Hərənin öz məntiqi - İYNƏ - YUMOR

Müsavatın qərargahı. Pənah Hüseyn, Arif Hacılı və Vurğun Əyyub söhbət edirlər. Arif köks ötürür və narazılıqla deyir:

- Apardığmız mübarizənin heç bir faydası olmadı. Yenə YAP güclüdür. 20 ildir hakimiyyətə gələ bilmirik...

Pənah Hüseyn deyir:

- Niyə elə deyirsən. YAP hakimiyyətdədir -düzdü, amma biz də varıq, qoymadıq ki, ölkə Türkmənistana çevrilsin.

YAP-ın qərargahı. Siyavuş Novruzovla Mübariz Qurbanlı danışır. Mübariz:

- Neçə ildir mübarizə aparırıq, hələ də müxalifətçilər var. Əriyib yoxa çıxmırlar...

Siyavuş gülə-gülə:

- Zato, biz ölkəni Gürcüstana çevrilməyə qoymadıq...

"Elektrik ala bilmədim"

Bir xəsis şəkili evlənmə proqramından bir qızla tanış olub evlənir. 3 aydan sonra boşayır. Qız verilişə gəlib adamdan şikayət edir. Aparıcı canlı yayımda kişidən soruşur:

- Niyə saxlamadın axı? Burda söz vermişdin...

Kişinin dərdi açılır:

- A bala, mən elektrik enerjisinin pulunu çatdıra bilmirəm. Evləndim ki, bu arvaddan pulsuz elektrik alam. 3 ay saxladım, gördüm, enerji-zad yoxdu, boşadım.

Firqə xəbərləri

CXP-Türkiyədən səfərdən qayıtmış partiya sədri Bədrəddin Quliyev kölgə kabineti hazırlayır. Kabinetin tərkibi  yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. AXCP-Yaxın günlərdə sosial şəbəkələrdə İsa Qəmbər və Arif Hacılı əleyhinə qara piar kampaniyası başlayacaq. Fuad Qəhrəmanlı və Asəf Quliyevin rəhbərlik etdiyi komissiya artıq piarın tezislərini hazırlayıblar. AXCP sədri Əli Kərimli baxdıqdan sonra bu tezislər əsasında yazırlar, statuslar hazırlanıb facebookda yerləşdiriləcək.

Məhkəmədə

Tanınmış aktyor Müdhət Aydının tələbə vaxtı aldatdığı qız bir gün şəhərdə onu görür və qalmaqal yaradır. İş məhkəməyə düşür. Hakim soruşur:

- Müdhət Aydın, camaatın qızını aldatmısan. Niyə qızı yoldan çıxarmısan?

Müdhət qımışır:

- O həyatını mənə borcludu. Yoldan çıxarmasaydım, maşın vuracaqdı..

Facebook lətifəsi

Oğlunun telefonuna zəng gələn ata oğlunun evdə olmadığını
görub zəngə cavab verir:
-Alo...
Zəng edən oğlanın ən yaxın dostu və sinif yoldaşıdır:

- Alə, küçük, hardasan?

Ata təmkinlə:

- Küçük deyil, a bala, itdir. Küçük gələndə deyərəm ki, sənin cinsindən olan bir məxluq zəng eləmişdi.

"Kişi olmaq istədin?"

İşdən yorğun qayıtmış Bako Saakyan arvadından soruşur:

- Arvad, heç kişi olmaq istəyərsən?

Arvad fikirli-fikirli deyir:

- Yox, heç zaman. Bəs sən?

 

"Mən bitliyəm?"

Nəsimi Məmmədli Türkiyədə karakola düşmüş qardaşı Səbuhinin yanına gedir. Uzun çək-çevirdən sonra Səbuhi karakoldan çıxarılır. Aydın olur ki, sən demə Səbuhi kemiş sevgilisini döyübmüş. Nəsimi soruşur:

- Adam qadına əl qaldırlar? Niyə döydün ki?

