“Onlar yuxarıdadı, biz aşağıda” - İYNƏ
11 Yanvar 2013 16:22 YumorTədbirlərin birində jurnalsitlər Ana Vətən Partiyasının lideri, deputat Fəzail Ağamalıya yaxınlaşıb soruşurlar:
-Fəzail müəllim, parlament jurnalistləri sizdən yaman narazılıq edirlər. Deyirlər ki, deputatlar bizə yuxarıdan aşağı baxırlar...
Fəzail Ağamalı zarafata salır:
- Yalan deyirlər. Əksinə, onlar bizə yuxarıdan aşağı baxır. Görməmisiz, onlar yuxarıdadı, biz aşağıda.
"İynə"nin düzəlişi
Həyat qısadı! Qaydaları poz! Bağışlamağı bacar! Daima gül! Fasiləsiz öp! Rəqs et, sanki heç kim səni görmür! Oxu, sanki heç kim səni eşitmir! Sev, sanki heç kim heç vaxt sənin qəlbini incitməyib! Axı həyat insana bir dəfə verilir! Və onu elə yaşa ki, hətta göydəkilər də təəccüblənib desinlər: Bir daha təkrarla!
Bu gülməli facebook statusuna "İynə"nin düzəlişi:
Həyat qısadı! Qaydaları poz! Bağışlamağı bacar! Daima gül! Fasiləsiz öp! Rəqs et, sanki heç kim səni görmür! Oxu, sanki heç kim səni eşitmir! Sev, sanki heç kim heç vaxt sənin qəlbini incitməyib! Axı həyat insana bir dəfə verilir! Və onu elə yaşa ki, hətta göydəkilər də təəccüblənib desinlər: "Dayanma, snikerslə!"
"Papa desinlər"
Aktyor Müdhət Aydının gənc vaxtlarıdır. Bir gün o dostu Nurəddin Mehdixanlı ilə söhbət edir. Nurik soruşur:
- Eşitdim oğlun olub. Adını nə qoyacaqsan?
- Roma.
Nurik təəccüblə:
- Elə niyə?
Murik məzələnir:
- Qoy, mənə Roma papası desinlər.
Şeirin ardı
Şaxtalı, qarlı havada Fərəc Ulusoyun xırda gədəsi sevincək oxuyur:
-Qara bax, qara...
Gör necə yağır.
Çıxsan bayıra...
Bu yerdə Fərəc bəy dillənir:
- Çıxsan bayıra, zibili at, bir siqaret, iki dənə də çörək al, mənim balam.
Facebook atmacaları
- Toyda xanım-xatın geyinib, xanım-xatın kimi hərəkət edən bəzi qızlar, toyun sonunda gül atma mərasimində küncdən zərbədən top gözləyən alman futbolçularına oxşayırlar.
-Nənəmə deyirəm, ay nənə, sənə gələn mənə gəlsin. Deyir, a bala, elə demə. Daha bilmir ki, pensiyasını nəzərdə tuturam.
- Cəhənnəmdə facebook statusu
İnanclı ingilis: "Hamımız günahlarımızın cəzasını çəkirik!
Ərəb: "Heç nə əvəzsiz deyil, o dünayda nə etmişiksə, burda da əvəzini görəcəyik".
Azərbaycanlı: "Neçə nəfər istidən bişir, like etsin, görək".
Bir azdan belə olacaq
Facebookda gəzişən Xəzər Teyyublu fikrə gedir:
- Qorxuram bir azdan nikah məmurları cütlüyə bu sualı versinlər: ''Siz bir ömür boyu bu şəxsə öz e-mail, facebook, tvitter, moy.mir, odnoklassik parolunuzu verməyə hazırsız?
Çölə pəncərədən çıxır
Hər gün Elman Türkoğlunun şəhərə pəncərədən çıxıb getməsi qonşusunu təəccübləndirir. Bir gün qonşu Elmanı da götürüb həkimə gəlir.
- Ay həkim,axırıncı dəfə bu sənin yanında olub. Nə demisən buna, niyə pəncərədən çıxır?
