" xəbəri korrektorun xətası üzündən belə verilib: "Səyyad Aran Misirə səfir gedəcək".

Həkimdən bəd xəbər

ADP sədri Sərdar Cəlaloğlunun həkim işləyən vaxtlarıdır. Bir gün həkim qan xərçəngindən əziyyət çəkən xəstəsini çağırıb deyir:

-  Qan təhlillərin məlumdu. Sənə iki xəbərim var. Biri pisdi, o biri daha pis.

Xəstə təlaşla soruşur:

- Pis hansıdı?

- Pis odur ki, 24 saatdan sonra öləcəksən...

Xəstə dəhşətlə ah çəkir:

- Amaan! Kifayətdir, bundan da pis xəbər var?

Həkim:

-Dayan e, hələ.  Məsələ burasındadır ki, mən bu xəbəri sənə gecə deməli idim, tapmadım. Hesabla lap az qalıb-2-3 saat.

 

Aydınlıq

Ötən sayımızda "Ordunun Dostları" klubu ilə bağlı xəbər cəmiyyətdə narahatlığa səbəb olub. Narahatlığı aradan qaldırmaq üçün izahat vermək zorundayıq. Məlum olsun ki, "Ordunun Dostları" klubu leytenant Seyfəddin Hüseynlinin rəhbərliyi ilə Lənkərana qarşı əməliyyat hazırlayır" cümləsində "Lənrəkan" sözü rayon Lənkəranı ifadə eləmir. Söhbət general Lənkəran Əliyevdən gedir.

 

"Sürünə-sürünə gəlmişəm"

 

Bir gün bir alkaş üstü-başı toz-torpaq evə gəlir. Xanımı qapını açıb deyir:

- Ayıb olsun, sənə, ay kişi! Qonşuların yanında biabır olduq.

Alkaş aşa-aşa:

-Narahat olma, arvad, görmədilər. Sürünə-sürünə gəlmişəm.

 

Molla qaydanı pozdu

Bir gün Yasamalın yol polisi Hacı İlqar İbrahimoğlunu saxlayır:

- Salam, polis çavuşu Teymurov! Vətəndaş sürücü, qaydanı pozmusuz...3 bal yazıram.

Molla İlqar söhbəti fırladır:

- Mənim çiyinlərimin üstündə iki mələk var, evladım...

Polis cəld dillənir:

- O zaman 4 bal yazıram!

- Nİyə!?

-Ona görə ki, sükanda üç nəfər oturmaq olmaz.

 

Xalq artisti Məleykə Əsədova ilk dəfə məktəbə getmiş qızından soruşur:

- Qızım, bu gün nə öyrəndin?

Qız hazırcavablıqla:

- Az şey. Demək olar ki öyrənmədim. Ona görə də sabah yenidən məktəbə gedəcəm.

Ağız ədəbiyyatı

Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri

Əziziyəm aslandı, 
Qılınc qından aslandı, 
Tülküdən aslan olmaz, 
Aslan elə aslandı.

("Tülkü" ləqəbli Serj Sərkisyan haqqında Xocavənddə yaranıb)

Mən aşiqəm öndərə

Başbakana, öndərə.

Turanda tay tapılmaz

Bizim sədrə, öndərə.

(Çingiz Dəmiroğlu barədə Ata blokunda formalaşıb)

Əzizim Güntaydı bu

Cığaldı, Güntaydı bu.

Keçmişə çamur atır

Dönüklərə taydı bu.

(Güntay haqqında Kəleybərdə formalaşıb)

Yeniyetmə yaradıcılığı

1. Oğlan:

- Sənin üçün ölərəm e. Amma mən öləndən sonra sən kimin üçün yaşayacaqsan? Ona görə də ölmürəm.

2. Qadın hirslə:

- Geyəcək bir şeyim yoxdu!

Kişi:

-Mənim də ta deməyə sözüm yoxdu...

"Bu qədər sevincə ürək davam gətirər?"

 

Qaynanası Jirinovskiyə:

- Kürəkən, mən öləcəm...

- Səndən sonra mən də yəqin ölərəm.

- Niyə? Sən cavansan hələ...

- Nə olsun, cavanam. Bu qədər sevincə ürək davam gətirər?

 

"Gecə düşməmiş qayıt evə!"

 

Qonşunun oğlu ilə qoşulub Bakıya qaçan qız axşamüstü anasına zəng edir:

- Ana, məndən nigaran olma. Mən Aqillə qaçmışam.

Telefonda səs pis eşidildiyindən ana bir də soruşur:

- Necə qaçmısam?

- Ərə getmişəm də...

Ana çığırır:

-Hara getmisən, bilmirəm. Gecə düşməmiş qayıt evə!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31