Ağız ədəbiyyatı
20 Aprel 2012 15:39 Yumor"İynə"
Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında formalaşmış şifahi xalq ədəbiyyatı nümunələri
Mən aşiq Kərbəlaya
Nəcəfə, Kərbəlaya.
Siyasətə qoşulub
Başın salıb bəlaya.
(Hacı İlqar İbrahimoğlu barədə YAP-ın Xətai təşkilatında yaranıb)
Əzizinəm Kərəci
Ərdəbili, Kərəci.
Mandat alandan bəri
Tanımaq olmur Fərəci.
(Deputat Fərəc Quliyev barədə AXCP Nərimanov təşkilatında yaranıb)
Mən aşiq Həmədana
Yol gedir Həmədana.
İntellekti kasaddı
Ya o, ya dəli dana.
(Bako Saakyan haqqında Xocavənddə formalaşıb)
Bu dəqiqə, gətirirəm
Yaşar Türkazərin restoranda ofisiant işləyən vaxtlarıdır. Bür gün keflənmiş müştərilərədn biri qışqırır:
- Offisssssiaaaaaantt!
Yaşaq təmkinlə:
-Bəli.
Harın müştəri:
-Zehrimaaaar!..
Yaşar söz altda qalmır:
- Bu dəqiqə, gətirirəm..
"Məzələnsəydim deyərdim, doğra ver"
Şəkili deputat Əli Məsimlinin gənc vaxtlarıdır. Bir gün Əli mağazaya girir və satıcıya deyir:
- A sənin cözuu yiyim. Mənə 10 qram kolbasa ver.
Satıcı qaş-qabaq sallayır:
- Alə, mənnən məzələnirsən? 10 qram kolbasa nədir?
Əli qımışır:
- Dayı qurban, niyə məzələnirəm? Məzələnsəydim deyərdim, doğra ver da.
Çaşdırır, yoxsa çatdırır?
Yanlışlıq. Ötən sayımızda Ceygun Musağlu ilə bağlı yazıda səhvə yol verilib. "İstedadlı jurnalist olan Ceyhun Musaoğlu öz yazılarını ictimaiyyətə çatdırır" fikri korrektorun xətası üzündən belə verilib: "İstedadlı jurnalist olan Ceyhun Musaoğlu öz yazıları ilə ictimaiyyəti çaşdırır".
aşlama, xaşlama
İstedadlı qələm ustası, "Sabir" Yazarlar Ocağının üyəsi Nihad Qayalar yazıçıların davasına biganə və laqeyd qala bilməyib. Yazıçıları bir-birinə düşürmüş "Daşlama" həcvindən ilhamlanan Qayalar bu həcvi "Xaşlama" ilə davam etidirib. Oxucuların xahişi ilə həcvdən parçaları təqdim edirik.
Müftə yeyib-işməyə
Qaçaraq gedər
Bütün günü şər danışar
Laf edər.
Xəbərdarlıq edirəm:
Ona-buna söz atmağı
Sataşmağı qurtar
Murdarın biri, murdar!
*** *** ***
Haylarla qucaqlaşar,
Can deyər, eşidər can
Nam salıb İrəvanda
Ona deyərlər:Haycan!
"Ta denən paraşütü vermirəm də"
İkinci dünya müharibəsi zamanıdır. Bir gün gürcü, rus və azərbaycanlı təyyarədə gedirlər. Təyyarə qəzaya uğrayır və yavaş-yavaş enməyəy başlayır. Pilot deyir:
- Cəmi 3 paraşüt var. Sizə suallar verəcəyəm. Kim tapsa, o da paraşütə sahib olacaq. Gürcüyə deyir:
- Gürcüstanın paytaxtı haradır?
- Tiflis.
- Al bu sənin.
Erməniyə deyir
- Rusiyanın paytaxtı haradır?
Erməni sevincək:
- Moskva!
Pilot paraşütün birinə də erməniyə verib, azərbaycanlıya deyir:
- Qvineya-Bisaunun paytaxtı haradır?