Həkim təmkinlə:
- Mən ona demişəm ki, bu dərmanları at, 2 həftə də qapıdan çölə çıxma-otur evdə. Görünür, bu elə başa düşüb ki, pəncərədən çıxmaq olar.
"Torpağa getdi"
Türkiyə univeristetlərində təhsil almış məzunlar söhbət edir. Aynur Talıbova Çingiz Bayramovdan soruşur:
- Çingiz, sən bir qız istəyirdin e, onun axırı nə oldu?
- Ərə getdi.
- Axı, o səni sevirdi...Necə oldu getdi?
-Ayrılanda dedim ki, ya mənim olacaqsan, ya torpağın. Mən almadım, o da Topraq adlı bir türkə getdi.
Dərsdə
Robert Köçəryanın dərsə dəcəllik edən oğlu bir gün müəllimdən soruşur:
- Müəllimə, eşşəklər neçə il yaşayır?
Müəllimə təmkinlə:
- Niyə soruşursan ki? Özünü pis hiss edirsən?
"İtlər" pişiklərin qayğısına qalır
Rusiyanın paytaxtı Moskva. Kefi ala buludda olan Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski idarə etdiyi şəxsi maşını ilə yoldan keçən pişiyi vurub öldürür. Milis Volodyanın başının üstünü kəsdirir:
- Niyə yazıq heyvanı vurub öldürdünüz?! Sizi həbs etmək lazımdı...
Piyan Jirinovski milislə məzələnir:
- Pah, nə vaxtdan itlər pişiklərin qayğısına qalır?!
"Mən kəsilmək istəmirəm"
Xalq artisti Məleykə Əsədova qızını məktəbə hazırlayır. Dəcəl qız getmək istəmir:
- Ana, mən məktəbə getməyəcəm...
- Niyə, mənim ağıllı qızım?
Qızcığaz bic-bic irişir:
- Deyirlər orda imtahan olur, orda uşaqları kəsirlər. Mən kəsilmək istəmirəm.
Psixoloq məsləhəti
"Sənə ehtiyacım var" dediyiniz insan:
"Nə üçün" deyirsə, gəlməz!
"Nə vaxt" deyirsə, ürəksiz gələr!
"Hardasan" deyə soruşursa, mütləq gələr...
"Bununla yazmaq da olur?"
Bir dəfə tanınmış yazar Sərkərdə Sərxanoğlu dəftər-kitab mağazasına girir və satıcıdan yaxşı yazan qələm istəyir. Satcıcı rəfdən qələmi götürüb yazara uzadır və deyir:
- Çox keyfiyyətli və möhkəmdir. Yuxarıdan yerə düşsə, sınmır, ucu möhkəmdir, fənəri var, çubuq kimi uzana, qısala bilir...
Sərkərdə deyinir:
- Sən mənə de görüm, bununla yazmaq da olur?
"Həkim yalan deyir"
Bir gün "Vahid" çay evində tanınmış sənətkarlar söhbət edirlər. Müğənni Teymur Mustafayev kamançaçalan Habil Əliyevə səhhətindən danışır:
- Ay Habil müəllim, o gün həkimə getmişdim, yaman dilxor oldum...
- Niyə?
- Doxtur deyir ki, belimdə, dizimdə, ayağımda duz yığılıb. Məndə möhkəm duzlaşma gedir.
Habil Əliyev zarafatla:
- Teymur, həkim qələt edir. Gözünün içinəcən yalan deyir. Bu ölkədə səndən duzsuz adam yoxdur. Fikir eləmə!
Bəyturanın şərti
Vüqar Bəyturandan soruşurlar:
- Bəy, seçki ilidir, niyə piyasada yoxsan?
Bəyturan təmkinlə dillənir:
- Gəlib eləməyəcəm. O vaxt gələrəm ki, bütün partiyalar birləşsin, vahid təşkilat, vahid qərargah, vahid komanda olsunlar, o zaman ora sədr gələrəm. Əks halda burax dəstəyimi, üzümü də görməyəcəklər.