Səbuhi deyir:

- Mənə "qurtardıq, bitdi" dedi və getmək istədi. Mən də vurdum.

- Bitdi, bitdi də, ta niyə vurursan?

Səbuhi:

- Necə yəni mən bitliyəm, "mənə bitli" deyir?

"Camaata qazlı su içirmişdim"

Nurəddin Mehdixanlı Rusya xatirələrindən danışır.

- Bir gün məni tutub həbs etdilər. İnşaat dəstəsinin rəhbəri gəlib qurtardı.

Dostları:

- Neyləmişdin ki?

- İşlədiyim binada camaata qazlı su içirmişdim.

- Necə?

- Su borusu partlamışdı, mən də su borusunu, qaz borusuna qoşmuşdum. Beləcə camaat qazlı su içirdi.

"Böyrəyin ağrıyır, Nəqliyyat Nazirliyinə müraciət elə"

Əhməd Oruc Tahir Kərimliyə səhhətindən şikayət edir:

-Tahir, böyrəyim ağrıyır e. Nə məsləhət görürsən?

Tahir qımışıır:

-Nəqliyyat Nazliyinə müraciət elə, məsləhət versinlər.

Əhməd narazı halda başını bulayır:

- Dolamısan məni? Həkimlər Nəqliyyat Naziliyində olmur e, Səhiyyə Nazirliyində olur.

Tahir deyir:

- Xeyr, əzizim, düz deyirəm. Keçən il mən müraciət elədim. Məsləhət verdilər ki, köhnə, sınıq-salxaq "Jiquli" ilə Ağsu yolunu Qaraməryəmə kimi geidm. Getdim, daş-zad qalmadı.

 

Ağız ədəbiyyatı

Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında formalaşıb

Əzizinəm Gilana

Bu yol gedir Gilana.

Keçən seçki aldatdı

Bu dəfə kim inana?

(Fazil Qəzənfəroğlu haqqında Sabunçuda yaranıb)

Mən aşiqəm doğruya

Yol al daim doğruya.

Vermə silah, qorxuram

Hayları o doğraya.

(Arif Paşa barədə Taxtakörpüdə yaranıb)

Axşamlar, ay axşamlar,
Şamlar yanar, ax şamlar.
Evli evinə gedər,
Qərib harda axşamlar.

(Rəsul Quliyev barədə Culfada yaranıb)

 

Mən aşiq xəriflədi

Qocaldı, xəriflədi.

Saqqalın ağ çağında

Hayları təriflədi.

(Əkrəm Əylisli barədə Ordubadda yaranıb)

İlqar belə yazır

Tanınmış yazar İlqar Rəsulsayağı statuslar:

- Sən mənə köynəyimdən daha yaxınsan. Amma o səndən daha isti idi. Belə soyuq olma.

- Səndən mənə qalan dadlı xatirələr oldu. Nə olsun-küftə də dadlıdı. Amma bir gün sonra dadı yaddan çıxır.

- Ayağımın altına qoyduğum bu elektrik sobası səndən daha istidi.

 
 

"Azərenerji"nin işçisi enerJi ala bilmədi

"Azərenerji"nin sabiq işçisi, mətbuatın dostu Ələkbər müəllim evləmə proqramına çıxır. Bir qızla tanış olur, çay içir, amma isinişə bilmir. Studiyaya qayıdırlar. Aparıcı Elgiz Əkbər soruşur:

- Nə oldu, Ələkbər bəy, alındı?

Qız razı olsa da Ələkbər narazı qalır. Qanıqara halda deyir:

- Yox, elektrik ala bimədim...

Elgiz bir də soruşur:

- Necə ala bilmədiz e? Axı bu qız elektriklidir...

Ələkbər əsəbləşir:

- A kişi, 30 il "Azərenerji" sistemində işləmişəm. 12 il "PRP"-də, 12 il "Nalatka" da, 4 il "Şirvan" stansiyasında, 2 il də mərkəzi aparatda. Mən bilirəm elektrik nədir,yoxsa sən?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31