Azərbaycanlı narazı halda:
- Ta denən paraşütü vermirəm də.
Noxud falı
Firqələr və şəxslər haqqında
Müsavat- Noxudlar ehtiyatlı olmağı məsləhət bilir. Bazar günü mitinqində təxribat planlaşdırlır. Bir qrup gənc "Əli bəy ən böyük, başqa böyük yox" şüarını bağıracaqlar. Təşkilatçı AXCP Gənclər Komitəsidir.
Elman Türkoğlu- 22 aprel mitinqində döyülə bilərsiz. "Yurd"çulardan uzaq olun.
AXCP- Bu axırıncı aksiyadır. Noxudların düzülüşü göstərir ki, Müsavat keçənilki kimi bəhanə edib mitinqlərdən imtina edəcək. İndidən ALP, AMİP və ACP ilə danışıqlara başlayın.
Facebook lətifələri
"Toppuşsan ki"
İki skelet söhbət edir:
- Neçə qramsan?
- 100 qram.
- Bəs sən neçə qramsan?
- 300 qram.
"Arıq" skelet:
- Caan, sən toppuşsan ki.
"Adımı səhv yazıblar"
İki nəfər gecə vaxtı qonşu kənddən toydan gəlirmiş. Onların yolu qəbiristanlıqdan düşür. Taqqıltı səsi eşidirlər. Dostlardan biri qorxur:
- Birdən xortdan olar e...
- Yox əşi.
Dostlar qəbrin yanında bir qoca qarı görürlər. Biri soruşur:
- Ay arvad, sən orda neynirsən? Kimindi o qəbir? Başdaşı düzəldənsən? Niyə başdaşını çəkicləyirsən bu gecə vaxtı?
Qarı sakitcə:
- Yox e, qəbir özümündü. Adımı başdaşıma səhv yazıblar, çıxdım ki düzəldim.
"Yıxılanda görmədim"
Xəzər Teyyublunun 7-ci sinifdə oxuyan vaxtlarıdır. Bir gün Xəzəri dəhlizdə qəmgin halda dayanan görən sinif rəhbəri deyir:
- Oğlum, niyə qəmlisən?
Xəzər deyir:
- İdman müəllimi idman zalında yıxılıb.
- Qorxma, bala, heç nə olmayıb.
Xəzər bir az da bərk ağlayır:
- Yox e, bilirəm heç nə olmayıb. Prosto, qəşəng yıxılıb, amma mən görməmişəm, ona yanıram.
Rektor sözünü geri görürməsə...
Ötən əsrin 70-ci illləridir. İncəsənət İnstitutunun tələbələri toplaşıblar. Nurəddin Mehdixanlı Müdhət Aydına deyir:
- Qanın niyə qaradır, Murik?
Müdhət deyir:
- Rektor sözünü geri götürməsə, institutdan gedəcəm.
- Nə dedi ki?
- Bayaq məni yanına çağırmışdı. Dedi ki, qovulursan, çıx, get institutdan.
Restoranda
Çingiz Dəmiroğlu restorandan nahar edir. Ofisiant Çingiz müəllimə yaxınlaşır:
- Müəllim, içki nə verim?
- Mən içmirəm, bala. Maşınlayam.
Yarım saatdan sonra ofisiant yenə gəlir:
- İçməyə nə verim?
Çingiz əsəbləşir:
- Ay bala, mən dedim axı, maşınlayam. Roldayam, içə bilmərəm.
Ofisiant deyir:
- Müəllim artıq işə bilərsiz. Çünki maşınınızı oğurladılar.
"5 ildi o prosesi uzatmaqla dolanırdım"
İşə təzə başlamış gənc vəkil evə sevincək gəlib atasına yaxınlaşır:
- Ata, məni təbrik elə! Bu gün sənin 5 ildi uda bilmədiyin prosesi udmuşam. Hakimi divara dirəmişdim...Ayrı yolu qalmadı, bu cür qərar verdi.
Atası oğlanın başına qapaz salıb deyir:
- Ay gic, mən beş ildi, o prosesi uzatmaqla dolanırdım.